Sisyanovun qərargahı. General Sisyanov Şəki hakimi Səlimxan və üç nəfər əyanın müşayiətilə gələn İbrahim xanı təntənə və hörmətlə qarşılayır.

Sisyanov

Cənab İbrahim xan, sizin rus dövlətinə olan ixlasınız əlahəzrət imperatoru xeyli məmnun etmişdir. Sizin və Şəki xanının böyük rus padşahına müharibəsiz tabe olmağınızı biz həmişə yüksək qiymətləndirəcəyik.

İbrahim xan

Əlahəzrət rus padşahı və onun böyük generalı bizim sədaqətimizə həmişə əmin ola bilərlər.

Sisyanov

Əlahəzrət rus padşahı və onun generalları sizin bu sədaqətinizi qoruyacaq və hökmdar İbrahim xanın bütün xanlıqları birləşdirərək, Azərbaycan dövləti yaratmağına kömək edib, həmişə onunla dost olacaq.

İbrahim xan

Cənab general, siz də bizim, vahid, müstəqil bir dövlət olandan sonra rus padşahının sədaqətli dostu olacağımıza arxayın ola bilərsiniz. Cənab general, Azərbaycan xalqı igiddir, mərddir. Azərbaycan xalqı heç bir zaman dosta xəyanət etməmişdir.

Sisyanov

Cənab xan, sizin qızınız Ağabəyim ağa Fətəli şahın baş hərəmidir. Özü də böyük ağıl-zəka sahibi olduğu üçün, deyirlər, hər işdə, hətta daxili-xarici siyasətdə də Fətəli şaha böyük təsiri var. Fətəli şah özü də sizin kimi türkdür. Deyirlər, Ağabəyim ağa İngiltərə kraliçası ilə, hətta Napoleonun arvadı ilə də məktublaşır...

İbrahim xan

Cənab general, nə demək istədiyinizi başa düşürəm. Lakin cənabınıza məlum olsun ki, hələ böyük imperatriça Yekaterina həzrətlərinin vaxtında mən gəlib Dərbənd qalasını alan general Zubova məktub yazaraq, rus padşahına tabe olmağa hazır olduğumu bildirmişəm.

Sisyanov

Doğrudur, bu, mənə məlumdur.

İbrahim xan

Onda Ağabəyim ağa sarayda qız idi. Fətəli şahın hərəmi olacağı da heç kəsin ağlına gəlmirdi.

Sisyanov (zarafatyana bir tonla)

Bu da mənə məlumdur. Lakin, cənab xan, deyirlər hər zamanın bir hökmü var... Naxçıvan hakimi Kəlbəli xanla İrəvan hakimi Məhəmməd xan rus imperatoruna tabe olmaq haqqında mənimlə bağladıqları əhdnaməni pozaraq, Babaxanoğlunun komandanlığı altında bizə hücum eləyən Fətəli şah qoşununa yardım elədilər.

İbrahim xan

Yəqin cənabınıza məlumdur ki, şah onun sarayında xan vəzifəsində olan oğlum Əbülfət xanın komandası altında, sizə qarşı vuruşda mənə kömək üçün beş min qoşun göndərmişdir. Mən ona qoşunu geri çəkməyi əmr etdim. Əməl etmədikdə müharibə elədim. Mənim qəhrəman Qarabağ atlılarım Qızılbaş qoşununu məğlub eləyib pərən-pərən saldı. Əbülfət xan da qaçıb Arazın o tayına keçdi. Cənab general, mən sizin kəlamınızda bəzi şübhə kölgəsi hiss edirəm. Biz Azərbaycan türkləri namuslu adamlarıq. Mən sizdən gizlətmirəm. Əgər Şah İsmayıl Xətai ikinci dəfə dünyaya gəlib, İranda şah olsaydı, mən başda olmaqla, biz Azərbaycan türkləri məmnuniyyətlə onun dövlətilə birləşməyə razı olardıq. Çünki Şah İsmayıl Xətai öz xalqının oğlu idi. Öz dilinin, öz milli ənənələrinin sahibi idi. Hakimiyyətə keçən kimi Azərbaycan türklərinin dilini dövlət dili elan etdi. Dövlət müəssisələri xalqın öz dilində fəaliyyət göstərməyə başladı. Təəssüf ki, əslən türk olan o biri şahlarda biz bunu görmədik, onlar fars əfsunundan xilas ola bilmədilər, millətcə türk olan böyük sərkərdə Ağa Məhəmməd şah ölərkən son sözünü də farsca dedi. Əlahəzrət! Biz öz dilimizin, öz torpağımızın sahibi olmaq istəyirik. Təkrar edirəm ki, rus padşahı bu böyük amalımızda bizə kömək edərsə, biz də onun sadiq dostu olarıq.

Sisyanov

Cənab xan, mən də təkrar edirəm ki, siz bu barədə əlahəzrət rus imperatorunun hər cürə köməyinə arxayın ola bilərsiniz.

İbrahim xan

Cənab general, mən əminəm ki, sizin sözünüz alicənab zadəgan sözüdür.

Sisyanov

Əlahəzrət imperator sizə general-leytenant, oğlanlarınız Məhəmmədhəsən xana və Mehdiqulu xana general-mayor, kiçik oğlunuz Xanlar xana polkovnik rütbəsi əta etmişdir.

İbrahim xan susur. Hiss olunur ki, Sisyanovun bu iltifatı onun izzəti-nəfsinə toxunur.

Sisyanov

İcazənizlə sizi ilk dostluğumuzun şərəfinə düzəlmiş ziyafətə dəvət edirəm. Müsəlman adətlərini bildiyimdən, sizin üçün əlavə türk aşpazları gətirtmişəm. Buyurun.

İbrahim xan tutulur. Onlar ziyafətə gedirlər. Sisyanovun qərargahı, Lisaneviç, Sisyanov, Saday bəy, İbrahim xan.

Sisyanov

Cənab xan, gərəkdir ki, diplomatiyada hər şey aydın olsun... Ona görə də, icazə verin mayor Lisaneviç bizim, yəni rus padşahlığının şərtlərini sizə bəyan etsin.

Lisaneviç (rus hökumətinin şərtlərini oxuyur)

  1. İbrahim xan bütün dövlətlərlə əlaqəsini qəti kəsib, tamam dünya miqyasında yalnız rus dövlətinə tabe olur.

  2. İbrahim xan qonşu hökumətlərlə ancaq rus sərdarının icazəsi ilə münasibət saxlaya bilər. Onların məktublarına ancaq rus sərdarının icazəsi ilə cavab verə bilər.

  3. Qarabağda olan rus qoşunu üçün xan ucuz qiymətə buğda aldırmalı və qoşunu mənzil ilə təmin etdirməlidir.

  4. Xan ildə rus xəzinəsinə 80.000 əşrəfi xərac verməlidir.

  5. Rusiya Qarabağ camaatının və xanın mühafizəsini öz üzərinə götürür. Bu məqsədlə, daimi olaraq, Qalada 500 nəfərdən ibarət rus qoşunu olacaqdır.

Saday bəy irəli yeriyərək İbrahim xana təzim edir.

Saday bəy

Xan ağa, mayorun sizə təqdim etdiyi bu əhdnamədən belə çıxır ki, Qarabağ, bütün Azərbaycan rus padşahının müstəmləkəsi olmalıdır. Sizin qırx il hökmdarı olduğunuz müstəqil Azərbaycan xalqı bunu qəbul eləyə bilməz. Qoy rus padşahı bilsin ki, Azərbaycan xalqı heç bir zaman heç bir dövlətə qul olmamışdır, heç bir dövlətə müstəmləkə olmamışdır. Biz bura gələrkən, mən və mənim atlılarım elə güman edirdik ki, bu Sisyanov biz azərbaycanlılarla zəhmətkeş rus xalqı arasında dostluq, əməkdaşlıq əlaqəsi yaratmağa gəlib.

İbrahim xan (qəzəblə)

Sus! Sənə kim icazə verib ki, öz hökmdarının hüzurunda belə qələtlər eləyəsən?

Saday bəy

Xan ağa, əgər bu əhdnaməni qəbul eləsən, sən daha hökmdar deyilsən. Sən rus padşahının əmrinə tabe, onun gücsüz bir əyalət məmurusan.

İbrahim xan

Çıx bayırda mənim hökmümü gözlə.

Saday bəy

Yox, xan ağa, mən daha sənin hökmünü gözləməyəcəm. (İti addımlarla çıxır).

Sisyanov

Mayor Lisaneviç, çıx gör bu qoçaq üsyançı nə etmək fikrindədir? Cənab xan, qoy bu oğlanın bu cür ötkəm danışığı sizi çaş-baş salmasın. Rus çarı bütün Azərbaycan xanlıqlarını birləşdirib, sizin hökmranlığınız altında vahid bir dövlət yaranmasını istəyir. Əmin ola bilərsiniz ki, o zaman Rusiya sizin böyük dostunuz kimi daha qalalarınızda rus qoşun hissələri saxlamağa da lüzum görməyəcək. Siz buna inanın, cənab İbrahim xan.

İbrahim xan (sarsılmış halda)

Mən rus padşahının alicənablığına inanıram.

İşıq sönür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 мин
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 мин
Birinci şəkil

Şuşa qalası. İbrahim xanın iqamətgahı. Ağaməhəmməd şahın Şuşanın istilası zamanı Balakənə qaçmış İbrahim xanın Ağa Məhəmməd şah öldürüləndən sonra təkrar sağ-salamat Şuşaya qayıtması münasibətilə sarayda şadyanalıq. Musiqi. Cavanlar rəqs edirlər. Xanın qızları Ağabəyim ağa və Səltənət bəyim də, Cavad xanın oğlu Hüseynqulu xan da, Qaradağ atlılarının gənc sərkərdəsi Saday Şirxan oğlu da onların arasındadır. Axund Mirmöhsün ağa zərif parçadan tikilmiş ağ libasda, ağ əmmamədə səhnənin yuxarısında görünür.*Mirmöhsün ağa**

19911 мин
İkinci şəkil

Ağabəyim ağa və Saday bəy.*Ağabəyim ağa**

19912 мин

Стихи других поэтов