Qasım bəy "Zakir" təxəllüs
Страница 10 из 12 · 75%
Qasım bəyin başqa qisim əşarü asarına gələndə kəmali-cürət ilə demək olar ki, bunların dəxi təmamisi eybü nöqsandan xali, ziyadə mövzun və həqiqi hissiyyatdan nəşət etmiş kəlamlardır. Onlardan nümunə olaraq bir neçəsi burada dərc olunur.
MÜXƏMMƏSİ-ZAKİR
Görün bu çərxi-dunpərvər nə babət ruzigar eylər,
Çəkib ağuşuna hər nakəsi kamil əyar eylər,
Xilaf əhlin sərəfraz, əhli-sidqi xaksar eylər,
Mənim könlüm rəqibin tənəsindən çox qübar eylər,
Açıb dərdi-dili-pünhani xəlqə aşikar eylər.
Açıb ibrət gözilə bir nəzər qılsan bu dövranə,
Hücumi-məsiyət rəxnə salıbdır mülki-imanə,
Olub ifritəpərvərlik dəxi yaği Süleymanə,
Pərilər taət eylər sidq ilə quli-biyabanə,
Görən fərzanəvu aqil necə səbrü qərar eylər.
Olubdur xəlq zalım, qəlb xain, qəflət əyyami,
Edirlər fisq zahir, kimsə çəkməz xövfi-bədnami,
Deyərlər qaziyə böhtan, bəzərlər şeyxülislami,
Soran yoxdur münəccimdən: nədir bu əmrin əncami --
Ki, hər mahi-məhərrəmdə bular bir səngsar eylər?
Oturmuş makiyan indi xorusun xanədanında,
Şükuhi-səltənət etmiş dəxi xan xanimanında,
Qərəz, bir xarü xəscə sayə yoxdur asitanında,
Qəza bu növ ilə şahbazı axır aşiyanında --
Salıb dami-bəlayə, aşiyanın tar-mar eylər.
İlahi-görməsin gözlər bu əhvalı ki, mən gördüm!
Süleyman barigahın payimali-Əhrimən gördüm,
Məvalilər müsəllasın kinişti-bərhimən gördüm,
Nişiməngahi-tərlanda, xudavənda, dünən gördüm --
Yığılmış bir neçə zağü zəğən hər yan şikar eylər.
Dönüb vəzi-zəmanə, fərq edən yox ziştü zibani,
Seçən yoxdur müsəlmandan yəhudü gəbrü tərsani,
Zühur et, ey şəriət təxtinin şayəstə sultani,
Götür bürqə cəmalından, münəvvər eylə dünyani,
Qalıb zülmətdə aləm, göz yolunda intizar eylər.
Səmumi-sərsəri-dövran pozubdur bağ növrağın,
Çəməndə dağıdıb bərqi-həvadis səbzə yığnağın,
Edib viranə takın bar içində zərnişan tağın,
Gülün fərş eyləyib badi-xəzan səhrayə övrağın,
Görüb biçarə bülbül arizuyi-novbəhar eylər.
Tərəhhüm görmədim munda mən ol bimehr canandan,
Dəyəndə sinəmə yüz min xədəngü tir müjgandan,
Pərivəşlər məgər sormaz xəbər hali-pərişandan,
Görünməz xiymeyi-Leyli, köçüb getmiş biyabandan,
Qalıb Məcnuni-sərgəştə, qan ağlar, ahü zar eylər.
Təriqi-eşqdə mən olmuşam Fərhadə həmpəhlu,
Deyil vaqif mənim halımdan ol Şirin-rəhi-bədxu,
Rəqibi-bimürüvvətdən, bilir həq, çəkməzəm qayğu,
Deyirlər əhli-eşqə cövr olur, əğyardəndir bu,
Yalandır, aşiqə hər zülm olursa, bil ki, yar eylər.
Təğafül bilməzəm mən xubrulərdə nə adətdir --
Ki, çəkməzlər qəmi-üşşaqı bir dəm, bu nə söhbətdir?
Qərəz, bir guşeyi-çeşm ilə baxmaq eyni-dövlətdir,
Bəlalı başlar üzrə sayə salmaq çox səadətdir,
Məhəbbət görsə aşiq, yar yolunda can nisar eylər.
Həzər qılsın görən kəslər, bu nə məğşuş dövrandır,
Bu dövranda onunçün kim, gədavü şah yeksandır,
Əgər künci-fəraqət istəsən, bir gənci-pünhandır,
Şikəstə Zakirəm, könlüm mərizi-dərdi-hicrandır,
Əlaci-dərdimi axır mənim ol həştü çar eylər.
Qasım bəyin bu kəlamı Molla Pənah Vaqifin «Mən cahan mülkündə mütləq doğru halət görmədim» şerilə başlanan müxəmməsinə mənən çox oxşayır. Hər iki şair ruzigari-kəcrəftarın və dövrani-dunpərvərin qəddaranə gərdişindən ahü nalə edib, öz əsrlərinin keyfiyyəti-halını bəyan qılırlar. Hər iki şair batilin haqqa, əyrinin doğruya, məsiyət və şərarətin zöhdü təqvaya, zülmati-cəhalətin nuri-hidayətə, büxlü həsədin mürüvvət və ədalətə, çirkinliyin hüsnü lətafətə qalib gəlməsini müşahidə və müayinə edib, alitəbləri dənilər və şəyyadlar pəncəsində dəstgirü məğlubü pərişanhal görürlər. Sahibi-şəriətə və hadiyi-hidayətə üz çöndərib, ondan kömək diləyirlər.
Vaqif deyir:
Ya imaməl-insü vəlcinnü şəhənşahi-ümur,
Getdi din əldən, bu gündən böylə sən eylə zühur,
Qoyma kim, şeytani-məlun eyləsin imanə zur,
Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nur.
Kim, şəriət məşəlində istiqamət görmədim!
Zakir deyir:
Dönüb vəzi-zəmanə, fərq edən yox ziştü zibanı,
Seçən yoxdur müsəlmandan yəhudü kəbrü tərsanı,
Zühur et, ey şəriət təxtinin şayəstə sultanı,
Götür bürqə cəmalından, münəvvər eylə dünyanı,
Qalıb zülmətdə aləm, göz yolunda intizar eylər.
Vaqifin şikayəti məhz Adəm atanın çiy süd ilə pərvəriş tapmış övladındandır. Zəmanə onları bietibar və bimürüvvət edibdir. Xeyir əvəzinə şər, yaxşılıq əvəzinə pislik, düzlük yerinə əyrilik etməyi özlərinə şüar ediblər. Vaqif dünyayi-dundan sair məxluqa yetişən afətü bəladan bir növ imani-nəzər qılıbdır. Amma Zakir öz fəna halı ilə məən gülüstanın solmuş bağ və bağçasına və səhra-çəmənin pozğun halına və pərişan övzaına diqqət yetirib, öz hüznü ələminə onları da şərik edir. Necə ki, şair hali-dilini xeyrü sürura təbdil etmək üçün «şəriət təxtinin şayəstə sultanı»nı arzu edir, habelə də gülüstan və çəmən qəzəlnəvası bülbülün dilindən bahari-aləmaranın tez yetişməsini ilhahü təmənna eləyir. Əzbəs ki, səmumi-sərsəri-dövran bağü səhranın nizamü növrağını pozubdur:
Səmumi-sərsəri-dövran pozubdur bağ növrağın,
Çəməndə dağıdıb bərqi-həvadis səbzə yığnağın,
Edib viranə takın bağ içində zərnişai tağın,
Gülün fərş eyləyib badi-xəzan səhrayə övrağın,
Görüb biçarə bülbül arizuyi-novbahar eylər.
Yenə müxəmməsi-Zakir:
Nə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfün,
Sərasər hər biri üşşaqə bir dami-bəla zülfün,
İki şəhmarə bənzər gənci-hüsnündə düta zülfün,
Bulanır hər tərəf, qovlar məni əfinüma zülfün,
Nədəndir, bilməzəm, əfsunə gəlməz mütləqa zülfün.
Tutubdur səhni-duşində arasın həm solü sağın,
Enib payində övsafın edər təqrir yaylağın,
Pərişan etmisən cəmiyyətin düzmək bu yırnağın,
Əcəbdirmi çəkəndə rövşən eylər çeşmin üşşaqın,
Dəmadəm xaki-payindən götürmüş tutiya zülfün.
Sürahi gərdənin, əmma miyanın özgə babətdir,
Qiyamətdir qədin, əmma bəsi biistiqamətdir,
Həzər qıl bədnəzərdən, gəzmə bipərva, əmanətdir,
Soruşdum şanədən: zülfə pərişanlıq nə adətdir?
Dedi ki, xoş bilir məndən işin badi-səba zülfün.
Uca şanlılara, ey dil, yaraşır kəmtərin olmaq,
Səadətdir həmişə sahibi-caha qərin olmaq,
Deyil, söyləşmək ilə mümkün əsla nazənin olmaq,
Bilib üftadəlikdəndir cahanda sərnişin olmaq,
Budur vəchi düşər pabusuna misli-gəda zülfün.
Nəsimi-sübhdən rüxsari-al üzrə siyəh tellər
Sanasan pər açıb, zağü zəğən gülşəndə seyr eylər,
Өzü pür-piç, ucları, dümi-əqrəb kimi çənbər,
Uzandıqca uzanır ömrü, yoxsa, ey pəripeykər,
İçib ləli-ləbindən Xızrvəş maül-bəqa zülfün?
Dolannam başına şamü səhər manəndi-pərvanə,
Deməzsən bir görün necə keçir əhvali-divanə,
Bu qədr cövrü zülm insan edərmi, zalım, insanə?
Nə müddətdir düşübdür dəlvi-dil çahi-zənəxdanə,
Nola çəngal ilə bir dəm çəkə müşgülgüşa zülfün.
Kəmali-hüsndür gisuyi-mişkin səfheyi-rudə,
Ziyası əncümün əfzun olur şami-qaranqudə,
Su içrə bir siyəhgun marə bənzər əksi güzgudə,
Cəfasından deyil hindü həbəş bir ləhzə asudə,
Xətasından deyil eymən dəxi Çinü Xəta zülfün.
Cahan içrə sənin tək dilbəri-xoşxəttü xal olmaz,
Səmənbu, mahru, şəkkərşikən, şirinməqal olmaz,
Süxənçin olmayan aləmdə, mütləq, payimal olmaz,
Arasında belin mucə kəmərlə qilü qal olmaz,
Miyanzənlik təriqin ortaya ta salmaya zülfün.
Şikəstə Zakirəm, nəsri bilirdim cümlədən əfzun,
Düşəndə rişteyi-nəzmə çəkərdim bəs düri-məknun,
Künun sövdayi-eşqi bir məhin etmiş məni Məcnun,
Dəxi məndən təvəqqe etməsin əşari-xoşməzmun,
Edər əhvalımı dərhəm qəmi sübhü məsa zülfün.
Müəşşərat növi kəlamından birisinin iki əvvəlinci və bir axırıncı bəndlərini burada yazmaqla iktifa edirik. Ortadakı iki bəndləri bəzi səbəblərə görə buraxırıq. Şair özü də əndazədən çıxmağa müqirr olub deyir:
Dilbərin seyrə çıxmaq babında:
Küstaxlıq oldu, mənə düşməzdi bu əsla,
Endim çox aşağə....
Zakirin müəşşər kəlamı:
Əzm etdi səhər naz ilən ol sərvi-dilara
Seyr etməyə bağə,
Ta yetdi xəbər, əhli-çəmən oldu mühəyya
Yeksər bu sorağə.
Şəbnəm birlə yüz göz açıb hər çiçək
Keçdi solü sağə.
Ruxsarına əvvəlcə edim diyü təmaşa
Gül çıxdı budağə.
Payinə nisar etmək üçün laleyi-həmra
Dürr tökdü tabağə.
Sərməst gözün görgəc özün nərgisi-şəhla
Bənzətdi naçağə.
Pişvazına şümşadü sənubər, dəxi tuba
Dik durdu ayağə.
Tutdular o şahi-şərəfin cümlə sərapa
Yolunu çirağə.
Hər birisi bir töhfə ilə yeksərü yekca
Daşlandı qabağə.
Kimdir ki, nisar eyləməyə varını aya,
Ha böylə qonağə?!
Xacə, belə sövda, belə bazar ələ düşməz,
Fərş eylə dükanı.
Bu sayiqi-sadə, meyi-gülnar ələ düşməz
Novruz zamanı.
Həm mütribü ney, çəngü dəfü tar ələ düşməz,
Sür eyşi-cəvanı.
Çün dövr müxalifdi digər yar ələ düşməz,
Çaldır aşuranı.
Ver şüğlünü Şəhnazə ki, zinhar ələ düşməz,
Çək övcə sədanı --
Dügahü Segah, iç meyi, təkrar ələ düşməz
Gərm eylə həvanı.
Ahəngi-səfabəxşü xoşətvar ələ düşməz,
Çün əhli-İranı --
Axtarmaq ilə mövsümi-gülzar ələ düşməz,
Azərbaycanı.
Hicazə, Nişaburə onu eyləmə həmta,
Həm mülki-İraqə.
Zakir, tələbi-rifət ilə olma cigərxun,
Ver halına təğyir.
Hər vəqt qəmi-dəhr səni etsə digərgun
Aşüftəvü dilgir,
İç saqiyi-gülçöhrz əlindən meyi-gülgun,
Heç eyləmə təqsir.
Bir vasitədir dəfi-qəmi-dəhrə bu məcun,
Lazımdımı təqrir?
Ol vəchdən eylərlər ona rəğbəti-əfzun,
Həm novrəsü həm pir --
Kim, birdir onun bəzmiara müflisü Qarun,
Nə fərq, nə tövfir.
Gördüm yazılıbdır qədəh üstündə bu məzmun --
Kim, badədir iksir.
Feyzindən olur zar gəda, sahibi-milyon,
Həm şahi-cahangir.
Gər cəm oluban eyləyə Loğmanü Fəlatun --
Yüz fikr ilə tədbir,
Bir çarə meyi-nabdən özgə dəxi qəta --
Yox dərdi-fəraqə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-qasim-bey-zakir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:
Molla Pənah "Vaqif" təxəllüsləriAzərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd NizamiŞeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:
Şirvan və ŞamaxıŞeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:
Стихи других поэтов
Dalğın mavi göz kimi dərd andıran dalğalar,Coşduqca könül coşar, durma, amandır, Gölcük!
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,