Gəlin – ağ bir qağayı
Xəzri suları döydü,Gur dalğalar yoruldu.Axşam “Neft daşlarında”Gözəl bir toy quruldu.
Gəlin – ağ bir qağayı,Bəy-qranit bir qaya.Əziz dostlar, tanışlarAxıb gəldi bu toya.
Əfsanəvi adadaBəlkə də ilk dəfədir –Neftçi oğlan, neftçi qızBelə qəşəng toy edir!
Ay göylərdə dolanıb,Səpir gümüşü bir nur.Ulduzlar göy sularda,Sona kimi yuyunur.
Qızıl balıq istəsən,Lap dənizdən en gətir.Bu qağayı gəlinə,Qağayılar yengədir.
Xəfif meh sağ əlini,Çəkdi bəyin telinə.Qara neft ağ ipəkdən,Tül geydirdi gəlinə.
Gəlin – ağ bir qağayı,Bəy – qranit bir qaya.Ulduzlar karvan çəkib,Axdı gəldi bu toya.
Elə bil min könüldənGöy yerə aşiq oldu.Bəyin qazdığı quyu,Toya yaraşıq oldu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-gelin-ag-bir-qagayi
Клавиши ← → для перехода, R — случайное стихотворение