Kainat sakinləri 2
Страница 21 из 23 · 87%
OdƏrMən – “Türmən” qoyun yataqlarından qayıdandan sonra Ulu Bağ ƏsƏlMən SağƏsÜn özü də ƏrSarlar hazırlayıb, nəinki “Rey”ə – ƏrEyə qədər beş GurOdun beşini də, hətta İlanın yuvasına çevrilmiş Ərimi – “Rim”i də azad eləyib, səkkiz yüz ikinci ilin müqaviləsini pozdurub, yeni danışıq əsasında imperatorun təxtini saxlamaq şərtilə sarayda BağBağÜn – “beyinlər Bağı” təxti qoydurub. Ərəbin iyrənc dərəcədə təhrif “dil”ində “Babək” adlananımızın təxtidi o təxt, oğul! “Babək”in – BağBağÜnün zamanında OdƏr dili yenidən bərpa olunmuşdu, Bağ-Odda (Bağdadda) mədrəsələrdə SafAğ dərsi deməyə başlamışdılar. “Rim”dəki ƏsEvÜn⁷⁴ ətrafları yenidən OdƏr istilahlarıynan idarə olunurdu. Məhz buna görə də on səkkiz-on doqquzuncu əsrlər İngiltərəsinin alimləri arxeoloq casuslarının Ərəb müşayiətçiləri, bələdçiləri – “səyyahlar”ı “Babək”in məskənini, Aralıq dənizinin o taya keçid yolu “Dardaneli” “Dar boğaz” yazıblar, “ƏsEv və ya BağƏsEv sarayını isə dağ belində qala qələmə veriblər”: “Bəzz” qalası. “Sasan” SağSan – Sağ-ƏsÜnün ən çox müharibəli dövrü, yəni yeddi-səkkizinci əsrlərnən “Babək”in – BağBağÜnün ən çox falsifikasiyaya uğramış dövrü – doqquzuncu əsr haqqında xüsusi kitab yazılmalıdı, “Rim”in iç üzü açılmalıdı.
Təkrar deyirəm: İlanın dili BağBağÜn rütbəsini çox pis təhrif eləyib: “Papa!” Farslar “Papaqan”, “Papaq” deyiblər, Latınlar isə lap düzəldiblər: “Papa!” Bəşəriyyətin tarixini belə iyrənc şəkildə təhrif eləyiblər, oğul!
Fatehlərin hırıltısını xüsusi yazmaq lazımdı; bunu da təkrar eləyirəm: “Babəkin atası yağ satan idi!” “Babək”in “dini” “Xürrəm!” Yəni sırtıq! Əxlaqsız! “Babək”in şəxsiyyətini lap dəhşətli şəklə salıblar: “Gecələr bir yerə yığışın, işıqları söndürün, kim hansı zənəni tutsa, o zənənlə keyf çəksin!”
Yazıq Bircə balam! Gözlərini yerdən qaldır. Qadın-zənən vasitəsilə mənəvi qatillik çox köhnədi bizim tarixdə. Fatehnən – quldarnan heyvanın fərqi yoxdu, oğul!
“Cavidan” adlandırılan OdEv OdÜn də oturub o BağBağÜn – “Papaqan” təxtində! Dünya dolusu qışqırmalısan, xüsusən Sovet yalı içənlərimizi, “ustanovkaynan yazan”ları ifşa eləməlisən: “BağBağÜn bütün planetin “beyinlər” Bağı ikən “Yağ satanın oğlu” nədi?! “Qəhbə zənən oğlu” nədi?! Necə əliniz gəlir düşmən sözünü təkrar-təkrar yazmağa, ey yaliçənlər?! “Babək üsyanı” nədi?! “Bəzz qalası” nədi?!
⁷⁴ Hər bir Elm mərkəzi sayılan şəhərdə bir EvƏs və ya ƏsEvÜn (Yaradan Ün Evi) və ya BağƏsEv olmalıydı, yalnız çox dar ayaqda – kritik zamanlarda BağBağÜnlər öz mühafizə orduları ilə birgə ƏsEvÜnü tərk eləyib, ƏrEyə yığışarmışlar ki, həmin vaxtlarda hökmən ƏrEy SarEyandə olan Ulu Bağ ƏsƏlMənnən birgə hərəkət eləsinlər. Belə bir hadisə ikiyüzillik müharibədən sonra BağBağÜnün – “Babək”in zamanında olub.
İlan “alimləri” – “İslam” təzkirəçiləri ƏsÜn BağBağÜnü “Həsən Babək”ə döndəriblər. “Azərbaycan Sovet Sosialist Respublikasının Elmlər Akademiyası” adlandırılan İlan yuvası, Moskvanın gizlin əlləriynən gizlin əlaqəyə girib, qəhbə analı, qəhbə millətli “Babək” haqqında parnoqrafiyanı rus, ərəb, fars dillərində bütün Şərqə, Avropaya yaymaqdan yorulmur! “Rim papası hakimiyyətinin BağBağÜn qanı üstündə qurulması barədə işarəyə də yol vermirlər: Rim imperiyası yox, Erməni satıb “Babək”i, get Erməniynən döyüş!
Səmədin əli əmgəyində gəzirdi.
– Əmi! Əmi! Sən kimlərnən döyüşürsən, ay yazıq əmi!.. Necə yəni “çıraqları söndürün?!” Bütün dünya elə Bezobraziyedən ibarətiymiş ki, əmi!..
Sultan sözünə ara vermirdi.
– Unutma! Yenə deyirəm.
EvƏsi ərəbcə “Bəzz” eləyiblər. EvƏsin “Rim”də olduğunu danıblar, cənubumuzdakı köhnə bir qalanın adını, “Babək qalası” qoyublar. Yəni neyləyiblər? Möhtəşəm Ulu Bağ ƏsƏlMən SağƏsÜn dövlətini “xilafətə qarşı üsyan edən” tək qalaya çeviriblər!
Bu sui-qəsd məsələsi səbrimi daraltdı. Müslümün səsinin dəyişməsini yəqin ki, sən də hiss elədin. Məncə vaxt daralıb. Əmma çalışıram heç olmasa ən vacib şeylər barədə təsəvvürün bütöv olsun.
İndi qalalar haqqında.
Elmimizin Qrek-Latınlardan gizlin, farsca tədrisinə görə “gizlin dövr” adlanan birinci-doqquzuncu əsrlər Bağdayında “qala” altı-on metr hündürlüyündə birmərtəbə, geniş Sar SarEyi dövrəsində yüz Bağ SarEyi olan GurOdMən şəhərciklərindən ibarət imiş. Bütün GurOdlarda GurOdMən “qala”larının aralarında SafAğ İşıqnan kəsilən sal qaya daşlarnan döşənmiş geniş yollar varmış. OdAğÜznən Bağday arasında uçan İşıq gəmilərindən başqa texnika ləğv olunduğuna görə, o daş yollarda at arabaları, bir də ƏrSarların iri təkərli qazalaqları işləyirmiş. Əmilərin yazmışdılar ki, yüz bir SarEyli şəhərciklərdən başqa, daş yolların kənarlarında OdƏrlərin Evləri də altı-on metr hündürlüyündə SarEylərdən ibarətiymiş. SarEylərin bağ, əkin-biçin sahələri də, müasir terminnən desək, sənaye karxanaları da həmin sal daş yolların kənarlarında, mal, qoyun yataqları, örüşlər isə dağ ətəklərində imiş. Taxıl, yonca, bağlar, üzümlüklər gil kanallarnan, hökmən dağlardan gətirilən həşəratsız sularnan suvarılırmış. SarEylərin həyətlərində də, mərmər sütunlar arasında mərmərnən döşəməli arxlarda su dolanırmış. Həm həyətlərdə, həm də içəridə, böyük buxarılarda Od (qaz) yanırmış. Havanın istiliyini, soyuqluğunu keçirmiyən böyük çəlləklərdə hər cür çaxır saxlanırmış. O daş yollarnan, deyək ki, OdEv ƏrÜzdən (“Təbriz”dən) ƏrEyə (“Rey”ə), HəmOdÜnə (“Həmədan”a) gedənlər axşamlar bütün yol uzunu SarEylərdən musiqi eşidirmişlər.
“Bağday həyat şəraiti” deyirik o SafAğ İnsanların həyat şəraitinə.
“Babək üsyanı” barədə siyasi kompaniya başlananda, yəni iyirminci, otuzuncu illərdə İlanın casus “alim”ləri əllərində fotoaparat, cumublar xarabalıqlara. Olamda, “Elvənd” – ƏlEvÜn dağında Ulu Bağın SarEyindən başlanmış, birinci, ikinci, üçüncü Gurodlarda az-çox səlamət qalan SarEylərin şəkillərini çəkib hamısını “Atəşgah”, “Atəşpərəst xramı” adlandırıblar, arxeoloji qazıntılardan çıxartdıqları qızıl qab-qacaqları yalnız saraylara aid eləyiblər. Halbuki, qızıl cəmlərdə xörək yemək, qızıl qədəhlərdə çaxır içmək Bağday həyat şəraiti üçün adi şeymiş. Çünki qızıldan, gümüşdən insanın qanına, hüceyrələrinə zərrəciklər keçib ömrü uzadır.
Bil bunları. İlan casuslarının tariximizi, adımızı “Yer” üzündən necə sildiklərinin təfsilatıynan bərabər, məişət metalı qızılın qiymətini ceyranın belinə çıxardan cəhalət dünyasıynan Bağdayın fərqini bil. “BirOd” – Bərdədə İskəndər Rumiyə qaş-daş “yedirdən” AğEy (“Əxi”) Sarı “Nuşabə”nin⁷⁵ Elmiynən bərabər mədəni səviyyəsini, AğEy – Uca SafAğ insan məişətini bil. AğEy (“Əxi”) icmaları haqqında nə yazılıbsa, hamısını “utopiya” sayırlar.
İndi “Vərəsə”mizin “utopiya”sına bax.
BağSar.⁷⁶
⁷⁵ “Xəmsə”də qadın Sar adları SafAğ bilicilərinin ikinci adları – Odları – rütbələridir: “Nuşab” – (içməli saf su) su – Elm rəmzi; “Şirin” (“Fərhad”ın “Bisütundan – Bağstandan (Bağdaydan) çəkdiyi “şirin” – içməli su – Elm rəmzi.
⁷⁶ “Bağıstan” kəlməsi həmin bu – “latın əlifbası” adlandırdığımız əlifba ilə qayada həkk olunub. “Kir”in (“ki” – OdƏr) zamanında yazıldığına görə, aydındır ki, əlifba Bağdayındır. Bağdayın süqutundan sonra yazının üstündən Fars əlifbası ilə yenidən yazılıb və Sar OdƏrin adı dəyişdirilib.
OdEyAğ.
EvƏrEyOd.
BağOd.
OdAğSar.
ƏrBağ.
BağOdAğ.
ƏsƏrBağ.
ƏrOdAğ.
ƏrEvÜn.
ƏsOdAğ (Yazıram, oxu).
Bu on bir Bağ, Ulu Bağın BağSar rütbəsi ətrafında 100 Bağdan, Ulu Bağ da daxil olmaqla, on bir nəfəridir.
On bir Bağ ƏrEydə işləyənlərdir. Əmma mərkəzdə daimi deyilmişlər. Niyə?
Qulaq as!
Birinci “sivilizasion”un birinci ilindən ta geri sananan tarixin dördüncü əsrinin axırına, yəni İskəndərin basqınlarına qədər GurOdlarda növbəynən Sarlıq eləyiblər bu əbədi Sarlar. Beşi beş GurOdda oturanda o birilər Əski EvƏrEylərnən – “Skif”lərnən Şuma gedib, ŞumƏr Sarları olublar, ŞumƏr Sarları Bağdaya qayıdanda GurOd Sarları şuma gediblər.
Geri sananan tarixin son üç əsrində “Yer” mühitində “Qrek” cəhaləti o dərəcəyə çatıb ki, ələ keçən EvƏrEyOdBağdayları – “Pro Metey”ləri, SafAğ İnsan əqidəsindən, yəni OdƏrlikdən dönməyən Bağları elə ələ keçən anda üzü üstə yerə yıxıb, əllərinin, ayaqlarının pəncələrini uzun quru ağac mıxlarnan torpağa mıxlayırmışlar.⁷⁷ O əsrlərin OdƏr rəssamları, heykəltaraşları canlarına həşərat daraşa-daraşa işgəncə içində ölənləri qayalarda elə canlı həkk eləyiblər ki, hətta “Vərəsə”mizdən qalan səhifələrdə lap kiçik formatlı şəkillərə də sakit baxmaq olmur. İkinci doğuluşa, əbədiyyətə nə qədər vərdiş eləsək də, insan əzabına, “ölüm” adlanan ayrılığa dözmək çətindi, oğul. Quldarlar görünür bunu da bilirmişlər, əlləri, ayaqları zəncirli qul əhalini at döşünə, qamçı altına salıb torpaqda işgəncə çəkənlərin aralarında gəzdirirmişlər, sonra “Pers” saraylarında hökmdarların, əyanların hüzurunda nümayiş etdirirmişlər.
⁷⁷ Bağdayın müxtəlif dövrlərində ictimai, siyasi, mədəni məişət təfsilatlarını aydın göstərən şəkillər “Vərəsə” ilə birlikdə gizlədilsə də İngiltərədə, keçmiş SSRİ də Şərqşünaslığa aid arxivlərdə saxlanılır. Çox az bir qismi “İstoriya Midi” kitabında çap olunub.
İnanılası şey deyil, üç yüz il davam eləyib bu zülm!
Sözü bura gətirirəm ki, adlarını çəkdiyim əbədi Sarlar lap qocalıblar kütləvi edamlar dövründə. Yəni bətnən dəyişibmişlər, hiddətli, kinli olubmuşlar. Ulu Bağdan, həmin 1000 nəfərlik SimOd məclisindən tələb eləyirmişlər ki, SafAğ İşıqdan, ikinci doğuluşdan məhrumluq təhlükəsi labüd olduğuna görə quldarlarnan döyüşməyə izn verilsin. Məclis isə, ərazini tərk eləyib hər hansı bir təhrif əraziyə köç buyururmuş. Bayaq dedim, yalnız Yeni tarixin birinci ilində, bütün GurOdlar, GurOdMən – “Kirdman” qalaları əldən çıxandan sonra şərti GurOda – SarUcAğa köçmək məcburiyyətində qalanda OdAğÜzdən də icazə verilib ki, Bağdayı döyüşlə azad eləsinlər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-kainat-sakinleri-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Стихи других поэтов
Ürək doğuldu,böyüdü, yaşa doldu,
Olmazam vəsl ilə asudə ki, həngami-vüsalOlmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,