Ey səba, qıl bir güzər ol bivəfa sarisinə,Ərzə qıl miskinligim yoldaşların varisinə.

Bir nəzər kim, yüzünə qılsam bərabərdür mana,Aləmin varisinə bil ömrümün varisinə.Girməmiş buyi-məhəbbət hiç dimağinə kim, olBənzədür mən xətai zülfi-tatarisinə.

Müddəi gör naləvü zari qılur kim, aşiqəm,Ol münafiqnin inanma naləvü zarisinə.

Laf urur kim, yari görgəc can verür qul Kişvəri,Gər inanmazsan yüzün görsət ana bari sinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви