Страница 2 из 7 · 14%

Əvvəlcə şəklinə bax.

Əlli birinci ildə, Mirqəzəbin vaqonu Məhərin budkasında dayananda gecə bürküydü, vaqonun pəncərəsinin birini açmışdılar. Cəllad orda, pəncərənin dalında gözlüyünü qaşqasına qaldırıb göyə baxa-baxa, əllərinin qoturunu şüşənin qırağına sürtürdü. Sən onun böyründə demi tüstülədirdin... Qurultaya gedəndə görmüşəm, böyük-böyük alimlər onun kabinetində çay içəmmirdilər. Biri stəkanı götürüb bir qurtum aldı, boğazı qurtuldadı, o birisi vahimələndi: “Qurtuldatma!” – dedi. Cəllad özü “çay için” deyənəcən heç kəs əlini vurmadı stəkana. Əmbə sən onun çənəsinin dibində bu ağzındakını fısqırdırdın! O da o ekzema deyilən qoturunu qaşıya-qaşıya, üzündən zəhər dama-dama dözürdü sənin fısqırtına! Niyə? Çünki bir camdan qan içibsən onnan, Çax-çux Xalıq! Masqalı cəllad yoldaşısan Mirqəzəbin. Elə yoldaşısan ki, ağzının içinə tüstü üfürəndə də dillənmir!

Bu sənin şəklin.

İndi keçirəm sənədlərə.

Sultanın cibində bir məktub var.

Bilmirsən nə məktubdu. Nə qədər yerin altınnan yerisən də, sənin özüyün də xəbərin yoxdu dünyadan. Səməd deyil kor, sənsən kor, ubiysa!

Otuzuncu ildə “Vərəsə” kitabxana tamojnada qeydə alınanda o məktub da qeydə alınıbmış. Xudiyev də tamojnada işləyirdi o vaxt. Oxuyub o məktubu, görüb indi “məxfi iş” dediyimiz işə aiddi, qaytarıb sandığa qoyub. Xəbər Mirqəzəbə çatanda əlataşa düşüb, tələb eləyib ki, heç kəsə göstərməsinlər, aparıb şəxsən özünə versinlər. Əmbə məktub yoxa çıxıb. Pers qarışıb işə, sandıqları atım-atım eləyib, Xudiyevi, Sultanı, Mədədi, tamojnanın işçilərini tək-tək danışdırıb, bir şey çıxmayıb. Axırda protokol bağlayıb ki, məktub xatalı məktub olduğuna görə kitabxananı o taydan gətirən adamlar qaytarıb aparıblar. Mirqəzəbə də bu cür məlumat göndərib Pers, özünü elə göstərib ki, guya daha maraqlanmır məktubnan.

Əmbə, əslində, nə Mirqəzəb özü sakitləşibmiş, nə də Pers. İndi bu aralıqlarda saç-birçəyini töküb, qarmon qoltuğunda, səmə-səmə gəzən o agent qancıq məhz o məktuba görə göndərilibmiş rayona. Sultannan Mədədin ətrafında tanış-biliş qalmayıb ki, evinə baş soxmasın. Axırda Sultanın özünün evinə ayaq açıb. Gizlətmir daha o qancıq. Şüşəli pavilyonda hırıldaya-hırıldaya deyir: “İyirmi yaşında top kimi qızıydım. Sultan Əmirli də qızıl-qırmızı oğlanıydı, əmbə üzümə də baxmadı. Mirqəzəbin təxti də elə onda çevrildi ki, şeyxlərin məktubu Sultanda qaldı...”

Yazıq Sultan, otuzuncu ildən bu vaxta qədər, iyirmi beşcə il gah aparıb Naxçıvanda, Şeyx Xorasan məqbərəsində gizlədib məktubu, gah Stalinin şəklinin ramkasında, gah da partbiletinin arasında saxlayıb. Heç mənə də göstərməyib ki, nə olar, nə keçər, Qılınc Qurban hirslənib açar danışar orda yazılanları, Mirqəzəb də təzədən axtartdırar məktubu.

Mayda “şəxsiyyətə pərəstiş” deyilən barədə məktubdan sonra o məktub da oxundu. Sultan yox, “böyük” dediyin, həqiqətən də böyük çekist Məhərrəm özü oxudu. “Əziz bacanağın” Məhərrəm!

General Persi, Gülənovu, Sayılovu dəstəynən elçi salıbsan, gedib zornan dürtülübsən Məhərrəmin evinə! “Əziz bacanağım” belə gəldi, professor elə getdi! Cəmaat da elə bilir doğrudan da Məhərrəmə arxalanırsan! Simən yox, fırıldaqnan doludu sinən, maşennik köpəyoğlu! Sirr açansansa, niyə demirsən ki, vaxtıynan Məhərrəmin özünü Nəcəfoğlunun yanına necə aspirant qoyubmuşlarsa, səni də eləcə, Məhərrəmin yanına bacanaq qoyubmuşlar! Sirr açansansa, niyə açıb demirsən ki, o məhkəmədə, o “qalaq-qalaq qovluqlar”dan biri elə “Bacanaq” kliçkasıynan, Məhərrəmin əleyhinə materialnan doludu!

Rəngin niyə göyərdi, maşennik köpəyoğlu?!

“Kitayski fanar, kitayski termos sata-sata özüm öz adımı Çax-çux qoydum, şəxsiyyətimi, mənliyimi kiçiltdim”... Bir yasdığa baş qoyduğu, dalbadal uç uşaq doğuzdurduğu zənənin evinin içi barədə Persə material yazan heyvanda nə şəxsiyyət, nə mənlik ola bilər, quyruqlu, buynuzlu köpəyoğlu?!

Rəngin göyərməsin! Bu “kapirovalni bumaqa”dakı sənədlərdən heç nə deməmişəm mən sizə hələ! Qatillərin yanından da keçməmişəm hələ!

Yaxşı qulaq as, a dünyadan xəbərsizim! Məktubu Məhərrəmin dilindən necə eşitmişəm, kəlməsinəcən, nöqtəsinə, vergülünəcən deyirəm. Hesab elə ki mən yox, professorun dayanıb burda, oxuyur o məktubu, sən də qulaq asırsan. Eşit, gör nə yazıblar şeyx əmilərin:

“Gündoğana baxanda gülən gözlərimiz indi qan ağlayır, ey bəradərlərimiz.²¹ Niyə rahat oturubsunuz?! İki il bundan əqdəm, Qəsri-Qacarın bu qapılarının dalında siz bəradərlərlə görüşəndə sizə demədikmi ki, səmum siz tərəfdən qalxan qara buluddandır! Demədikmi ki, bu taydakı Pəhləvi Mirqəzəbinin siyasiləri²² kütbeyindilər, bizi çuğullayanlar da, üzümüzə durub gizlin işlərimizi faş eləyənlər də sizin adınızdan gələn xainlərdir?! Pəhləvi Mirqəzəbi şahın qüdrəti ancaq bu dəmir qapıların qalınlığındadır. Bir də ondadır ki, sizin içərinizdə özlərini Türk qələmə verən, milliyyətcə Fars, Qrek, Erməni çuğulların nişan verdikləri adamların hamısını dübarə gətirib bu qapıların dalına doldurur. Osman bəyin bu dünyada ən böyük səhvi o olub ki, vətənini azad eləyəndən sonra Qreklərin Türkiyədən bu yanda gizlənməyinə imkan verib. Odur ki, burdakı Qreklər indi birbaş Papadan, Stalindən göstəriş alırlar. Nəriman bax buna görə düşmən idi oradakı “Orcanikidze” – “Serqo” adı ilə tanınan casusla. O Serqonun “beynəlmiləl otryadı” tamam həyasızlaşıb indi, Qəsri-Qacara bizim yanımıza gəlmişdilər şəklimizi çəksinlər. Dedilər: “şəkillərinizi çəkirik ki, başlarınız kəsilib Kremlə göndəriləndə Stalin tanısın, arxayın olsun ki, sizin başlarınızdı”. Bu heç. Siz bəradərlərə göz yaşımızla yazdığımız bu məktubun səbəbi budur ki, Qəsri-Qacara gətirilənlərin sayı günbəgün artır. Pişəvəri ilə yoldaşları gətirildilər. Pişəvəridən sonra əlli üç nəfər gətirildi. Hamısı da sizin “rəhbər işçi” dediyiniz fəzilətlilərdir. Kimiyə on il, kimiyə səkkiz il zindan cəzası kəsilib. Deməli, qırxıncı sənəyə qədər qapı dalında qalacaqlar. Xəbəriniz yoxdurmu bu fəlakətdən?! Şeyx Məhəmməd Əmirin nəvələri bizə xəbər verirlər ki, qeyrətli övladlarımız çuğullardan bir neçəsini haxlayıb bərkə çəkiblər, səmumun səbəbini öyrənib “etibarlı yerə” çatdırıblar, “etibarlı yerə” Bağlar²³ tərəfdən gəlib-gedənlər də sizə çatdırıblar. Əgər siz tərəfdən işıq düşməsə, fəzilətli adamların hamısı bu qapıların dalında qalsa, bədbəxt millətimizi kim çıxardar günəşli gündüzə, ey bəradərlərimiz! Sidqimizi Ağlarımıza bağlasaq da, biz bu fikirdəyik ki, kimisinə on il, kimisinə səkkiz il zindan cəzası kəsilmiş fəzilətlilər bu zülmətdə çürüsələr, cəmi millət də Pəhləvi zülmətində çürüyəsidir. Odur ki, son ümidlə üzümüzü siz iki əzizimizə tutub, son vəsiyyətimizi deyirik: canınızdan keçin, fəlakətimizi Günəşə²⁴ çatdırın ki, qara buludu dağıtsın. Mümkün olsa, Tehrana çox bilici fəzilətli Pünhanlardan göndərə bilsəniz, İngilisin, Rusun toruna düşüb qalan şahı inandıra bilərlər ki, “Pəhləvi” deyilən yoxdur, “Pəhləvi” “Paxtavan” adlananlar irsən BağOd EvÜn OdƏrləridirlər, cəhalət zülmətində özləri özlərinə düşmən kəsiliblər... Bu “şah” adına da yaraşmayan Pəhləvi Mirqəzəbi həqiqəti anladın, bəradərlər!..”

Ömrümün axırınacan bu “kapirovalni bumaqa”da qalacaq bu məktub!

“Qardaş qatili” belə gəldi, “qardaşını öz əliynən güdaza verən qatil” elə getdi! Göylərnən bağlı alimlərin qatillərindən danışıram mən Sənə, ubiysa!

Kitabxana gətirilən ili atan Yağırın qapısına qaradinməz, yerəbaxan çarvadar seyidlər gəlib-gedərdilər. Rəhimin quyusundan su çəkdirib dəstəmaz alardılar, namaz qılardılar, cəmaat da elə bilərdi doğrudan Seyiddilər. Xızr Abını çağırıb, “peyğəmbərin çarvadarlığı” barədə hədis

²¹ OdƏrcə “BirOdƏr” [Vahid OdƏr (xalqı)] sözündən azmış “bəradər” kəlməsi (“qardaş” mənasında) otuzuncu illərdə çox işlənirdi.

²² Siyasi polis.

²³ “Bağlar tərəf” tarixən gizlin ifadədir. Daxilimizdə yaşayan, dilimizi bizdən yaxşı bilən, bizdən seçilməyən Qrek-Latınlar, Qızılbaşların zamanında hakimiyyət pillələrini, ordugahları tutub XV – XVI əsrlərdə təxminən yarım milyon “sehrkar Muğ” qırmışdılar və bunu “TatƏr”lərin adına yazmışdılar. Ağ Əmirlə Boz Əmirin məktubundakı “Bağlar tərəf” ifadəsi “Ərdəbil” və “Muğan” ərazilərində yaşayan Bağlara, yəni Ulu Bağ ƏsƏlMənin, Bağ Atamızın “Yer”dəki nəslindən, I Aleksandrla Papanın sürgün tədbirlərini əvvəlcədən bilib gizlənənlərə işarədir.

²⁴ Adı gizlin saxlanan Muğannalardan biri. danışdırardılar, cəmaat da elə bilərdi doğrudan çarvadardılar. Mədədə də, Cəfərə də, Sultanın özünə də dönə-dönə deyirdim gözüm su içmir bu yerəbaxanlardan. Sultan üzünü bir yana tuturdu, Mədəd bir yana. İki qardaş ikisi də boğulub qalırdı. Cəfər də ki ağzını, burnunu titrədirdi. Elə Cəfərin titrəməyindən bilirdim ki, nəsə gizlədirlər məndən. Qışqırırdım, bağırırdım. Çarvadar, görünüb, cəmaat arasında olar, alınandan, satılandan xəbər tutar, bunlar niyə belə düz gəlib düz gedirlər? – deyirdim. – Niyə qoymursunuz damlayım, danışdırım görüm nə cannı-cinnidilər?!. Özüm bağırırdım, özüm də eşidirdim. Sultanın bircə sözü varıydı: “Yaxın getmə o adamlara”. Mədəd də bunu deyirdi, Cəfər də. Az qalırdı ortamdan yarılım ki, atryad nəçənniyiyəm mən burda, ya bostan qarauluyam, niyə başa salmırsınız ki, niyə “yaxın getməyim adamlara?!” Demə, bu məktub elə onda partbiletinin arasındaymış Sultanın. “Qara bulud” deyilən səmuma – “internasyonalnı atryada” da yaxşı bələdiymiş, atryadın komandiri Serqonu da tanıyırmış, çuğullarını da. Mədədnən Cəfərə danışıbmış dərdini, tapşırıbmış ki, mənə açmasınlar. Gizlətmirəm, o vaxt Mirqəzəbin başına and içirdim mən. Səbəbi də buydu ki, kontralarnan vuruşmada ölümcül yaralandığımı eşidəndə Bakıdan paravoznan həkim göndərmişdi, qan vurdurmuşdu. Otuz altıncı ildə çağırtdırdı, orden verdirdi, qonaqlıq düzəltdi, sağlığıma içdi. Yaxamı açdı, sinəmin enini ölçdü, dedi: “Bu bir qarış dörd barmaq enində sinədə on yeddi yara yeri var. Eto jivaya legenda!” Kimin ağlına gələrdi ki, cəlladıymış, yerəbaxan çarvadarlar da o cəlladın çuğullarıymış, Yağır Məmmədəli də çarvadarlıqda yox, şpionluqda yağır olubmuş!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 мин
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 мин
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 мин
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 мин

Стихи других поэтов