Страница 27 из 39 · 67%

Yalnız bircə şey – onun ailə həyatındakı dram məni çox pərt edir. Onun arvadı Yer üzündəki qadınların ən gözəlidir desəm, mübaliğə sanma. Onun oğlu o qədər qəşəng, o qədər sağlamdır ki, görsən, valeh olarsan. Heyf ki, insanların qəlbinə girmək mümkün deyil. Əgər, mümkün olsaydı, mən saatın necə xoş vaxtında yarandığını Səadətə hiss etdirərdim. Mən ona deyərdim ki, sənin əsassız üzüntülərin, şübhələrin bu böyük səadətin qarşısında heçdir, əzizim. Sən nahaq yerə ərin üçün elədiyim kiçik bir xidməti mənə çox görürsən. Güclülər, xoşbəxtlər bu qədər amansız, bu qədər xudpəsənd olmamalıdırlar. Rəhmətlik nənəm həmişə deyərdi ki, igid basdığını kəsməz. (Biz qadın olanda nə olar? Məgər, igidlik yalnız kişilərəmi aiddir?)

Aynacan, – mənim indiki halımın səni çox pərişan etdiyini yazırsan. Elə demə, əziz bacım! Çünki mən, heç olmasa, bircə nəfərin (sən dünyada mənim bu sirrimi bilən yeganə adamsan) mənim bədbəxt olmadığım haqqındakı inamımı təsdiq etməsini istəyirəm. Mən buna möhtacam. Axı, mən, doğrudan da, bədbəxt deyiləm. Onu öz canından min dəfə artıq istəyən bir adam necə bədbəxt ola bilər? Gecən xeyrə qalsın, əzizim. Mən də dururam yatam. Sabah işə gecikməməliyəm.

[Mənbənin skanında burada mətn itib.]

qalxanda kitab götürüb, Söyüdlü arxın üstünə getdim və quzeylilərin düşərgəsi yaxınlığında xəlvət bir yerdə oturub mütaliə elədim.

Mən onların səs-küyünü eşidirdim. Murad tez-tez ora-bura gedir, bəzən dayanıb əlinin hərəkəti ilə adamlara nə isə deyirdi.

Qürub günəşinin dolayı, qəmgin şüaları ilə işıqlanmış geniş çölün fonunda onun görünüşü mənim üçün yalnız bir xəyal, bir nağıl idi. Sonra o, motosiklinə əyləşib sürətlə öz kəndlərinə tərəf getdi, elə bil, bütün insanlar, bütün həyat bir anda məni tərk edib, tamam başqa bir aləmə köçdü. Elə bil, mən hamı tərəfindən unudulub yurdda qaldım. Lakin mən özümü bu hissin, bu ağır dərdin öhdəsinə ata bilməzdim. Mən “ah” çəkmədim. Ürəyimin ağrısına dözmək üçün dişlərimi bərkbərk sıxıb, üzümü o biri tərəfə çevirdim. Bu zaman iki atlının toz qopara-qopara çapdığını gördüm.

Onlardan birinin Nəriman əmi, digərinin isə, Qulu olduğunu görüb təəccüb etdim. Nəriman əminin əynində xəstəxana paltarı vardı, başı açıq idi. Onlar məni görmədən Söyüdlü arxın taxta körpüsünü keçib getdilər. Görünüşləri çox məzəli olduğundan, istər-istəməz, gülümsədim və motosiklin gözdən itdiyi tərəfə baxdım.

...Mütaliə edə bilmirdim, qalxıb körpünün üstünə getdim. Mən orada dayanıb Söyüdlü arxa tamaşa etməkdən qəribə bir rahatlıq, xoşhallıq duyurdum. Elə bil, əsəblərim hər cür gərginlikdən xilas olub dincəlirdi. Arxa tərəfə əyilmiş bir yarpızın balaca zərif yarpağı axan suya təmas etdiyindən, biaram titrəyirdi. Elə bil, Söyüdlü arx onu qoparıb aparmaq istəyir, yarpaq isə, nə buna razı olur, nə də sudan ayrılırdı. Elə bil, “sən mənim həyatımsan. Ancaq mən səninlə getmək istəmirəm” deyə o, suya səssiz nəğmə oxuyurdu.

Kəndə qayıtmaq istəyirdim ki, təcili yardım maşını sürətlə gəlib körpünün yanında dayandı.

Şofer başını kabinədən çıxarıb, məndən soruşdu:

– Bağışlayın, bir az qabaq bu kəndə iki atlı gəldi?

– Necə məgər?

– Qəhrəman qaçıb.

– Hansı qəhrəman?

Şoferin yanında oturmuş ağ xalatlı qız həyəcanla izah etdi:

– Bilirsinizmi, Nəriman əminin bağırsaqları çevrildiyi üçün bu gün operasiya olunmalı idi. Ancaq bunu eşidən kimi xəstəxana paltarında çıxıb qaçıb. Axtarmamış yer qoymamışıq. Axırda bir uşaq dedi ki, biri xəstəxana paltarında, iki atlının qəsəbədən çıxdığını görüb. Siz bu kənddə olursunuz?

– Bəli.

– Xahiş edirəm Nəriman əminin evini bizə göstərəsiniz...

– Baş üstə.

Qız şoferə sarı çəkilərək yanında mənə yer elədi.

...Ağ xalatlı qızla sədrin bağçasına daxil olduğumuz zaman qəribə bir mənzərə gördük. Nəriman əmi ilə Qulu iydə ağacının altında oturub kabab yeyirdilər. Nəriman əmi yaxşı qızarmış maça sümüyünü dişinə çəkərək (yaşının altmışa çatmasına baxmayaraq, onun dişləri sədəf kimi idi) nə isə deyir, Qulu da çiyinlərini qısıb gözlərini yumaraq, gülməkdən qəşş eləyirdi. Onlardan bir az o tərəfdə Qərənfil bacı yerə çökərək, kabab şişləri düzülmüş ocağı yelləyirdi.

Ağ xalatlı qız əvvəlcə dayanıb, elə bil, gözlərinə inanmadı. Sonra birdən sədrə tərəf qaçaraq qışqırdı:

– Yoldaş geroy! Yoldaş geroy! Nə qayırırsınız? Sizin bağırsağınız çevrilib.

Nəriman əmi dik atıldı:

– Əşi, sağ olmuşun qızı, məni lap diksindirdin. Gəlin, yaxşı gəlmisiniz. Gəlin oturun, kababdan-zaddan yeyin görək.

– Siz nə danışırsınız? Durun! Tez olun! Cərrah sizi gözləyir.

– Xahiş eləyirəm əyləşəsiniz.

Ağ xalatlı qız qalxıb, ayaq üstə dayanmış Qərənfil bacıya tərəf çöndü:

– Siz nə edirsiniz, xala? Bəs, bağırsağı çevrilən adama kabab vermək olar?

Qərənfil bacı:

– Neyləyim, ay qızım, istədi, mən də bişirdim.

Qulu pıqqıldayıb əli ilə ağzını tutdu. Ağ xalatlı qız yanıb tökülərək:

– Bax, özünüz cavabdehsiniz, – deyə hədələdi.

Sonra mənə müraciətlə soruşdu:

– Bağışlayın, sizin familiniz nədir?

– Adım Nuriyyədir.

– Yoldaş Nuriyyə, siz də şahid olun ki, nə qədər çalışdım, qəhrəman mənim sözümə qulaq asmadı. Özü də əyləşib qısaboylu bir adamla kabab yeyir.

Qız “qısaboylu” sözlərini deyərkən qəzəblə Quluya baxdı. Lakin mühasib pərt olmadı, eyni şənliklə:

– Yoldaş həkim, – dedi, – xahiş edirik əyləşib bu kababın dadına baxasınız. Sizə hörmət eləyək, qulluğunuzda olaq.

Ağ xalatlı qız heç bir söz demədən, hətta, mənimlə də xudahafızləşmədən dönüb sürətli addımlarla həyətdən çıxdı.

Nəriman əmi onu səslədi:

– Yoldaş həkim! Bir dəqiqə dayanın, Qərənfil xəstəxananın paltarını da versin, aparın (o indi öz paltarında idi).

– Özünüz göndərərsiniz, – darvazanın arxasından qızın səsi eşidildi.

Təcili yardım maşını yola düşdü.

– Sən Allah otur! – deyə Qərənfil bacı qolumdan yapışıb məni əyləşdirdi.

Nəriman əmi nəşə ilə başını bulayaraq:

– Siz ölməyəsiniz, – deyirdi, – bu həkimlərin işi lap qəmədiyədir.

Mən soruşdum:

– Bəs, necə oldu ki, sancınız kəsdi?

– Canım üçün, elə həkim deyən kimi “bağırsağı çevrilib, gərək yarılsın, elə bil, heç sancı-zad yoxmuş, hamısı xırp kəsdi”. Di gəl, əl çəkmirlər. Deyirəm, canım heç bir şeyim yoxdur. Deyirlər, yox, sən bilmirsən, bağırsağın çevrilib, gərək qarnını yaraq. Gördüm dirigözlü məni yıxıb kəsəcəklər, dedim, ə, Qulu, tez mənə at! Maşın səs-küy qaldırar...

Qulu, Qərənfil bacının gətirdiyi kababı alıb mənim boşqabıma çəkərək:

– Yaxşı ki, – dedi, – Kərəmgilin atları rayonda idi. Amma, sədr, nə qaçdıq!..

– Üstünü vurma.

Nəriman əmi gülümsədi və pomidor olan nimçəni götürüb mənim

[Mənbənin skanında burada mətn itib.] Görünür, böyük qorxu kiçik qorxuları əhəmiyyətsiz etdiyi kimi, bəzən başımızın üstünü alan ciddi təhlükənin sovuşması da təbiətimizdəki daha gözəl duyğuların meydana çıxmasına səbəb olur. Nəriman əmi hər şeydən elə ruh yüksəkliyi ilə danışırdı ki, guya, doğrudan da, dünyaya yenidən gəlmişdi. O daha iş barəsində Qulu ilə danışmağını da, axşamkı kimi, Qərənfil bacıdan gizlətmirdi.

Artıq işıqlar yanmışdı. Biz qalxıb eyvanda çay içdiyimiz zaman Hümmət gəlib çıxdı:

– Ay hamınızı xoş gördük, beş gördük, – deyə əlində tutduğu kepkasını asılqana keçirərək, stul çəkib əyləşdi. – Dayı, nə var, nə yox?

Nəriman əmi cavab verməyib, üzünü bağa sarı çevirdi.

Hümmət soruşdu:

– O nə əhvalatdır, əşi, deyirlər xəstəxanaya gəlibmişsən, mənə də xəbər eləməmisən.

Nəriman əmi bağa xitabən acıqlı-acıqlı deyindi:

– Nərimanın heç kəsə ehtiyacı yoxdur. Nərimanın ayağı hələ

[Mənbənin skanında burada mətn itib.]

– Ay Nəriman, – dedi, – bayaqdan əsib-coşursan, biz də bir şey başa düşmürük. Yoxsa, yenə Söyüdlü arxın məsələsidir?

Sədr bu dəfə yavaş səslə cavab verdi:

– Söyüdlü arx sizindir. Sizin alnınızın təridir. Vaxta ki, elə məsləhət gördünüz...

Dünyamalı kişi qəlyanını sümürərək:

– Yaxşı, indi ki, belədir, – dedi, – bəs, o gecə niyə atılıb-düşürdün?

– Ona görə atılıb-düşürdüm ki, gərək hamı işləsin. Zəhmət çəksin. Heç kəs qonşusuna yük olmasın. O vaxt Söyüdlü arxı qazanda quzeylilər əlləri ciblərində gəzirdilər. Amma mən bilirdim ki, bir gün gəlib deyəcəklər: “Qonşu, bizə də su!” Mən də onlara cavab verəcəkdim ki, gedin Güney təpəni çapın, Köndələnçaydan özünüzə su çəkin. Siz qoymadınız, mən də demədim. Ancaq, qoy bəzi adamlar Nərimanı ortalığa qoyub, camaata leksiya oxumasınlar.

Kərim soruşdu:

Случайное стихотворение

Другие произведения автора

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 мин
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 мин
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 мин
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 мин

Стихи других поэтов