Ana səsi
Gün batdı, şər qarışdı, yağdı qar,Gör necə də ələndi.Sahil boyu ucalan buruqlarAğ geyib cərgələndi...Xəzri dənizdə yatdı... dəniz lal,Sükut qondu hər yana.Geyinib çıxdı evdən başda şalOn uşaqlı bir ana.Televizor önündə uşaqlarDurub baxdı, ha baxdı.– Bəs niyə çıxmır anam, nə sirr var.Gör gedəli havaxtdı!Zilləyərək gözünü sonbeşikBir tərəfdə durdu tək.Nə sakitdir bu axşam ev-eşik,Ana çıxış edəcək...Birinə söz verildi, yox, bu da,Yox, bu da anam deyil.O, işləyir deyəsən buruqda,Orden alıbdır bu il.Çıxdı başqa bir qadın, o kimdir?Əynində ağ xalat var.Körpələr tez tanıdı, həkimdi,Əllərində həyat var.Çıxdı iki gəlin də dalbadal,Biri xalça toxudu.
Biri də ağ alnında qara xal,Hind mahnısı oxudu.Birdən göründü ana, can ana,Ekrana baxdı gözlər.
Axdı bütün dalğalar hər yana,Uçdu qanadlı sözlər.Bayaqdan sükut qonan otağaSəs-küy saldı körpələr.– Ay uşaqlar, keçməyin qabağa,Axı, anamız görər.Ana min-min ekrana saldı səs,Ağ günündən danışdı.Hər sözü, hər istəyi müqəddəs...Bu səs bizə tanışdı...Bu səs “atom” qışqıran düşməninCır səsini batırdı.Bu səs, layla səsidir Vətənin,Körpələri yatırdı.Bayırdasa yağdı qar, yağdı qar,Gör necə də ələndi,Sahil boyu ucalan buruqlarAğ geyib cərgələndi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-ana-sesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Təzəllümdən usandı, zülmdən dildar usanmazmıCəfa və cövrdən əğyar usandı, yar usanmazmı
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,