Ey gözün zaği-siyahü zülfi-mişkinün duzağ,Danə xalın içün düşmiş duzağuna duz ağ.

Könlümün dağında zahirdür cəmalın gülşəni,Bu məsəldür kim, irür divanəyə dağ üstə dağ.

Eşigində it kimi hər necə kim, xarəm, vəliKuhi-ğəm qaplanıyam uş pay ta sər dağ-dağ.Xanı dövlət kim, əyağ içib əyağını öpəm,Bir əlimdə bu əyağ, bir əlimdə ol əyağ.

Lə’li-nuşinğə bolur yaquti-rummani əsir,Dürri-guşunğa çəkər lə’li-Bədəxşani qulaq.

Şahidü şəm’ü şərabi qoyma əldən, zinhar,Bir deməkdür məndən üştə be rəsul illə bəlağ?

Dib imişsən Kişvəri, çeşmü çirağın kimdür?Ey çirağü çeşmi-mən sənsən mana çeşmü çirağ.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов