Süleyman padşahın xəzinəsi 4
Страница 4 из 4 · 75%
EyOdƏr Babamızın Oğlunun adı BağBağÜndü. “Beyin” – BağÜn Bağı deməkdi.
BağBağÜn Babamızın Oğlunun adı BağOddu, biz Bağ Ata deyirik.
Bağ Atamızın böyük oğlunun adı ƏlBağdı, biz Ulu Bağ deyirik.
Bəri başdan bilməlisən ki, bütün OdƏr ƏsÜzləri (Yaradan mənaları) – “Söz”ləri Bağların Odlarıdı (Həqiqətləridi) – adlarıdı – rütbələridi.
³² “Yenşen”
Məsələn, ƏsƏlMən sözü (Mənim Yaradan Əlim – Oğlum). Əlliminillik irəli sananan tarixin birinci ilindən başlıyaraq, geri sananan əlliminillik tarix müddətində və bu son Yeni tarixin min doqquz yüz əlli dörd ili müddətində ƏsƏlMən Odu – adı Ulu Bağın ilk və əbədi rütbəsidi.
Altı qitəli EyƏr – “Yer” planetinin bütün qitələrinin sahibi Bağ Atanın ƏsƏlMəni – Yaradan Əli – Oğlu Ulu Bağdı.
Təhrif dil “Solomon”a döndərib ƏsƏlMəni. Sonra “Süleyman”a döndərib. Mənasız sözlərdən başqa bir şey deyil “Solomon”, “Süleyman”; “Bibliya”nın milyon-milyon nüsxələrində bütün planetə yayılıb. İlanın “sözü” – mənası – “elmi” Elmimizin Yaradan mənasını – ƏsÜzünü – sözünü öldürüb! Hiss elədinmi, duydunmu faciəmizi?!
Mücərrəd “Midiyskiy tsar”, “Boq Midii” yazır İlan və bu “tsar”ın, “Boq”un hətta təhrif adlarını – “Solomon”u, “Süleyman”ı da gizlədir ki, “Süleyman padşahın xəzinəsi” – Elmi, Bağdayda Bağ nəsli, OdƏr xalqı, Kainatın OdƏr bəşəriyyəti həmişəlik “batin” – gizlin qalıb, nəhayət, “batil” – yox olsun.
Budu EvƏrEy OdƏrlərinin kütləvi qırğınlarının sirri!
“Qrek”in “od” mənasında işlənmiş “ki” kəlməsini Rim senatının xüsusi qərarilə yeridiblər OdƏr dilinə, “Tərik” – “Türk” dilinə. Sonralar Vizantiya da davam etdirib bu dəyişdirmək – həqiqəti öldürmək siyasətini. “Qrek”in, “Latın”ın gah açıq, gah da gizlin müttəfiqləri “Fars”, “Ərəb” də davam etdirib təhrif sözlə məna öldürmək siyasətini. İndi isə “Böyük qardaşımız” – “Rus” xalqı davam etdirir. Hünərin var “Bakı” əvəzinə həqiqi adını – BağOd de, yoxa çıxarsan! “Quba”, “Kuba” əvəzinə OdBağ desən, “Bağdad” əvəzinə BağOd desən və ya “Ərəb”cə “Mək kə” əvəzinə BağOd desən, Sibir bu yanında qalar! OdƏr çayı əvəzində “Ki Ər” – “Kür” deməlisən!. GurOd əvəzində “qurd” (canavar) və ya “Kird”, “kürd”, GurOdMən əvəzində “Kirdman” deməlisən! Ey OdÜnƏs əvəzində “Ki Ün Əs” və ya indi deyildiyi kimi, “Günəş” deməlisən!
Ey OdÜnƏsi – Uca Həqiqətin Yaradan Ününü unudub “Günəş” deyən “Türk”ün faciəsini hiss eləyirsənmi, duyursanmı?!
OdÜnƏs əvəzinə “dəniz” deməlisən! Əks halda başıyın üstündə “Domokl qılıncı” peyda olar!
Sultandan sonra çoxlu Pünhan gizlin Muğannalarla görüşəcəksən. İşıq gəmilərində uçan əbədi Bağ nəsli ikən ölümlü insanlara çevrilib müxtəlif yerlərdə gizlənən “Muğ” – Bağlarımızı, “Aşıq” – ƏsAğlarımızı tanıtdıracaqlar sənə. “Əlhəmik” – Vahid Əlik biz, yəni ƏlAğımız – “Allah”ımız birdi sənnən” deyəcəklər. “Sələm əleyküm” əvəzinə “ƏsƏlim ƏlEy” deyirlər. Yəni, “Yaradan Əlim Uca Əldir!” Cavab verirlər: “ƏlEyƏsƏlim”. Yəni, “Uca Əl Yaradan Əlimdir...” Vaxtı çatanda çox adam açılışacaq sənə. Hərəsi Elmimizin bir guşəsini işıqlandırıb yeni-yeni həqiqətlər açacaq. Elmi mənimsəyib, bütün varlığınla inanacaqsan ki, Yeni tarixin qırxıncı ilindən “Qalaktika”mızın – QalAğımızın “Allah”ı – ƏlAğı (SafAğ İnsan Əli) olan EySarımızın (“İ sa”nın, İiS+usun) Əlisən! Bəli, oğul! Budu sənin sevgin, ailən, oğul-uşağın, qohum-əqrəban: Əl! Bütün OdƏr bəşəriyyəti Vahid Əldir, “Lailahəilləllah” ola bilməz!
EySar özündən böyük qardaşı EvƏrim Sar ÜnAğın (“Avrama” döndərilənin) Əlidi;
EvƏrim özündən böyük qardaşı EySar ÜnEvin (“İsay”a, “Noy”a, “Nuh”a döndərilənin) Əlidi;
EySar ÜnEv özündən böyük qardaşı Ulu Bağ ƏsƏlMənin Əlidi; “Din” yalançıdı, EySar ÜnEv – “Nuh” nə ilk peyğəmbərdi, nə də ilk oğul.
Ulu Bağ, Bağ Atamızın Əlidi;
BağBağÜn Babamız isə EyOdƏr Babamızın Əlidi!.. Bu ilk məlumatı alanlara bunu da deyirlər ki, təhrif dillərdə “Peyğəmbər”ə, “Peyğünbər”ə döndərilən BağÜn EvƏrEy “Məhəmməd” – “Mühəmməd” – “Muhamməd”in Odu – adı – rütbəsi BağHəmOddu (Vahid Həqiqət Bağıdı).
“İmam” Əlinin Odu – adı – rütbəsi EyMən Əlidi (Mənim Uca Əlim).
BağHəmOda – “Məhəmməd”ə qədim “GurÜn” verilib, GurÜn! Yəni, “Quran” uzaq, – “Türk”cə, OdƏrcəsi. O kitab bir müddət “Məkkə”də bağlı seyfdə saxlanılıb: maraqlananlara deyiblər: “Bu alimlər üçündü, adi bəndələrə verilmir”. Belə çıxır ki, iki “Quran” var? Xeyr, oğul! “GurÜn” var və “GurÜn”ün əfsanələşdirilmiş, iyrənc tərcüməsi “Quran” var.
Əslini EySar verib BağHəmOda. “Allah” – ƏlAğ EySar (“İsa”; “İis+us”). Bilməlisən ki, ƏlAğ EySar cəmi OdƏr bəşəriyyətin – cəmi Kainatın yox, tək bizim “Kalaktika”mızın QalAğımızın “Allahı” – ƏlAğıdı. Hər QalAğın öz ƏlAğı var. Hər ƏlAğın yanında öz SimOd məclisi var.
“İslam” yoxdu, ƏsƏlim var, oğul. ƏsƏlim – Yaradan Əlim!
Gör indi, necə gizlədilib həqiqətimiz, dünyamız, bəşəriyyətimiz!
İndi gedə bilərsən. Xançalı yox, çamadanını götür, get Əmirli mülkünə. Çürüknən orda qalırıq indi biz. Get sakitləş, yat dincəl. Sonra Sultannan görüşəcəksən!..
Səməd duruxdu: “Sultannan görüşəcəksən! Mümkündümü?!”
Yenə də beyni qıjıldaya-qıjıldaya, gözləri tutula-tutula, hara getdiyini, necə getdiyini bilmədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-4
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!
Kainat sakinləri 1...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:
Kainat sakinləri 2Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.– Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda gətirib nümayiş elətdirdilər qələbələrini! “Boqi obezqlavleni” yazdılar, yenə də qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar! Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta Leninə məktubları var: “Baku, eto armyane i ruskiye!” Uddular var-yoxumuzu, yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli “ziyalı” Beriya Moskvaya çağırdı, gözümün içinə dedi: “Mı boremsya s boqami, çtobı osçastlivit lyudey!” “Vot “Bibliya”, proçti, Sultan: “Avram pobedil Boqa”. Ponyal?!..³⁸ “Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki, “Avram” deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı: “İtak, “Bibliya” vret?!”³⁹ Yenə çalışdım qandırım ki, “Bibl”iya deyil əsli, OdƏrcə – türkcədi orijinalı. “Tövr+at”, “Tora” adları OdEvƏrdəndi, “Bibl” – Bağbildəndi. “Xa! Xa! Xa!” – qəhqəhə çəkdi... Güllələndi!... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç... Romanovların taleyini danışıram, görün deyirəm necə faciələrnən qurtardı dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma qorxma. Qurtaracaq bu qanqırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ – “Aşıq”dı, Alimdi!...
Ölüm-dirimMin doqquz yüz əlli dördüncü il ilə min doqquz yüz səksən səkkizinci illər arasında, yəni Sultan Əmirlinin yeganə yadigarı Mədədin otuz dörd illik ömründə, necə deyərlər, çox sular axsa da, Mədəd universitetin dissertantı olub, tarix elmləri namizədlik dissertasiyasını tamamladığı bir vaxtda gözlənilmədən hər şeyi atıb, Qonaqlıdakı Əmirli mülkünə qayıtdığı günə qədər baş verən hadisələr içində, Əmirli nəslinin sonuncu nümayəndəsi kimi tanınan bu oğlanın zehnində üç hadisə daha dərin iz salmışdı.Birinci hadisə: Mədəd hələ beş yaşında ikən əmisi Səməd Əmirli rayonda ən məşhur – bilikli, bacarıqlı kolxoz sədri sayılarkən Bakıdan general Məhərrəmov ağ, par-par “Volqa”sında gəlib onu – Səmədi zorla maşına basıb aparmışdı və Səməd cavan, gözəl arvadı Torksinlə oğulluğa götürdüyü körpəni Qonaqlıda qoyub, ildə bir-iki dəfə bir-iki günlüyə qayıtmağı sayılmasa, uzun müddət yoxa çıxmışdı.