Страница 4 из 7 · 43%

Nökərləri “Azərbaycan bolşeviklərinin atası” eləmişdilər onu, sənin xidmətin sayəsində Cənub kommunistlərinin də “atası” olub, ordumuz o taya keçəndən sonra mətbəə kağızı, kitab, pul, mal göndərib, ürəklərinə girib!

²⁶ “Şeyx Xorasan” məqbərəsində Nəiminin gizlin “Hürufi”liyə – SafAğ Elminə aid kitablarının səhifələrində heç bir təlimat şifrəsi tapılmadığına görə “Pers” – general Atakişiyev o kitablara toxunmamışdı. Yalnız iyirmi beş il sonra Nəsiminin yubileyinə hazırlıq başlananda kitablar yoxa çıxdı. Mən şahidəm ki, Azərbaycanın milli sərvətlərini qiymətləndirməyi bacaran çekistlərin axtarış səyi fayda vermədi.

²⁷ Şimali Azərbaycandakı quruluşa və şəxsən Mircəfər Bağırova inanan demokratların sayı az deyildi.

Belə xidmət eləyibsən vətənə! Cəllad casusu! Mirqəzəb Mirqəzəbi! Pers oğlu Pers! Orasını düz deyirsən ki, Ərdəbilə, Ənzəliyə də, Təbrizə, Xorasana da gedibsən, Mazandarana, Rəştə, Gilana, Tehrana da gedibsən. Mirqəzəbin əmriynən! “Məxfi iş” barədə xəbərdarlıq eləməyə yox, firqə özəklərində “çarvadarlarını” yerləşdirməyə gedibsən!

Kimləriymiş o təzə “çarvadarlar?” Bilirsən?

Bilmirsən, kor oğlu kor!

Məhərrəmə niyə böyük çekist deyirlər? Ona görə yox ki, “kəfəni boğazına dolayıb”, Cuqaşvili casusları barədə SSRİ prokuroruna geniş məlumat yazıb, “xüsusi qrup” təşkil elətdirib, “xüsusi qrup”un ləğvindən sonra köhnə qrup üzvləriynən əlaqə saxlayıb, şəxsiyyətinə pərəstiş olunan dünyadan gedəndən sonra da ki, bayaq dedim neyləyib. Bunun hamısı böyük işdi, əlbəttə. Əmbə hər bir namuslu çekistin borcudu belə işlər. Məhərrəmə mən ona görə böyük deyirəm ki, həftədə bircə dəfə dərs deyə-deyə, Persin gözünün qabağında özü kimi ayıq-sayıq vətənpərvər oğullar yetirib, indiki “xüsusi qrup”un üzvü olan bir gizlin yetirməsinin köməyiynən öyrənib ki, Pers sənin “çarvadarları”yin hamısını o tayda özünün Azərbaycana düşmən fars qohumlarından seçib gətiribmiş. Xəlvətdə farsca danışırmış onlarnan. Muğdan olanda gülürmüş ki, “balam dağlıyam da, ləzgicə danışıram. Taxta çıxdığı vaxtlar dilimizi düz-əməlli bilmirmiş Mirqəzəb. “Gəlibən, gedibən” deyirmiş. Azdırmayın camaatı, “Quba cühudu” deməyin Mirqəzəbə! Fikirləşəndə təpəmdən tüstü qalxır ki, “xleb”ə “xlif” deyən kəmsavad Qılınc Qurban rusca “İnternasyonal” əzbərləyib qurultayda rusnan, erməniynən yanaşı oxuyanda, öz torpağımızda öz əlimiznən böyütdüyümüz ilan balası da “İnternasyonal” oxuyurdu, mənim gözümün dolduğunu görüb, əlini kürəyimə döyüb “İstinni bolşevik” deyirdi!.. Leninə də nifrət eləyirmiş, Nərimana da, Atatürkə də! Sənin cinayətin o deyil ki, “istinni bolşevik” deyib Hümmətçi Qılıncı dolaya-dolaya kökümüzə balta vuran Mirqəzəbə xidmət eləyibsən. Cəlladlığını görənə qədər elə biz hamımız xidmət eləmişik ona. Sənin cinayətin budu ki, “məxfi iş”in nə iş olduğunu biləndən sonra da cəlladın bağışladığı demini damağından yerə qoymayıbsan. Tüstülədə-tüstülədə gedib “Azərbaycan bolşeviklərinin atasının” zəmanətiynən “çarvadarlar” doldurubsan firqə özəklərinə. Məhərrəm deyir: “Ordumuz o taydan qayıdandan sonra şahın ordu dəstələrinə Demokratları məhz “çarvadarlar” nişan verirmişlər!” Məhz “çarvadarlar” şahın siyasiləriynən əlbir olub, qəzet redaksiyalarından, radiokomitetdən qaçan mühacirlərin yollarını kəsirmişlər”.

Belə qan içibsən sən cəlladnan bir camdan, ubiysa!

O məhkəmədən sonra bir məhkəmə də qurulacaq. “Çarvadarlar”ını sənnən yanaşı oturdacaqlar. Harda, necə qan içdiyini “əziz bacanağ”ın bircə-bircə oxuyacaq üzünüzə. Atan – gorbagor Yağır iki baş kəsmişdi. Demokratları vətəndən tərik salmaqnan bütün Azərbaycanın başını kəsibsiniz siz o tayda! Bu dünyadan xəbərsizim bilsin ki, Sultan Əmirli də vətəninin başını kəsməyə hazırlaşanların barəsində yazırmış Ali Baş Komandana ki, bəlkə bu yolnan cinayətdən çəkindirsin o Ali Baş Cəlladı! O ağ daş binada Ağ Əmirnən Boz Əmir gecələr səhərə qədər “Yazma! Yazma!” – deyirmişlər, Sultan inildəyə-inildəyə, yuxusunda da yazıb, sonra yandırırmış yazdıqlarını! Təkcə bu əzabına görə səcdə eləməlisən sən əminə, oğul!

Özün fikir elə, o məktublardan bircəciyi Mirqəzəbin əlinə düşsəydi, səlamət qalardımı əmin? Hər gün, hər saat, hər dəqiqə tutqu gözlüyə-gözlüyə yazırmış! Bu hesabdan gör kimdi, necə kişidi “Ölüb” dediyin kişi!

Axırıncı məktubun haqqında çox şey danışıb sənə bu maşennik. Bircə şeyi gizlədir: həqiqəti.

Dörd nəfər yazıbmış o məktubu. Pişəvəri, Nəcəfoğlu, Məhərrəm, bir də Sultan özü.

Stalin qırx birinci ildən bilirmiş ki, “Mətbuatın azadlıq cəbhəsi” adında təşkilat da Nərimanovun “Hümmət”i kimi, özünü “kommunist təşkilatı” adlandırıb Moskvadan kömək istəsə də, əsli Ağdı, yəni SafAğdı. Buna görə də təklif olub ki, Məhəmməd Əmirin mədrəsəsində oxumuyan, Elmdən xəbəri olmuyan Stalinpərəst Mərkəzi Komitə üzvlərinin hamısı imzalasın məktubu. Yəni məktub bütün partiyanın adından getsin. Sultan qəti etiraz eləyib: “Çarvadarlar Mirqəzəbə, Mirqəzəb də, şübhəsiz, Stalinə çatdırıb ki, bu azadlıq hərəkatının kökü də Şimalımızdakı kökümüzə. Comərdə, Şeyx Əliyə, Dəli Alıya bağlıdı, bunlar da, məlumdu ki, “Vərəsə”yə bağlıdı. Odu ki, “Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitə üzvləri özlərini Mircəfər Bağırova sadiq göstərməlidilər. Şəxsən Bağırovdan, “internasiyonal atryad” üzvlərindən şikayətnən dolu məktubu imzalasalar, başda Pişəvəri, hamısı öldürülər... Mən, “Muğ” Varisi Sultan Əmirli, tək imzalamalıyam məktubu və icazə versəniz, “Azərbaycan Kommunist Partiyasının” Mərkəzi Komitə üzvlərini də Mircəfər Bağırovun sadiq silahdaşları kimi qələmə verməliyəm. Çünki siz hamınız səlamət qalmalısınız. Hamınız! Hər nə olsa, tək mənə olsun!” Belə deyib Sultanım. Eşidirsənmi, a Bircə balası? Tək öz canının qeydinə qalan adam belə aşkar təhlükə qucağına atardımı özünü?!

Deyiblər məktub Mirqəzəbə göstəriləcək, izahat tələb olunacaq, Mirqəzəb də çalışacaq işin altından çıxsın, material toplayıb “böhtançını” məsuliyyətə alsın. Məktub partiyanın adından getsə, Mirqəzəb bütün partiyanı böhtançı adlandırammaz.

Sultan yenə dönməyib inadından. Deyib: “Böyük bir ölkədə uzunmüddətli azadlıq hərəkatına qarşı işləməyi bacaran adam, ölkənin partiyasını ləkələməyi də bacarar”. Partiya da, Mərkəzi Komitənin üzvləri də, Pişəvəri özü də təhlükədən kənarda olmalıdı! Qurtardıq! Bağ hökmüdü bu!” Belə deyib Sultanım, təkcə özü qol çəkib! Kim eliyər belə igidliyi?! Bu maşennik “qardaş qatilinin cinayətləri”ni dal-dala düzüb. Pişəvəriynən Nəcəfoğlunun ölümünü də məktubun nəticəsi kimi qələmə verib ki, əmiyin məhz qəhrəmanlığını gizlətsin səndən. Get xahiş elə SSRİ prokurorundan, göstərsin o məktubu, Məhərrəm deyir: “Rudenko nə qədər sərtdisə, bir o qədər də incə adamdı”, Ukraynanın prokuroru olub uzun müddət, Stalin dövründə çox ağıra, yüngülə düşüb, qəbuluna get, deynən Sultan Əmirli yetirib məni. Əmimdi, atamdı, idealımdı. Əmbə əcayib-əcayib şeylər danışırlar mənim idealım barədə. Başını səlamət saxlamaq xatirinə qardaşını güdaza verib deyirlər, filosof Nəcəfoğlunun ölümünə bais olub deyirlər, Azərbaycan Demokrat firqəsinin sədri Pişəvərinin ölümünə bais olub deyirlər, bilmək istəyirəm ki, qırx beşinci ilin yazında “Mətbuatın azadlıq cəbhəsi” təşkilatının konvertində Moskvaya göndərilən məktubu doğrudanmı təkcə Sultan Əmirli imzalayıb?.. Qoy göstərsin, öz gözünnən gör o tək imzanı!.. Rəhmətlik Mədəd həməşə deyirdi: “Bir rayonun raykom katibi demək olmaz Sultana”, “Qardaşım böyük dövlət xadimidi” deyirdi.

Məktubdan, o teleqramdan sonra Bezobraziye qazanında nələr qaynadığından bir kəlmə də danışmır sənə bu maşennik. Özüm danışacam hamısını. Onda başa düşərsən ki, tək öz canının qeydinə qalıb, əzrayılı qardaşının üstünə göndərən “qatil” gizlədib teleqramı, yoxsa vətənimizi Farsın, Erməninin, Gürcünün arasında bölüşdürənlərnən mübarizə naminə can-ciyər qardaşını qurban verməkdən də çəkinmiyən əzabkeş insan.

“Yarımallah”-zad deyir bu qatil, belə çıxır ki, guya teleqram xeyrinəymiş Sultanın. Sən özün də bu fikirdəsən. Qəbir üstə, o cür dərd yükünün altında sevindin teleqrama, fəxr elədin. Gözüm üzündəydi, görürdüm ki, dərdini də unutmuşdun! Dəli olmuşdun “Stalin” imzasından! “Kapirovalni bumaqa”da tərcüməsini saxlamışam teleqramın. Bir dəfə o vaxt qəbir üstə eşidibsən, bir də indi bu “məxfi iş” müsibətini biləndən sonra eşit, gör fəxr olunmalıdı, ya necədi.

“İslam partiyasına mənsub qardaşlarına görə kommunist Sultan Əmirliyə və kommunist Mədəd Əmirliyə etimadsızlıq üçün əsasınız yoxdur. Biabırçılığa son qoyun”. Budu Sultan Əmirlinin iniltilərinin səbəbi: “İslam partiyasına mənsub qardaşlar...” Kainat Elmi nədi?! Bağ Ata nədi?! Yoxuymuş heç nə!.. Tanı Ali Baş İlanın Ali Baş komandanını! “Atamız, rəhbərimiz” deyə-deyə səcda elədiyin, sağlığına içdiyin Stalini hələ bundan sonra tanıyacaqsan. Abı deyir: “Türk millətinin yox, Allahların qatilidi Qrek Stalin!”

Həqiqətdi, oğul.

Rəhmətlik Mədəd boynunu büküb qəmli-qəmli soruşardı məndən ki, “Bilirsənmi, Səməd niyə çox istəyir məni?” Başının üstə şəkli göstərirdi ki, “rəhbərə oxşadır”... Doğma atanı da ona görə çox istəyirdin ki, “rəhbərə oxşayırdı!”

Dərdimiz böyükdü, oğul!

Müharibədən qabaqlar da, müharibə vaxtı da, müharibədən sonra da, İspaniyadan bu yana Qərb də ovcundaymış onun, Şərq də. Yer üzünün bütün kilsələrindən “İnternasyonal” adı altında məlumat gedirmiş “yol-daş Stalinə!” Üstündə də kommunizm şüarı: “Bütün ölkələrin proletarları, birləşin!” Bax gör indi, necə birləşiblər “proletarlar” – ilanlar! Gör necə parça-parça eləyiblər vətənini, xalqını! Budu bax “atamız, rəhbərimiz”! Üzdə “xalqlar dostluğu!”, xəlvətdə “parçala, hökmran ol!”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 мин
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 мин
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 мин
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 мин

Стихи других поэтов