Baxıb sübhün gül üzünə,Durub çıxdım mil düzünə.Gördüm çöllər nemətlidir.– Var ol! – dedim şən Vətənə.Yurdum dedi: – Bu təntənəÖvladımın qüdrətidir.

Günəş zərli çələng hördü.Şair könlüm onu gördü,Qalxdı bir söz desin ona,Günəş bu vaxt gülə-güləCavab verdi şadlıq ilə:– Bu töhfəmdir el oğluna!..

Gəzdim vətən gülzarını,Öpüb gülün rüxsarını,Dedim: – Sənə vurulmuşam.Gül dedi ki: – Şair oğlan,Sənə bu şeh damlasındanBir piyalə doldurmuşam!..

Hara baxdım, əmək coşdu,Fərəhlənib ürək coşdu.Dedim: – Alqış el adına!Gümüş donlu, gen tarlalarDedi: – Ölməz eşqimiz var,Azərbaycan övladına!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе