Bahar oldivü açıldı çəmən gögçəklərin baği,Qucaqlaşdı gülü sünbül, dodağlaşdı meyü saqi.

Gəl, ey saqi, qədəh vergil, bu söhbətni qənimət bilKi, bəllüdür nə qalubdur bu fani ömürdən baqi.

Nə xülqi-hüsnüdür yarəb ki, ol ayə xuda vermiş,Pəridən hüsni artuqdur, mələkdən ğalib əxlaqi.

Vətəndən, ey diriğa kim, məni avvarə qıldılar,Siyəh çeşmani-Kəşmiri, güləndamani-Qıpçaqi.

Ğəmin aldı qərarü səbrü aramim yenə, vəh kim,Mənim evimdə ğarətdür, görünməz eldə heç baqi.

Ləbin üzrə xəti-səbzin bitəndən bərlü bağ içrə,Yürəgi təhbətəh-qandur, açılsa ğönçə ovraqi.

Макта — последний бейт с тахаллусом поэта. Qızardı Kişvərinin yüzi xuni-dil bilə, leykin,Qara xalın xəyalında qarardı gözləri aqi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе