Xublar yanında ol şahi-cavanan bəllüdür,Ləşkəri gər çox bolursa nola, sultan bəllüdür.

Yüz qəmər yüzlü sənəm gər doğsa, sənsən afitab,Dutsa yulduz gög yüzin xurşidi-taban bəllüdür.

Məndə daxi də’viyi-mehr vəfa bolsa, nola,Kimdə var çeşmi-tərü çaki-giriban bəllüdür.

Cövhəri-hüsnün çox, amma ləblərün ayruxsidür,Cövhəri dükkanidə lə’li-Bədəxşan bəllüdür.Bəllüdür xunabi-çeşmim içrə şəkli-qamətin,Seyli-ğəm dutsa cahanı, abi-heyvan bəllüdür.

Kişvəri meydani-eşqünə girib baş oynadur,Qılsa də’vi yüz dilavər, mərdi-meydan bəllüdür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви