Sisyanov böyük ipək çadırda tək var-gəl edir. Mayor Lisaneviç daxil olur.

Sisyanov

Getdilər?

Lisaneviç

Bəli. Cənab general, mən həmişə bu əqidədə olmuşam ki, bu türk xanlarına heç bir zaman etibar eləmək olmaz.

Sisyanov

Doğrudur. Çünki bizim işimiz ədalətin hökmüdür. Əgər biz bu türk xanlıqlarını öz himayəmizə almasaq, onlar daima bir-birlərini didib parçalamaqla böyük sivilizasiyanın inkişafına mane olacaqlar. Ona görə də, tabe olmaq istəməyənə divan tutmaqla o birilərinə də dərs vermək lazımdır. Biz Cavad xana rəhm eləyə bilməzdik.

Lisaneviç

General həzrətləri! Böyük dövlətlər üçün rəhm şərti bir şeydir. Böyük dövlətlər, birinci növbədə, öz qüdrətinin qayğısına qalmalıdır. Uşaqlıqda mən «heyvanat parkında» şirlərin nə qədər ət yediklərinə baxıb fikirləşirdim ki, burada bu qədər ətlə doymayan bu şirlər bəs meşədə marallar, ceyranlar olmasaydı, nə edərdilər? Demək, zəiflər güclülərə tabe olmalıdır.

Sisyanov

Yox, mayor. Biz zəifləri parçalayıb udmuruq... Məhz biz – böyük rus dövləti onları daha qəddar yırtıcılardan mühafizə edirik.

Lisaneviç

Məlik Vanya deyir ki, İbrahim xanın Fətəli şahla gizli əlaqəsi var. Bir erməni arvadı gecə xan qərargahına yad bir adamın gizlincə daxil olduğunu görüb. Məlik Vanyaya əmr etdim ki, bu əlaqənin nədən ibarət olduğunu təcili surətdə dürüst öyrənib mənə xəbər versin.

Sisyanov

Məlik Vanyadan başqa siz özünüz də son dərəcə sərvaxt olun. Xan tərəfdən xəyanət gördükdə, ona dərhal amansız divan tutmaq lazımdır. Mən Bakının üstünə gedirəm. İmperator bizi tələsdirir. Qafqazın işğalını tezliklə başa çatdırmalıyıq. Böyük Yekaterinanın başladığı işi sürətləndirməliyik. Rusiya gözləyə bilməz. İmperator ordusu ikibaşlı qartalın hakim baxışları zillənən uzaqlara doğru ildırım sürətilə irəliləməlidir.

Gurultulu istila musiqisi.

İşıq sönür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Cavan Bayramla gözəl Fatmanın əhvalatı

Bu əhvalatdan üç il sonra Qara Əmrah Xanımın ən gözəl qızı Fatmaya elçi göndərdi. Qara Əmrah sayılan nəsildən deyildi. Özünün də bir qatırla, beş-on keçidən başqa heç nəyi yox idi. Ona görə də Xanımı od götürdü, elçiləri söyüb qapıdan qovdu, ancaq Qara Əmrah bir könüldən min könülə qıza aşiq idi, dedi öldü var, döndü yoxdu! Cavan tay-tuşlarını başına yığıb bir gün qız bulaqdan qayıtdığı zaman onu götürüb qaçdı. Bir ildən sonra Fatmanın bir oğlu oldu, adını qoydular Cəlil.Ancaq Xanım sakit olmurdu ki, olmurdu. Hər gün Fatmanı xəlvəti çağırtdırıb öyrədirdi ki, boşan o qara köpək oğlundan, gözəl-göyçək qızsan, yüz müştərin olacaq.

5 мин
Nadiri taxtda görmüş Kamırxan qarının əhvalatı və Bayram bəyin Qarabulağa gəlməsi

İndi sənə kimdən danışım, Kamırxan qarıdan...Qarabağda bir adamın çox yaşlı olduğunu bildirmək istəyəndə zarafatyana deyərdilər: «Filankəs Nadiri taxtda görüb». Amma Kamırxan qarı, doğrudan da, Nadiri taxtda görmüşdü, yəni Nadir şah Qarabağa hücum eləyəndə o, nişanlı qız imiş. Amma mən Kamırxanı görəndə qarı o qədər qocalmışdı ki, balacalaşıb olmuşdu bir tikə, gözləri də olmuşdu noxud boyda. Kamırxan qarıgil Güney Güzdək kəndində olurdular. Kənd Ərgünəş meşələrinin yaxınlığında idi. Kamırxan qarı nağıl eləyirdi ki: «Mən nişanlı qız idim, bir gün səs düşdü ki, İran şahı Nadir qoşun çəkib, gəlib Qarabağın üstünə, kəndləri dağıdır, adamları qılıncdan keçirir. Biz də ayın-oyunumuzu ata-eşşəyə yükləyib qaçdıq Ərgünəş meşəsinə. Mənim babam ağır xəstə idi. O bizə dedi ki, hamısı birdi, mən sizinlə gedə bilməyəcəm. Yanıma bir bardaq su, bir az da çörəkdən-zaddan qoyun, gedin.

5 мин
Cavan tacirlə pristav qızının əhvalatı

Bayram bəyin qızı böyüyüb mina gərdənli, uzunsaçlı, bulaq suyu kimi şəffafgözlü bir gözəl olmuşdu. Qocası Səkinədən gələn bir xal qar kimi ağ boğazının yanına qonmuşdu. Müəllimlər gəlib ona evdə dərs vermişdilər. Kürdobalılarla yaylağa, arana köçəndə qız at minib oğlanlarla cıdıra çıxardı, nişana atardı, «Şahnamə»nin rəvayətlərini, Füzulinin, Natəvanın qəzəllərini oxuyardı. Anası Fatma xanımın tütünündən götürüb xəlvətcə çəkə-çəkə öyrənmişdi papirosa. Qulluqçularına o vaxtın ən bahalı papirosundan aldırıb atasından gizlədərdi, anası Fatma xanım qızının papiros çəkdiyini bilirdi, amma bir söz demirdi. Çünki özü də elə bu yaşlarında anası Xanımdan papiros çəkmək öyrənmişdi, özü də anası Xanım kimi əzazil deyildi, ürəyiyumşaq arvad idi. Bayram bəyin hər ay oğluna kifayət qədər pul göndərməsinə baxmayaraq, Fatma xanım da ərindən gizlin eyzən ona pul göndərərdi. Ucaboylu, alagözlü, Həzrət Yusif kimi gözəl bir oğlan olan Nuru bəy də pulları sağa-sola səpələyib kef çəkərdi. Şuşa qalasının ermənilər yaşayan hissəsində olan klublarda səhərəcən qızlarla rəqs edərdi...Yaquta hər tərəfdən elçilər gəlirdi, amma Bayram bəy anası Səkinənin, Kürdoba ağsaqqallarının məsləhətilə Muradxanlı obasından olan Hacı Hüseynin oğlu Məhərrəm üçün gələn elçilərə söz verdi. Hacı Hüseynin dörd-beş min qoyunu, neçə yüz atı, neçə dəvəsi var idi. Özü də tikanlı tayfadan idi. Obanın yarısı onun qohum-qardaşı olub, hamısı da sayılan, karlı adamlar idi. Hacı barmağını qaldırsaydı, yüz atlı, tüfəngli adam hazır olardı. Məhərrəm də at minib tüfəng tutan boy-buxunlu, yaraşıqlı bir oğlan idi. Neçə dəvə yükü yağ, motal, neçə qaradiş erkək, neçə mötəbər ağsaqqal gəldi, nə qədər qızıl, zinət, zərxara, parça gətirdilər. Yaquta nişan taxdılar.

43 мин
Muradın söylədikləri

Madam ki, körpəlikdə məni «əllamə» adlandırırdılar, qoy indi də bu əsərdə yaşımdan əvvəl danışmaqda oxucu məni qınamasın. Düzünü deyim ki, lap iki-üç yaşında görüb-duyduqlarımı elə aydın xatırlayıram ki, elə bil, bu zaman mənim on üç-on dörd yaşım varmış... Və bu məni həmişə əsəbiləşdirirdi, çünki mən keçmişləri xatırlamaq istəmirdim. Ancaq bu keçmişlər hər yaşda məni təəccüblü bir aydınlıqla təqib edib, məndən əl çəkmirdi, o qəribə uşaqlıq haqqında bir adama danışmaq ehtiyacı Makedoniyalı İsgəndərin dəlləyi kimi məni rahat buraxmırdı.İndi soruşa bilərsiniz ki, nəyə görə mən, babalarım, qocalarım, atam-anam, dayım haqqındakı bu nağılları özüm haqqında yazdığım bu kədərli hekayətə daxil edirəm? Ona görə ki, mən nə üçünsə öz həyatımı onlardan təcrid olunmuş halda təsəvvür eləyə bilmirdim. Mən qapalı, daxili aləmimdə eyzən onları görürdüm və mənə elə gəlirdi ki, Kərbəlayı İbixanın, Səkinə qocanın, Xanım nənənin, Bayram babamın yaşamış olduqları hissləri, həyəcanları olduğu kimi duyuram və xüsusən kədərli vaxtlarımda bu mənə anlaşılmaz, şirin bir təskinlik olurdu. Mənə elə gəlirdi ki, onların hamısını daim görürəm, onların əhvalatları daim mənimlə yaşayır. Mən atamla anamın bir-birilə tez-tez dalaşmalarını, aylarla bir-birilə küsülü qalmalarını gördükdə, onların qoşulub qaçdıqları yollarda keçirdikləri xoşbəxt anları təəccüblü bir aydınlıqla xatırladıqda, həyatın nə üçün belə olduğuna, nə üçün Bayram babamın bir zaman aşiq olduğu alagözlü, qələmqaşlı Fatma nənəmi indi aylarla dindirmədiyinə cavab tapa bilmirdim və bu, mənimçün gizli bir qüssəyə çevrilirdi.

2 мин

Стихи других поэтов