Xəzinə üstündə yatan ilan 7
Страница 6 из 7 · 71%
Demişəm, bir də deyirəm: Sultan Əmirli həməşə səcdəgahın olmalıdı sənin!
Bədbəxt Saşamızın tapşırığıynan dedim mən bunun hamısını. Yoxsa, yanğından sonra nə demişdim sənə, onnan da qurtarmışdım. Ağlını başına yığ, Xızr Abı Hikmət oğlu Hikmətin nəsihətinə qulaq as. Təftiş yaman qızışdırıb səni bu palıdın altında. O kaftarın sözüynən getsən, öldürəcəklər səni, mən kaftar da, o iniltili əmin də sənnən bərabər gedəcəyik o dünyaya!..
Bundan sonra daha heç nə demiyəcəm. Özün fikirləş, özün də nəticə çıxart...
Nəticə çıxartmağa ehtiyac yoxdu. “Yorulmaz, usanmaz qoca” ölünü diriltmişdi: tabut Səmədin gözündən getmişdi. Sultan adında möhtəşəm dünyanın sehri Səmədin beyninin qapağını qaldırıb, böyüdüb, genişləndirib, tox mavi rənglə tox yaşıl rəngin qarışığından zümrüd səmaya çevirmişdi; Qılınc qiyyə çəkib:
– Düş qabağıma, ubiysa! – deyib, qoşa lülələrini qatilin sinəsinin taxtasına tıqqıldadandan sonra və qatil səndələyib, bir kəlmə də deyib-danışmayıb geri dönəndən sonra göyə Səməd lap ötəri baxsa da, dərhal hiss etdi ki, bu zümrüd səma Qonaqlının yay axşamlarının həmişəki buludsuz, çərməsiz səması olmaqla bərabər, həm də onun – Səmədin özünün səmasıdır, ucalıb, Sultan Əmirli adında möhtəşəm dünyanın üzərində əbədiləşib.
Qatilin səndələyib geri döndüyü anda Səməd kobra dikliyi əvəzinə sınmış bel gördü, dəyirmi fanar gözlər əvəzinə Qılıncın dediyi kimi, ölü qoyun gözləri gördü, eyni anda “iyili quyu”nun dibində Möhsün kişinin “Bismillah” deyə-deyə yığıb vedrəyə doldurduğu sümüklərin arasında Yağır Məmmədəlinin kəlləsinin dərin göz çuxurlarını gördü, eyni anda da sallama gümüş kəmərli tacir Məmmədəlinin xurcununu açıb Persə bir cüt ağ çalmalı baş göstərdiyini gördü. Bunu Qurban əmi göstərdi. Tüfəngin lüləsi qatilin kürəyində, xeyli aralanandan sonra geri buruldu:
– Şeyxlərin başlarını xurcunda Persə göstərən gorbagor, sonra buna verib xurcunu, bu da aparıb Mirqəzəbə göstərib, Mirqəzəb də Stalinə teleqram vurub: “Boqi obezqlavlenı”.²⁹
Bunu da bil! Əmbə uyma Təftişə! Uyma!
Bu cür ağır hadisə də Sultan Əmirli adında dünyanın sehrini dağıtmadı, əksinə, zümrüd səmanı daha da genişləndirib Arazdan o yana apardı, Səmədin söhbətlərdən, şerlərdən, qəzetlərdən, xəritələrdən tanıdığı Savalan dağının arxasına aşırdı və Səməd, Şeyx əmiləri kimi ağ çalmalı Savalanla, Azərbaycanın Həmədandan sonra ən qədim mərkəzlərindən biri sayılan ata-baba yurdu Təbrizin minarələri üzərində də öz səmasını gördü.
Qatilin qaməti elə əyilmişdi ki, elə bil yenə də “eşşək kimi yüklənmişdi”, “kitayski makentoş”ların ağırlığı altında çiyinləri yapıxmışdı,
²⁹ “Bağların başları kəsilib”. qolları sallanıb uzanmışdı, biləkləri pencəkdən çıxmışdı, əlləri qanla dolub, şişib yekələnmişdi, yoğun, yarıbükülü barmaqlarının arasında trubka qaralırdı. O sönmüş, soyumuş trubkaya gözü sataşdığı anda Səməd tüstü ilə dolu kupeni, sonra ağ daş evin həyətində, tut ağacının altında tüstülənən manqalın yanında “bədbəxt zənən”in kömür kimi qara heykəlini, sonra ağ balınc üstündə qara saçlara qarışmış çal saçları gördü, əmma bunlar da Sultan Əmirli adında böyük və zəngin dünyanın sehrini dağıtmadı.
Əmma bunlar hamısı Gülənovun təntənəli qalib səsi eşidilənə qədərmiş.
Quyunun dikdirinə qalxıb kömür, taxta, kərpic qırıntılarını, yüz ilin xarabası kimi qaralan dağılmış divarları və toyxana genişliyində çadırı görəndə Səməd hiss etdi ki, burdan o yana yolu yoxdur. Geri dönüb, boğuq qışqırtı ilə, İblis zənənin hələ də ötən səsini batırmağa çalışdı:
– Demədimmi bəsdi, ay qır-saqqız?! – dedi. – Uşaqlıqda Gülgəzin xəttiynən məktub yazardın. Unutmamışam. Bəs indi yazdığın nədi?! Sən də zəhərlisən, ilan törəməsi! Tfu sənə, Gülbəniz! Yeni Şənbə!
Axşama yaxın toranında qaraltılarla dolmuş Sudüşənə baxıb dərhal başa düşdü ki, qışqırtısı tək Gülbənizə aid deyil, bayaq sirkanlıqların aralarından baxan o heyrətlə dolu gözlərədir; Təftişin briqadasında “uşaq-muşağa” dediyi fikirlər də burda başqa cür – lap açıq-saçıq şəkildə hədəfə çatmalıdır.
Hamı eşitsin, – dedi. – Məmiş Əlləzoğlunun qızı Gülgəznən mənim aramda uşaq ünsiyyətindən, saf münasibətdən başqa heç nə olmayıb! Gülgəz mənim əmimin arvadıdı! Həyat yoldaşıdı! Car çəkirəm ki, əminin namusu mənim namusumdu! Düşmən qurğu qurub, Sultan Əmirlini bədnam eləmək, ləkələmək istəyib. Əmma uduzub düşmən!
Ölkəmizdə böyük hadisələr baş verir. Sultan Əmirli həmişə böyük işlər görüb, bundan sonra daha böyük işlər görəcək. Əgər məndə az-çox qeyrət varsa, mən də kömək eliyəcəm, dayaq duracam ona. Heç kəs qarışmasın bizim münasibətimizə. Öz ürəyim var mənim, öz ağlım, öz düşüncəm var! Dünyadan xəbərsiz olsam da, öz ürəyimnən, öz ağlımnan görürəm hər şeyi. “Yeni Şənbə” dedim mən bu zənənə, təhqir elədim... Bağışla kobudluğumu, Gülbəniz. İnanıram ki, sən də çox əzab çəkirsən. Mənə görə yox, yəqin ki, hisslərinə xəyanət eləmək istəmədiyinə görə əzab çəkirsən. Hisslərinə sadiq qaldığına görə mələksən, İlana qulluq elədiyinə görə ilansan! Necə ki sən mənim qulluğumda durmaq arzusundasan, mən də ömrüm boyu bütün yaxşı adamlara, o cümlədən Sultan Əmirliyə qulluq eləmək arzusundayam!
Çayın suyunu duruldan çaylaq daşıdı, Gülbəniz! Sən daşın bir üzünün soyuqluğuna fikir vermisən, mən daşın üzünə sürtünüb enib çaxrağın altına yatan lilə-palçığa fikir vermişəm. Çaylaq daşı olmasa, daş-daşa söykənib çaxraq yaratmasa, çaxraq lili-palçığı udmasa, sular durulmaz, Gülbəniz!
İcazə ver, mən də öz təbiətimə sadiq qalım.
Qurban əmi, Qılınc Qurban həmişə əzab çəkir ki, təhsil görməyib. Əmma alimlər mühitində olub o kişi, nadir alimlərdən dərs alıb. İnsan haqqında, dünya haqqında! Sən onun əzabını duymamısan, səni inandırıblar ki, Qılınc Qurban ürəksiz adamdı, başqalarının ürəyindən xəbərsizdi. Mən isə duymuşam onun əzabını, dərk eləmişəm ki, məhz əzab çəkdiyinə görə həssaslaşıb, gözü “fotoaparata”, zehni “kapirovalnaya bumaqa”ya dönüb. O adi sovet sədri, beynəlxalq miqyaslı casusu – kəşfiyyatçını necə ifşa elədi, eşidirdin ki?!
Atamın dəfnində nə qədər adam olub, Qılınc Qurbandan başqa görən, bilən varmı ki, nəfəsi kəsiləndə mənim üzümə baxmaqnan nəfəs alır Sultan Əmirli?!
Hamınız Bezobraziyedən danışırsınız, Sultan Əmirlini də Bezobraziye çirkabına batırırsınız. Car çəkirəm, hamı eşitsin: Stalin, Bağırov, Ordjanekidze, Beriya, Şahənşah və sair Bezobraziye ustaları sözün əsil mənasında cəhənnəm yaradıblar o tayda, bu tayda. Sultan Əmirli, Mədəd Əmirli, Qılınc Qurban isə Bezobraziye cəmiyyəti içində insan saxlayıblar! Bu gün dərk elədim mən bu həqiqəti. Qılınc Qurbandan başqa görən, bilən varmı ki, Bezobraziye qazanında Sultan Əmirli neçə dəfə ölüb-dirilib?!
Çürük aşıqnan Xızr Abının “Ustadnamə”sini eşitmiyən adam yoxdu: “Can cana bağlıdısa, can da cahana bağlıdı”. Təzə-təzə dərk eləyirəm mən bu sözlərdəki hikməti. Mənim səcdəgahlarım Sultan Əmirliynən Qılınc Qurban, Xızr Abıynan Çürük Aşıq məhz cahana bağlı, vətənə bağlı adamlardı! Sultan Əmirlidən məni ancaq ölüm ayıra bilər! Buna görə də tələb eləyirəm ki, bizim axar çayımızın suyunu bulandırmasın heç kəs! O cümlədən Təftiş Abbas da, çörək ucundan dəmir yoluna ayaq döyənlər də, şəhərə-bazara dağılışanlar da! Sultan Əmirlidirmi kolxozu xaraba qoyan?! Rayonda əsən səmumu Sultan Əmirli əsdirib?! Aydın deyilmi ki, katibi bütün səlahiyyətlərdən məhrum eləyiblər?! Aydın deyilmi ki, rayon partiya komitəsinin ancaq adı var! Əlləri qanlı siyasi cinayətkarlar hökmrandı burda! İlanlar! İlanlar!
Mirqəzəbin qəbrini qazıb qayıdandan sonra, burdakı Bezobraziye ilanlarını kürüyüb atandan sonra bilərsiniz kimdi Sultan Əmirli!..
Qışqırtısı nə qədər boğuqdusa, bir o qədər də heybətli idi. Eynilə Təftişin arabasının dalınca cumanda olduğu kimi, gözlərində qırpım-qırpım döyüntülər atılıb-düşürdü və bu döyüntülər işıqla qaranlığın qarışığında əks eləyib, havada bir cüt xırdaca ürək kimi açılıb yumulurdu. Əmma Səməd taya kimi yüklənmiş arabaların taya qaraltılarından başqa cavanların arasında Təftişin div qaraltısını da, Kərpickəsənlərin qocaları, qarıları arasında Möhsün kişinin şəlit geyimli yastıraq qaraltısını da görürdü. Qudalıların gur dəstəsi arasında üç yoğun adamın – Xəlvət Rəhimin, Qıllı Qeybalının, Piyli Qayımın qaraltılarını da, kanal boyunda cığırdan enib, əlləri çamadanlı, çiyinləri xurcunlu, heybəli gələn “alça-malça satanlar”ın cərgələrini də görürdü. Səhər-axşam cəmaatın, at-arabanın, mal-heyvanın ayağı altında nə qədər tapdansa da, gur-kükrək otu yapıxmayan Sudüşən çəməni adamların ayaq səslərinə, arabaların tıqqıltılarını udub, hərəkət axınındakı bu sükutu gizlin, müəmmalı həyəcanla doldururdu: Səmədin bütün varlığını göstərən sözlərə hamı laqeyd idi?! Yoxsa, bu sükutda nə isə başqa məna vardı?
Toran qatılaşdıqca meşədən Sudüşənə əlavə toranlıq gəlib, arabaların taya qaraltılarından aşağıda boyunduruqlu kəlləri, öküzləri uddu. Həmin bu vaxt Gülənovla milisionerlərin əllərində Çin fanarlarının işıqları çadırın arxasından çıxıb çəmənə düşəndə kəllərin, öküzlərin gözləri parıldaşdı, adamların kölgələri çaxnaşdı, bununla birlikdə Səmədin ürəyində, ağlında, iradəsində də çaxnaşma başlandı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-7
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Стихи других поэтов
Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Türk gözəliMərməreni seyr elədik ada-ada,Gözəllikdən gözəlliyə çata-çata,
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,