Unudulmaz müğənnimiz Şövkətxanım Ələkbərovaya həsr edirəm

Ötən bulud, əsən külək, coşan dəniz, dinlə bir,Həsrətini çəkdiyim qız şirin-şirin oxuyur.Onun səsi yerin-göyün ürəyini dindirir.Görəsən o oxuduqca nə düşünür, nə duyur?

NəqarətPəncərəmdən aymı baxır, yoxsa o qız, görəsən?Yoxsa onun nəfəsidir ləpələrə toxunan?Sevdalı qız, gur səsinlə bir də oxu, bir də sən,Yoxsa mənim saf eşqimdir bu nəğmədə oxunan?

Çox çıxmıram gül eyvana, duyuq düşər qonşular,Sən susarsan, Ay gizlənər, bulud çökər qəlbimə.Mən cavan bir sənətkaram, sənsə gözəl nəğməkar,Bizim həyat nəğməmizdir oxuduğun bu nəğmə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе