Страница 1 из 2

Qurğuşun kimi ağır və qatı bir qaranlıq qanad gərib seminariyanın üzərinə çökmüşdü. Sinif otaqlarında yanan işıqlar gecənin qaranlığını boğa bilmir, solğunlaşıb pəncərələrdə öləziyir, duman arxasında imiş kimi güclə görünürdü, Məktəbin həyəti bomboş idi. Pəncərələrdə titrəşən kölgələrdən başqa seminariyanın binasında canlılıq əlaməti yox idi. İnsanı qurğuşun kimi əzib, qüssə və kədərə qərq edən bu ağır sükutdan adamın qulağı güyüldəyirdi. Ancaq Petrov heç nəyə fikir vermədən bir kabus kimi sinif otaqlarının qabağında dolaşırdı. O hər şeyi bilmək, hər pıçıltını dinləmək və hər sözü eşitmək istəyirdi. O, bu dəfə adəti xilafına ayağını yerə astaca basır və çalışırdı ki, çəkmələri səslənməsin.

Petrov xeyli dolaşdı, pəncərələrin önündə ayaq saxladı və nəhayət, müsəlman şöbəsinin otaqlarına yaxınlaşdı. Qapıların dalında ayaq saxlayıb içərini dinşədi və axırda Əşrəf oxuyan qrupun pəncərəsinə yaxınlaşdı. Özünü göstərməməyə çalışaraq, ehtiyatla içəri boylandı.

Sinif nümayəndəsi Firidun qapı tərəfdəki stolun arxasında oturmuşdu. Qalan uşaqlar ikibir-ikibir əyləşib dərs oxuyurdular. Firidun hərdən mütaliəsinə ara verib uşaqlara baxır, onların nə ilə məşğul olmasına göz qoyurdu.

Petrov az qala burnunu şüşəyə yaxınlaşdırdı və uşaqların içində Əşrəfi axtardı. O lap dalda əyləşmişdi. Yanında da heç kəs yox idi, nə isə ciddi bir şey oxuyurdu. Petrov pəncərədən nə qədər boylandısa da, Əşrəfin oxuduğu kitabı görə bilmədi. Daha da şübhələndi və gurultu ilə içəri girdi. Hamıdan əvvəl Firidun diksinib ayağa qalxdı. Onun "diqqət!" deməsi ilə stolun üstündəki çırağın sönməsi bir oldu. Otağa qaranlıq çökdü. Uşaqlar yerlərində qurdalandılar. Petrovun cingiltili səsi otağa yayıldı:

– Heç kəs yerindən tərpənməsin! Tez ol, çırağı yandır!

– Bu saat, cənab müəllim, – deyə Firidun ona cavab verdi və qaranlıqda nəyi isə axtarmağa başladı. Petrov xeyli gözlədi və onun ləng tərpənməsinə qəzəbləndi:

– Nə oldu?

– Bu saat, cənab müəllim, təqsir özünüzdə oldu. Qapını birdən-birə açmasaydınız, külək çırağı söndürməzdi. Kibriti tapa bilmirəm.

Petrov daha da əsəbiləşdi. Pencəyinin cibindən kibrit çıxardıb Firiduna verdi:

– Al, ancaq əlli ol.

Onların əli qaranlıqda bir-birinə toxundu. Petrov bu təmasdan diksinib əlini geri çəkdi. Firidun kibrit qutusunu açdı. Petrov qulunun və kibrit çöplərinin şaqqıltısından hiss etdi ki, Firidunun barmaqları titrəyir.

– Ver bura, fərsiz.

– Sizə zəhmət olar, müəllim, özüm yandıraram.

– Ver, deyirəm.

Elə bu vaxt Firidun kibriti əlindən yerə saldı. Qutu açıldı, çöplər döşəməyə səpələndi. Firidun dərhal aşağı əyildi. Stolun altında xeyli ləngidi. Petrov daha da qəzəbləndi:

– Orada nə eşələnirsən?

– Bu saat, cənab müəllim, kibrit dağılıb.

Firidun otaqda bir hərəkət başlandığını duydu. Skamyaların altında dəftər-kitab xışıldadı. O, hiss etdi ki, yoldaşları nə isə gizlədirlər. Firidun vaxt qazanmaq üçün bir az da ləngidi. Kibrit qutusunu ovcunda sıxıb gözlədi. Birdən stolun altından onun əlinə bir əl toxundu. Firidun barmaqlarını altındakı kitabı götürüb dikəldi. Onu tələsik, heç kəsə sezdirmədən, stolun siyirtməsinə atdı. Petrov bir şey duymuş kimi ayağını döşəməyə çırpıb qışqırdı:

– Tez ol, yaramaz, məni ələ salıbsınız?

– O nə sözdür, cənab müəllim, Allah eləməsin, bu dəqiqə.

Firidun kibriti çəkib çırağı yandırdı. Bir anda divarda kölgələr oynadı, hər şey sakitləşdi. Petrov dərhal Əşrəfin üstünə atıldı:

– Oxuduğun nə idi?

– Kitab.

– Nə kitab?

– Hesab.

– Hanı?

– Budur.

Petrov kitabı bir xeyli əlində hərlədi, sonra Əşrəfin dəftərlərinin arasını axtardı. Bir şey tapmadıqda daha da əsəbiləşdi:

– Dur, sinifdən çıx!

Əşrəf könülsüzcəsinə ayağa qalxdı. Qapının ağzındaca dayanıb Petrova baxdı:

– Mən hara getməliyəm, cənab müəllim?

– Direktorun yanına.

Qapı örtüldü. Petrov uşaqları qəzəblə süzdükdən sonra ağır-ağır otaqdan çıxdı. Onun çəkmələri indi bərkdən cırıldadı. Onlar həyətin ortasında dayandılar. Petrov Əşrəfi qabağa saldı. Özü isə gözünü pillələri çıxan oğlanın kürəyinə zillədi. Onun dişləri sıxıldı, çənəsinin əzələləri oynadı. Əşrəf direktorun otağının qarşısında dayandı. Qanrılıb bir kölgə kimi onu təqib edən növbətçi müəllimə baxdı. Petrov qamətini düzəltdi və icazə istəmədən qapını açdı. Əşrəfi qabağa saldı. Çəkmələrini cırıldada-cırıldada irəliləyib Semyonovun yanında dayandı.

Əşrəf yerindən tərpənmədi. Divar saatının böyründə ayaq üstundə durdu. O, Çernyayevskinin də burada olduğunu gördükdə gözünü qaldırıb heç kəsə baxmadı. Furajkasını çıxardıb əlinə aldı və özü də hiss etmədən onu didişdirdi. Otağa ağır sükut çökdü. Əşrəf saatın çaqqıltısından da güclü olan ürək döyüntüsünü eşitdi. Onun qulaqları cingildədi. Əşrəfə elə gəldi ki, qolları uzanıb ağırlaşır, kimsə çiyinlərindən basıb, onu əzmək istəyir. Boynundakı damarlar guppuldamağa, beyninin içi güyüldəməyə başladı. Qulaqlarının ucuna qədər isindi. Tavandan asılmış çilçıraqdakı şamların hamısı yansa da, gözlərinə qaranlıq çökdü. Direktorun yazı masasının üstündəki şamdanlar da dumana bürünən kimi oldu. Əgər Çernyayevski bircə dəqiqə gec dillənsəydi, bəlkə də müvazinətini itirib yıxılacaqdı.

– Mən səndən heç gözləməzdim, bu nə işdir, tutmusan?

Əşrəfə elə gəldi ki, bu səs hardansa lap uzaqdan eşidilir. Kimsə onu çağırır, yarıbihuş haldan geri qaytarmaq istəyir. O azacıq sükələndi. Gözlərini hürkəkcəsinə qaldırıb, ondan bir-iki addım aralı dayanmış müəlliminin üzünə baxdı və gördü ki, Çernyayevskinin baxışlarında qəzəb və nifrətdən çox məzəmmət var. Əşrəf gülümsəmək istədi, hətta onun dodaqları azacıq aralandı, gözlərində yaş parıldadı, ancaq Petrovun əsəbi səsi onu daş kimi dondurdu.

– Mən onunla bu cür nəzakətlə danışılmasını yox, seminariyadan xaric olunmasını tələb edirəm, cənab direktor, bu vəhşi tatar dərhal məktəbdən rədd edilməlidir!

Semyonov əlindəki qələmi masanın üstünə atdı və əsəbiliklə dilləndi:

– Bir az səbir edin, cənab Petrov, sözlərinizə də nəzarət yetirin. Siz müəllimsiniz.

– Elə ona görə də bu cür yaramazın bizim seminariyada qalmasına dözə bilmirəm.

Bir az bundan əvvəl başı gicəllənib yıxılmağa hazır olan Əşrəfin taqətdən düşmüş dizlərinə elə bil qüvvət gəldi. Gözünün önündən tor çəkildi. O hiss etdi ki, bədəni buz kimi keyidi, ürəyinin çırpıntısı azaldı, ayağının altındakı döşəmə möhkəmləndi:

– Sizin məni təhqir etməyə haqqınız yoxdur, qanun üzrə nə cəzam varsa, onu verin.

– Səsini kəs!

Semyonov əlini masaya çırpıb var gücü ilə bağırdı və dərhal yerindən sıçrayıb ayağa qalxdı. Onun qışqırtısından divar cingildədi. Direktorun belə gözlənilməz qəzəbindən Petrov da, Çernyayevski də çaşıb qaldılar. Semyonov nə qədər çalışdısa da, əllərinin titrəməsini gizlədə bilmədi. Dəsmalını çıxardıb eynəyini silərkan az qaldı ki, onu salıb sındırsın. Çernıyayevski onu ilk dəfə bu cür hirsli görürdü.

– Məktəbin intizamını pozduğun, dərs gedişinə mane olduğun bəs deyil, hələ mənim hüzurumda müəllimə də cavab qaytarırsan? Nə üçün zəngi çaldın? Sənə kim icazə vermişdi?

Əşrəfin utancaqlığı, xəcalət çəkməsi bir anda yox oldu. Yeniyetmələrə xas olan bir dəliqanlılıq qəlbini bürüdü və qərara gəldi ki, heç nədən qorxmasın, suallara şax cavab versin.

– Heç kim!

– Səncə, buralar dərəbəylikdir? Kim nə istəsə, edə bilər?

– Elə deyilsə, bəs nə üçün bizim müəllimimizi atın döşünə salıb apardılar?

– Onun sənə dəxli yoxdur.

– Var, cənab Petrov, biz onun nə üçün tutulduğunu bilmək istəyirik.

– Axı siz kimsiniz?

– Bəs siz kimsiniz?

– Əşrəf, həddini aşma!

– Siz də adamları kölgə kimi izləməyin, cənab Petrov.

– Bu nə deməkdir?

Petrovun boynundakı damarlar şişdi. Rəngi çuğundur kimi oldu. Kəkələməyə başladı:

– Gögörürsünüzmü, cənab direktor, mən belə yaramazla heç danışmaq belə istəmirəm.

– Müəllim...

– Səsini kəs! Cənab Çernyayevski, Sizin şöbənin tələbəsi Əşrəf Göytəpəli məktəbin daxili intizam qaydalarını kobudcasına pozduğuna görə yeddi gün həbsə salınsın. Təkcə su və yavan çörəkdən başqa heç nə verilməsin. Bir ay məktəb ərazisindən çıxmaq hüququ əlindən alınsın. Aydındırmı?

Çernyayevski qapını açıb Əşrəfi bayıra çıxartdı. Semyonov başını əllərinin içinə alıb bir xeyli hərəkətsiz halda yazı masasının arxasında oturdu. Petrov onun yanını kəsdirdi:

– Cənab direktor, mən bu işlə razılaşa...

– Bəs deyilmi, daha nə istəyirsiniz?

– Onu mütləq məktəbdən qovmaq lazımdır. Mənə qalarsa, hətta başqa cəzadan da çəkinməmək gərəkdir.

Semyonov başının üstünü kəsdirmiş Petrova altdan-yuxarı xeyli baxdıqdan sonra ayağa durdu. Sinəsini irəli verib, düz onun gözünün içinə baxdı, kürsünü geri itələyib irəli yeridi:

– Axı siz kimsiniz ki, mənə göstəriş verirsiniz, cənab Petrov, söyləyin görüm, ora-bura soxulmağa sizi vadar edən nədir?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

VIII fəsil, 4

Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.

19953 мин
VIII fəsil, 5

Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.

19951 мин
IX fəsil, 1

Qəza mərkəzindən yola düşən fayton Acı Dərəyə çatanda atlı milislər tüfənglərini çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa keçdilər. Yarğana yaxınlaşıb, qaçaq-quldurun pusquda dayana biləcəyi yerləri tapmaq və yol kəsən varsa, qəfildən üstlərini almaq üçün hazır dayandılar. Bir xeyli səssiz-səmirsiz ətrafı dinşədilər. Nə gəlib- gedən vardı, nə də bir hənirti eşidilirdi. Təkcə dərənin dibi ilə axan su şırıldayırdı. Bir az da gözlədilər. Sonra milislərdən ikisi dərəyə enib, torpaq yolla aşağı düşdü. Qalanları isə barmaqları tətikdə qolpunlara, yarğanlara göz qoydular. Dərəyə enən atların əvvəl ayaq tappıltısı, sonra da nal şaqqıltısı eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, çınqıllı- daşlı çayı keçdilər. Bir azdan isə yoxuşu qalxıb qarşıdakı dikdirdə görürdülər. Hamı: bəri üzdə keşik çəkən atlı milislər də, faytondakılar da nəfəslərini dərdilər. Yol salamatlıq idi. Əgər qaçaq-quldur olsaydı, çoxdan meydana çıxmışdılar.Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. Kələ-kötür yolda silkələnə-silkələnə, hər şıqqıltıdan diksinə- diksinə çayı keçdilər. Dikdirə qalxdılar və tezcə də sağa burulub xır yoluna çıxdılar.

19958 мин
IX fəsil, 2

Güllü xanımın qulağı almışdı ki, qonşu kəndlərdən adamları evli-eşikli, arvadlı-uşaqlı arabalara doldurub harasa göndərirlər. Onlara yorğan-döşək, paltar-palaz götürməyə də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük götürmək olardı. Güllü xanım gecələr səhərə qədər yerinin içində qıvrılır, hər şıqqıltıya diksinir, bir şey olan kimi ayağa durub otaqda gəzinirdi. Gəlinlərdən xəlvət yaxtanları açır, boxçaları yır-yığış edirdi. Vəzndən yüngül, qiymətdən ağır şeylərini ayrıca bir ehtiyatla paltarlarının ağıla gəlməz yerlərində gizlədirdi. Onun ürəyinə dammışdı ki, evlərinin başı üstdə qaranlıq var.İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. Camaatın yarısının bir ayağı Gepoda, bir ayağı da kənddə idi. Şənlikdə biri asqıran kimi şəhər xəbər tuturdu. O, göndərdiyi adamdan Güllü xanıma ismarlamışdı ki, hazırlıq görsün, deyəsən, uzaq səfərə çıxacaqlar. Qaybalı kişi bu evdə çoxlu duz-çörək kəsmişdi, haqqı-salamı itirmək istəmirdi. Güllü xanım gəlinləri yanına çağırdı.

19955 мин

Стихи других поэтов