Страница 23 из 23 · 96%

Necə xilas eləsin EySar?! ...Bəlx şəhərində Ulu Bağı göstəriblər bir təhrif nadana, deyiblər: “Atəşpərəst Zərdüşt budu, kəs başını, müsəlman ol!” Qılıncı endirib bədbəxt, Ulu Bağın başını yarıb. OdAğÜzdən gur SafAğa bürüyüb aparıblar Ulu Bağı. Altı yüz səksən yeddinci ildə olub bu. Yəni müharibənin lap şiddətli vaxtı. Ulu Bağ elə uçuş vaxtı sağalıb, OdAğÜzdə lap az qalıb, qayıdıb ki, vəhşiləşən fatehləri özü cilovlasın. Ərdəbildə yenə görüb o qatili, bir kəlmə: “Təriksən!” – deyib. Sonra məlum olub ki, “Zərdüşt” deyilən adam UluBağ SarOdƏsdi. “Tərik” bədbəxt qılıncı öz başına endirib bu dəfə, kəlləsini iki parçalayıb.

Ulu Bağ deyib: “Mən o təriki dünyanın işgəncələrindən qurtardım. Əmma düz eləmədim!”

Əllərinin pəncələrində iki yoğun dəmir mıx, ayaqlarının pəncələrində də iki yoğun dəmir mıx, çarmıxda, işgəncə içində də təhrif insan haqqında düşünüb EySarımız, üzünü OdAğÜzə tutub, inildəyib: “ƏlEy! ƏlEy! SafAğ Olamı fanidimi?!” ƏlEy – Uca Əl, yəni ƏlAğımız EySar ÜnEv idi o vaxt. Qardaşından gör nə soruşur EySar: “SafAğ Olamı (yəni insanın beyni) fanidimi?”

Ölüm ayağında qayğıya bax, Bircə balam!

Bir də deyirəm: “ƏlEy! ƏlEy! (Uca Əl! Uca Əl!) SafAğ Olamı fanidimi?!”

“Fani” – EvÜnün təhrifidi.

“Bibliya”da, “Novıy zavet”in – “Şad xəbər”in ruscaya tərcüməsində dönə-dönə təhrif eləyiblər EySarın bu son sözlərini. Əmma qrekcəsində cəsarətləri çatmayıb toxunmağa. Çünki “Rim”də Türk çoxmuş, bu sözlər çox yayılıbmış.

Peyğəmbərin möhüründən sonra bir sual verdim sənə. Bir də indi soruşuram: de görüm, EySarın “ƏlEy! ƏlEy! SafAğ Olamı fanidimi” – sözləri nə verdi sənə?

Uzun, üzüntülü sükut oldu. Söhbətin – dərsin ən həlledici mərhələsində Səmədin belə çox susmağının səbəbi, əlbəttə aydındı: İlanın özündən başlamış, Bezobraziye dünyasında bütün ilanların da özbaşına, yəni sərbəst, azad buraxılması Bağ hökmü idisə, EySarın müqəddəs sözləri barədə sualın cavabı nə idi?! Beyin fani idi?! Və dünya fani beyinlərin dünyası idisə, Səməd nə deyə bilərdi?!

– Mənə belə qəmli baxma, əmi... Partiya məktəbinin müdavimi Səməd hara, bu Səməd hara? Tamam başqa adamam... Əmma... açığı, çaşdım... Bağışla məni... “Allah”nan ƏlAğın fərqini dərk eləmişəm, əmma Bağ olammaram mən, OdƏr olammaram, əmi... Başa düşürəm, səndən ötrü çox ağırdı bu sözlər. Əmma bu elə məsələdi ki, burda yalan danışmaqdan böyük qəbahət ola bilməz. Bağışla məni, görürəm çox əzab verəcəm sənə. Özüm də əzab çəkirəm. Başım, boynum partdayır ağrıdan!.. Sənin, Abının arzuladığınız Varis olammaram mən... Peyğəmbərin möhürü dərya-dəniz şadlıq verdi mənə. Dünyamız, dilimiz barədə hər şey verdi. Doğrudan da hər şey, əmi! ƏlAğ – “Allah” verdi mənə! Kor gözlərimə işıq gəldi. Sədr Mədədi gördüm. İkinci doğuluşa inandım, atamın, anamın, əmilərimin, babamın sağlığına inandım. OdƏrliyimizə, Bağlarımıza inandım! Ulu Bağın möhtəşəmliyini gördüm. Faciəsini duydum. EySar ÜnEvin, EvƏrimin faciələrini duydum. EySarımızın faciəsini duydum. İrəli sananan, geri sananan yüz min illik tarix heç. Yeni tarixin min doqquz yüz ili müddətində faciənin həddi-hüdudu yoxdusa, kor balasının gözlərinə belə möcüzəli işıq verən bu nadir insan Sultan Əmirli də ölümə məhkum olunubsa, özün bilmirsənmi EySarın son sözləri nə verir mənə?! SafAğ Olamı fanidi! BağÜn lazım deyil bu xarabada!

Sultanın gözləri böyüdü.

– Budu cavabın?!. İkinci doğuluş lazım deyil?! Yerdə ölümə məhkumluğum ölümümdü?! Bu dəqiqə burda yıxılsam, cəmisi bir neçə saatdan sonra qardaşlarımı, atamı, anamı, babamı, nənəmi bağrıma basacam! Budumu fanilik?! Bu beyin – BağÜnün əbədiyyətini dərk eləyə-eləyə deyirsən fanidi?! Otar Kiknadze na zibildi Bağ Sultanı əbədi işgəncəyə salsın?! Yağır Məmmədəliynən şah necə öldürə bilərlər Ağ Əmirnən Boz Əmiri?! Çax-çux necə öldürə bilər sədr Mədədi?! İndi de! De görüm nə verdi sənə EySarın son sözləri?!

Səməd başını sinəsinə əyib, qaldıra bilmirdi.

– Necə yəni “Çax-çuxa toxunmaq olmaz”, ay əmi?! Planet Bezobraziyenin pəncəsində qalırsa, EySarımın azərbaycanca “ƏlEy! ƏlEy!” iniltisi nəyimə gərəkdi mənim?!

Yenə üzüntülü sükut çökdü. Sonra birdən sərt taqqıltı eşidildi: Sultan yumruğunu başına çırpdı.

Səməd elə bil daşa dönmüşdü... Hələ bilmirdilər ki, bu gecə əmi ilə qardaşoğlunun birgə Yer həyatının son gecəsi idi.


Elə orda, hərəsi bir “tyubik”in üstündə donqarlanıb, daş kimi yatıb, bir də Müslümün öskürəyini eşidəndə oyandılar. Yuyunub, çay içib, məhkəmənin səhər iclasına, qərarı eşitməyə getdilər.

Mirqəzəbə güllələnmə, “Pers”ə iyirmi beş il həbs cəzası kəsiləndə bütün zal ayağa qalxıb qatillərə lənət oxudu.

Tək bir nəfər nə ayağa qalxdı, nə də səsini çıxartdı. O bir nəfər Sultan idi. Keçinib, necə oturmuşdusa, eləcə də qalmışdı. Termosla “qranyonnı stəkan” döşəməyə düşmüşdü, rəngi dəyişirik – göyümtül çalan YemsSən suyu kresloların altına axıb yayılmışdı... Bircə balanın hədəqədən çıxmış gözləri qonşu kreslolarda Müslümü axtardı, zalı dolandı, görmədi.

Əmisini qucağına götürdü. Meyidin hələ tamam soyumamış üzünü üzünə söykəyib, sinəsini sinəsinə sıxıb zaldan həyətə çıxartdı. Müslümün yerində oturan yad adamın nazik, qırışıq boynuna ötəri baxıb, meyid qucağında, maşının dal oturacağına keçdi, bütün yolu elə o vəziyyətdə – qucağında apardı. Yolda qulağına dəydi ki, “rəhmətlik Mədəd də Suranı belə aparmışdı. Qucağında. Bu ata uşağında adətdi, nədi...” Bu sözlərdən sonra, yarımyumulu gözləri önündə, fəzanın dərinliyində ikən lap yaxın görünən sədr Mədədi, sonra isə əmisini gördü və çox anlaşılmaz oldu ki, dünəndən bəri az-maz da nəmçiməyən, quruluqdan alışıbyanan gözləri məhz o fəzadakı sağ-səlamət Sultanla Mədədi görəndə yaşla dolub, qucağındakı Sultanın sifətini iri damlalarla islatdı. Xəbəri yoxdu ki, bir də əlli beşinci ilin yanvar günlərindən birində, Əlləzoğlunun çəpərinin arxasından çağa çığırtısı və Torksinin darvazadan eşiyə atılıb: – Muştuluğumu ver, Mədəd əmi gəldi! Mədəd əmi gəldi! – dediyini eşidəndə gözlərindən belə iri-iri damlalar səpələnəcəkdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 мин
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 мин
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 мин
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 мин

Стихи других поэтов