Nədir vüsal, nədir həsrət,Gülər-ağlar ilk məhəbbət.Hər bir evdə olar söhbətƏrlə-arvad arasında.

Yel nəğməmi elə yaydı,Qəlbim gülə qovuşaydı.Kaş çiçəklər sayrışaydıƏrlə-arvad arasında.

Ömür vida təbli çalır,Kimlər köçür, kimlər qalır..Gül balalar körpü salırƏrlə-arvad arasında.

İki ürək bir olarsa,Övladları batmaz yasa –Qaynanalar dayanmasa,Ərlə-arvad arasında.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке