Страница 2 из 2 · 50%

– Bəs o niyə evlənmir?

Tükəzban xala cavab vermədi. Zeynəb hiss etdi ki, arvadın fikri uzaqlara getdi...

Onlar bir vaxtın uşaqları idilər. Balacalıqda bir-birlərindən ayrılmazdılar. Gah pencər yığmağa gedər, gab da həyətdə gizlənqaç oynayardılar. Axşamlar Nəsibin başına yığışardılar. O çox gözəl tütək çalardı. Tükəzban xalanın indiki kimi yadındadır, kəndə qaranlıq çökər-çökməz Nəsib tütəyini götürüb damların üstünə çıxardı. Aradan çox keçməmiş, uşaqlar onun başına yığılardılar. Nəsib dəmir tütəyini şalvarının dizinə sürtüb, papağının dalını qaldırardı. Onun barmaqlarını görmək olmazdı. Gah atdandırma, gah çadırbəngi çalar, gah da oynamaq istəyənlərin xahişini yerinə yetirərdi. Qız, oğlan bir-birinə qarışardı. Onlar hələ balaca idilər. Yəqin buna görə də hələlik heç kəs onların xatirinə dəymirdi. Ancaq hərdənbir Nəsibin anası qazma damdan çıxıb, onlara acıqlanırdı.

– A bala, gedin bir az o yanda oynayın. Torpaq başımıza tökülür.

Anasının danlağından sonra Nəsib uşaqları da götürüb xırman yerinə gedərdi. Onlar ay işığında gecə yarıya qədər çalıb-oynayardılar. O vaxt qızların içərisində ən gözəl oyunçu Tükəzban hesab olunurdu. Ancaq Güləsər da ondan geri qalmırdı. O, balacaboy, sivriburun bir qız idi. İri, badamı gözləri ağ bənizinə çox yaraşırdı. Ağzı, dodaqları elə nəcib idi ki, adam baxmaqdan doymurdu. Yanağında iri bir xal var idi. Buna görə də anası ona "Xallı" deyərdi. Uşaqlar da onu "Xallı" çağırardılar. Anası həmişə ona qırmızı parçadan büzməli don tikər, göy kofta geydirər, başına da yaşıl yelənli ağ kəlağayı örtərdi. Uşaqlar onu oynamağa çağıranda Xallı əvvəlcə balaca əlləri ilə, gözünün üstünə düşən saçını geri edib, kəlağayısının altında gizlədər, burnunu çəkib bir az gözləyəndən sonra ortaya çıxardı. Yalın gəzməkdən qapqara yanmış balaca ayaqlarının ucunda yaşlı arvadlar kimi asta-asta hərlənirdi.

O həmişə Tükəzbanla oynayırdı. Nədənsə, onlar oynayanda Nəsib daha həvəslə çalardı.

Onda hərəsinin beş-altı yaşı olardı. Nəsib dana otarırdı.

İllər ötdükcə dəstə azalırdı. Qızlar bir-bir nişanlanıb ərə verilirdi. On iki-on üç yaşına çatanda onları evdən bayıra çıxmağa qoymurdular. Qızlar ancaq arx kənarında, quyu başında görüşürdülər.

Xallı gözəllər gözəli olmuşdu. Tükəzban neçə dəfə öz qulağı ilə eşitmişdi ki, arvadlar Güləsərin arxasınca baxıb "zalım balası yamanca gözəkür" deyirdilər.

Qızlar uşaqlıq yoldaşları ilə ancaq kənddən kənarda görüşə bilərdilər. At, mal suvarmağa gətirən oğlanlar qızlarla ötəri salamlaşıb, hal-əhval tuturdular.

Nəsib indi mal otarırdı. Axşamlar yenə damın üstündə oturub tütək çalırdı. Kəndin hər yerində onun tütəyinin səsi eşidilirdi. Qızlar daha onun yanına gedə bilmirdilər. Öz qapılarında iş görə-görə ona qulaq asırdılar.

Güləsərlə Tükəzban qapı-qapıya qonşu idilər. Səhər-axşam bir yerdə olardılar. Onlar suya da birgə gedər, qapı-bacaya da birgə çıxardılar. Bəzən axşamlar evin dalında yanaşı oturub Nəsibnı tütəyinə qulaq asar, uşaqlıq günlərini xatırlayardılar. Belə dəqiqələrdə Güləsərin halı yaman dəyişərdi.

Bir axşam o, çalınan havaya qulaq asıb, səsi titrəyə-titrəyə dedi:

– Ay, Tükəzban, ölməmiş yenə nə yaman yanıqlı çalır...

Tükəzban ay işığında onun gözlərinin yaşardığını gördü.

– Ay, qız sənə nə olub?

– Heç özüm də bilmirəm... - Güləsər başını aşağı salıb susdu, sonra öz-özünə danışırmış kimi əlavə etdi: - Gədəni ürəyim yaman istəyir. Uşaqlığımız yadıma düşəndə, burnumun ucu göynəyir. Kaş heç yekəlməyəydik...

Bir dəfə Güləsərgilin atı cidarını qırıb qaçmışdı. Qız qorxusundan tir-tir əsirdi ki, "atam gələndə məni öldürəcək". Gecə vaxtı Tükəzban onu tək buraxmadı. Qoruqlara atı axtarmağa birlikdə getdilər. Süd kimi aydınlıq olmasına baxmayaraq qızlar qorxurdular. Ağacların, çəpərlərin dibi ilə sinə-sinə gedirdilər. Şaqqıltı eşidəndə dayanır, yaxında adam olub-olmadığını yoxlayırdılar. Ürəkləri döyünə-döyünə bir qoruqdan o birinə keçirdilər. Birdən yaxında hənirti eşidildi, at fınxırdı. Onlar gözlədilər. Qaraltı yaxınlaşdı. Tükəzban Nəsibi tanıdı.

– Bu atı hardan gətirirsən?

– Qoruqların aşağısından tutmuşam.

Güləsər dilləndi:

– Çox sağ ol, ay Nəsib.

Oğlan özünü itirdi. O, qızı yenicə görürdü.

– Xallı?.. Belə Güləsər... Sən də burdasan?

– Tükəzbanla atı gəzirdik...

Onlar ağacların arası ilə yanaşı getməyə başladılar. Budaqların arasından düşən ay işığı çiyinlərini bəzəyirdi. Hər üçü susurdu. Birdən Tükəzban təlaşla dedi:

– Vay, evim yıxıldı, anam məni öldürəcək. Südü ocaqda qoyub gəlmişəm. Tükəzban ağaclar arasında gözdən itdi. Nəsiblə Güləsər onun yaxındakı nar kolunun arxasında gizləndiyini görmədilər.

Onlar tək qaldılar. Güləsər bir ayağını qaçaraq qoyub, ətrafa boylandı. O həm qorxur, həm də Nəsibdən ayrılmaq istəmirdi.

– Xallı?

– Nədir?

– Heç balaca vaxtımız yadına düşürmü?

– Deyinən, heç yadmdan çıxırmı?

– Mənim də...

Onlar armud ağacının dibində dayandılar. Nəsib atın noxtasını Güləsərə verdi. Qız oğlana diqqətlə baxdı. O xeyli böyümüşdü. Bığ yeri terləmişdi. Kürəyi də enlənmişdi. Nəsib də öz növbəsində, ondan bir az aralı dayanan qızı gözdən keçirdi. O da böyümüşdü. Ay işığında onun yanağına düşən cığaları, açıq sinəsi, koftasını dik tutan xırdaca döşləri aydınca görünürdü.

– Nəsib, sağ ol.

– Sağ ol, Xallı.

Necə oldusa, birdən Güləsər özünü Nəsibin qollarının arasında gördü. Nəsib onu sinəsinə basıb yanağından öpdü. Güləsər onun üzünə bir sillə çəkdi. Nəsib əli üzündə dayanıb, ondan aralanan qızın dalınca baxdı. Peşman oldu. Ona elə gəldi ki, dünya üstünə uçdu, uşaqlıqdan ürəyində bəslədiyi ən əziz bir arzunu özü məhv etdi. Nəsib Xallını bir daha görə bilməyəcəyini, qızın onu ömründə dindirməyəcəyini düşünəndə az qaldı ürəyi partlasın. Kor-peşman evə gəldi. Üzü üstə döşənib yatdı.

O axşam Nəsibin tütəyi dillənmədi. Güləsər heyəcanlanmağa başladı. Nəsibdən ayrılandan sonra o da peşman oldu. Bütün gecə yerin içində uzanıb gözünü tavana zillədi. Xəyallar, düşüncələr onun yuxusunu qaçırtdı. Səhər açıldı. Xallı suya getdi. Qapı-bacada hərləndi. Qaranlıq düşən kimi Tükəzbanın yanına gəldi. Yenə də evin dalında oturub Nəsibin tütəyinə qulaq asmaq istədilər. Lakin Nəsib damın üstündə görünmədi. "Görəsən, gədəyə nə oldu? – deyə Güləsər düşündü. Əlim qurasun, mən onu niyə vurdum?"

O dözə bilmədi.

– Tükəzban, görəsən Nəsib hara gedib?

– Heç hara.

– Bəs niyə səsi-sorağı yoxdur?

– Doğrudan, ay Güləsər, heç səsi gəlmir, - deyə Tükəzban diqqətlə bacılığının üzünə baxdı: - Ay qız, heç soruşmadım, dünən məndən sonra nə danışdınız?

Güləsər qızardı.

– Heç nə. Sən də südü bəhanə eyləyib qaçdın.

– Yox, qardaşımın canı üçün, düz sözüm idi. Gedib gördüm süd daşıb, hələ sənə deməmişəm, anam süpürgəni götürüb mənə bir-iki çaldı da, hə, de görüm o sənə nə dedi?

Güləsər qıpqırmızı olub başını aşağı saldı. Bunu hiss edən Tükəzban daha da maraqlandı:

– Məndən söz gizlədirsən?

– And iç ki, heç kəsə deməyəcəksən?

– Ayıb olsun, mənə inanınırsan?

– Yox, qorxuram. Özün bilirsən, atam xəbər tutsa, məni tikə-tikə doğrayar.

– Qardaşımın canı üçün ağzımdan bircə kəlmə də qaçıtmaram.

Güləsər utana-utana:

– Üzümdən öpdü, - dedi.

– Bəs sən neynədin?

– Nə bilim, heç özüm də bilmədim, nə təhər oldusa üzünə bir sillə çəkdim. Özü də, deyəsən, bərk vurdum.

– Pis iş görübsən. Ürəyini sındırıbsan, allah bilir, indi o nə çəkir.

Yəqin naxoşdur...

– Doğrudanmı, ay Tükəzban?

Onlar elə həmin axşam gizlicə Nəsibgilə getdilər. Nəsib həyətdə təkcə oturmuşdu. Başını sarıyıb pencəyini çiyninə salmışdı. Qızları görəndə özünü itirdi. Cəsarət edib onların üzünə baxa bilmədi. Qızlar ona lap yaxınlaşanda özünü güclə ələ alıb başını qaldırdı. Güləsər gülümsəyirdi... Sevincindən özünü itirən Nəsib ancaq bircə kəlmə deyə bildi:

– Xallı...

Nəsibin tütəyi yenidən dilə gəldi.

Aylar keçdi. Bir gün Nəsibi Gəncəyə kursa göndərdilər. O, getməzdən əvvəl Güləsərdən bir il onu gözləməsini xahiş etdi. Qız söz verdi. Ancaq...

Nəsib kursu qurtarıb kəndə gələndə Güləsəri başqasının evində gördü... Onu zorla ərə vermişdilər.

Bu hadisədən sonra Nəsib baş alıb kənddən getdi. Onun sorağı çox uzaqlardan gəldi. Güləsər də xoşbəxt olmadı. "Uşağın yoxdur" – deyə əri onu yola aparmadı. Nəhayət, neçə ildən sonra həsrətliklə bir qız tapdı Adını Zeynəb qoydu. Qızı ayaq tulub dil açanda Güləsər xəstələndi. Bir axşam can verərkən Tükəzbanı yanına çağırıb qızını ona tapşırdı. Tükəzban da bacılığının yadigarını öz balası kimi böyüdüb boya-başa çatdırdı.

...Tükəzban xala yaşarmış gözlərini silib, ondan cavab gözləyən qıza baxdı. Dərindən köksünü ötürdü.

– Qızım, ona hörmət elə, ata kimi xətrini saxla. Özün də görürsən, səni çox istəyir. Eiə rəhmətlik ananı da çox istəyirdi. O çox yaxşı adamdır, qızım...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 4

Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.

19577 мин
İkinci hissə, 5

Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.

195711 мин
İkinci hissə, 6

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.

195713 мин
İkinci hissə, 7

Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?

195710 мин

Стихи других поэтов