Qasım bəy "Zakir" təxəllüs
Страница 8 из 12 · 58%
Dolanıb sərasər çarsu bazarı,
Gətirəm nəzərə səmti-minarı,
Görsəm, xəbər alım bülbüli-zarı,
Necoldu ol gülü gülüstan, gəzəm.
Deyim hanı munda gəzən gözəllər?
Teyhulu meşələr, sonalı göllər?
Çayın kənarında tikilən ellər?
Yoxdu heç birindən bir nişan gəzəm.
Ol baş-başa verən sərvi-rənalər,
Hər guşədən gələn sövtü sədalər,
Zərrin piyalələr, meyi-səhbalər,
Gərdişi-badeyi-ərğəvan gəzəm.
Bu minval ilə şikəstə Zakir bülbüli-zardan əhval cəm edib deyir: Bu diyarın adət və qanununu mən təvarixdə oxumuşam. Onları xeyli müstəhsən surətdə təhrir qılıblar. Bayram gecələrini sübhə kimi bu şəhərin əhalisi çirağan edib, eyşü işrətdə keçirirlərmiş. Bəyzadə və əmirzadələr boynu qəlladəli səgi-şikar ilə övqatını seydgahlarda sürərlərmiş. Böyüklər astanasında pəhlivanlar və qızmış nərlər küşti tutarlarmış. Bir yandan cəvahirfüruşlar, bir tərəfdən zərgərlər gözəl nazəninlərə bəzək və zinət əsbabı mühəyya edərlərmiş. Karvansaralarda qələndərlər qəsidə oxuyub, tacirlər və səyyahlar və hər qisim qəribü qürəba sübhə kimi şirin nağıl və hekayətlər söylərmiş. İndi onlardan bir əsər və bir nişanə varmı? Şairin öz kəlamına rücu edək:
Aşiqə söylərmi qasid ənqərib,
Qəm yemə, dilrüba sənədir nəsib?
Zimistan qeydindən çıxan əndəlib
Axtarırmı təzə aşiyan, gəzəm?
Cəvahirfüruşlar satırmı gövhər?
Xublar yaraşığı görürmü zərgər?
Karvansaralarda tacir, qələndər,
Necə keçər şami-qəriban, gəzəm.
Gecə-gündüz daim bangi-cərəsdən,
Qulaq tutulurmu sədavü səsdən
Bakıdan, Dərbənddən, Krım, Çərkəsdən
Gəlirmi mətai-bipayan, gəzəm.
Sayeyi-sərvdə məcməi-xuban
Yenə əyləşirmi xoşdilü xəndan?
Yoxsa ki, onlara saqiyi-dövran
İçiribdir mey yerinə qan, gəzəm?
Nazəninlər ta tülui-afitab
Oturub gecələr çəkirmi gülab?
Çeşmi-aşiq kimi fəvvarədən ab
Tökülürmü hovza nümayan, gəzəm?
Sonra şair yenə bülbüldən soruşur ki, müzəyyən məhəllələr və münəqqəş otaqlar yenə irəliki halında dururmu və yenə otların içində xanəndə və nəvazəndələr gözəl nəğmələr oxuyurlarmı? Tövlələrdə köhlən atlar kişnəşirmi? Hamamlar yenə əzəlki kimi rövnəqlidirmi və onlara külli ağçalar sərf olunurmu? Bağlarda və bağçalarda seyr edənlər və nazənin cananlar yenə qaqqıldaşa-qaqqıldaşa gəzirlərmi?
Amma çox əfsus ki, şair burada zikr qıldığı şənlikdən, tərəqqi və təməddündən564 bir əsər görməyib, məyus və pərişan olur və bülbüli-biçarə ona belə xəbər yetirir:
Bülbüli-biçarə verdi xəbəri,
Dedi ki, qalmayıb şənlik əsəri,
Mən Zakirəm, onu görəndən bəri
Gərək Məcnun olub, biyaban gəzəm.
Şair özü guya bülbüli-əfsürdədilin belə hüznavər xəbərini pişəzvəqt dərk edib deyir: Bu puç dunyaya etibar yoxdur; bunun bir səfası müqabilində yüz cəfası var. Ona binaət yəqindir ki, keçmiş şövkətü cəlaldan, sərvətü maldan və namdar şəxslərdən bir əsər yoxdur. Tamamını «qara yer» öz kamına çəkibdir. İndi əlac ona qalıbdır ki, mən də özümü qibleyi-hacət olan imamzadəyə yıxıb, onun mübarək səhnində döşənən tənlərə huşü diqqətlə nəzər edib, öz sağlığımdan peşman olam:
Qibleyi-hacətə yıxıb özümü,
İmamzadəyə sürtüb üzümü,
Xak olan tənlərə dikib gözümü,
Olam sağlığıma peşiman, gəzəm.
Hərgiz bu cahanə yoxdur etibar,
Səfası bir isə, yüz cəfası var.
Baş götürüb gedim diyarbədiyar,
Eləyim aləmi imtahan, gəzəm.
Hər kəs Zakirin bu kəlamını başdan-ayağa diqqəti-tamam ilə oxuyub, onda şair yad etdiyi məqamları seyrü təfərrüc qılsa və əzəlki hal ilə indiki övzavü əhvalı tətbiq etsə, bilaşübhə, onun də ürəyi qan ilə tutulub, gözlərindən bilaixtiyar yaş tökülər. Odur ki, biçarə bülbülün verdiyi xəbər şairin keyfini pozub, halını pərişan eləyir və Məcnunsifət onu kuhü biyabana salır:
Mən Zakirəm, onu görəndən bəri
Gərək Məcnun olub biyaban gəzəm.
Necə ki, yuxarıda zikr olundu, sabiqdə Cəfərqulu xan ilə Zakirin mabeynində ülfət və zarafat var imiş. Onun xana yazdığı namələrdən bir neçəsi başdan-ayağa lətifəli və zərifanə yazılmış şerlərdir. Xanın Cəbrayıla getməyi barəsində şair istehza təriqi ilə yazıb izhar edir ki, iki gündən ziyadə orada qalmasın; əvvəla özünə xan deyən kəs gərəkdir xalqı incitməsin və saniyən, o yerin adamlarında nə mərifət var ki, xan onların söhbətindən və ülfətindən bir feyz kəsb edə bilsin:
O babili Vəli Məmməd deyil mütləq sənin babın,
Nə layiq şahbazın həmnişini bir qürab olsun.
Qoyucaq, Daşkəsənlidən güzər qıl badi-sərsər tək,
Əli-allahidən daim gərəkdir ictinab olsun.
Şairin əqidəsincə adamın malı və dövləti olmasa da, yola gedər, ta ki, həmnişini və yoldaşı əhli-zövqü kəmal olsun. Şuşa şəhərində şair hər qisim əziyyət və cəfanı ancaq müsahib dərdindən qəbul edir:
Bu şəhri-Şişədə gər bizi şişə taxsalar xoşdur --
Ki, həmsöhbət bizə ol növi-qövmi-bihesab olsun.
Nə hasil əhli-səhra söhbətindən, abi-əngurun
Gərəkdir neçə müddət şişədə qalsın, şərab olsun.
Yenə Zakir başqa bir naməsində məsləhət üzü ilə Cəfərqulu xana yazır:
Өzün bil, xani-valaşən, sözüm budur sənə əvvəl,
Sənin həmsöhbətin daim gərəkdir xoşdəmaq olsun.
Əbusiqəmtərir, karü kurü lal yoldaşdan
Gərək adəm həzər etsin, gərək çox-çox iraq olsun.
Xanın təbi-şeriyyəsinə rişxənd edib deyir:
İyirmi gündə bir şeri deyincə «ya Əli» dersən,
Gərək şair bizim Zakir kimi hazırcavab olsun.
Yenə həzl təriqincə şair Cəfərqulu xana yazdığı bir kağızında xanın əxlaqü ətvarını və əhli-əyalı ilə və qohum-əqrəbası ilə nə növ rəftar etməsini filcümlə bəyan etmişdir. Haman kağızı xan Şuşa qalasında qaçaq olduğu əsnada yazmışdır ki, belə başlanır:
Vücudi-lətifin, ey taci-sərim,
Eşitdim Qələdə bərhəm olubdur;
İztirabə düşüb bu macəradən,
Tamam əhli-Şişə, pürqəm olubdur.
Bu namənin axırından belə anlaşılır ki, xani-mərhum neçə vaxt imiş ki,öz əhli-əyalını və qohum-əqrəbasını nəzərdən salıb, onlara iltifat etməz imiş. Amma indi mərəzin şiddətindənmi və ya başqa bir illətin vüquundanmı tərəhhümə gəlib, onları başına cəm edib, haqlarında mehribanlıq göstərir:
Qış günü Doyranda qalan əhli-beyt,
Yay Əylisə məskən salai əhli-beyt,
Didarına müştaq olan əhli-beyt
Üzün görüb şadü xürrəm olubdur.
Təəccüb eylərəm, allahü əkbər,
Boyaqçının küpü azıbdır məgər
Yüz ildi nəzərdən saldığın Yetər
Tazədən sizinlə həmdəm olubdur.
Qövmü qardaş düzülübdür yanına,
Duagudur dövlətinə, şanına;
Neyləsin, qarışıb qanı qanına,
Fəqirlər sileyi-ərham olubdur.
Otaqda qatıban qurunu yaşa,
Yeyərlər, içərlər verib baş-başa;
Biz görən tək deyil Abdulla paşa,
Cürət bəhəm edib, ötkəm olubdur.
Düşmüşdü nəzərdən müddət binəva,
Çıxmalı deyildi üzə mütləqa;
Neçə gündü saçı, saqqalı guya --
Külahi-Buxara tək püf-nəm olubdur.
Өz xələfin gərək gözləyə kişi,
Sağlığında ola alış-verişi;
Hidayət ağanın düzəlib işi,
Vəliəhdliyi möhkəm olubdur.
Xan varisi lazimədir ola xan,
İşləyə bəratı hər tərəf, hər yan;
Gurginə dönmüşdü biçarə oğlan,
Zahirən ki, indi Rüstəm olubdur,
Mehrü məhəbbətin keçsə bu minval,
Çıxar aralıqda olan qilü qal;
Basqın qoşun kimi dağılan ətfal --
Yığılıb üstünə, sərcəm olubdur.
Bu minval yenə bir neçə baməzə qafiyələr yazıb, axiri-kəlamda deyir:
Yarımayıb bir kəs ömründə səndən,
Mükəddər qayıdıb qapına gələn.
Əsirgəmə feyzin, ey qibleyi-mən, --
Düşəndə Zakirə kəm-kəm olubdur.
Yuxarıda isimləri zikr olunan möhtərəm şəxslərdən əlavə, mərhum Zakirin sair dost və aşnalarına bir çox əhəmiyyətli məktubati-mənzuməsi vardır ki, cümləsinin buraya küncayişi yoxdur. O məktublardan məşhuru Baharlı Mirzə İsmayıla, Zəngilanlı Məhəmməd bəy Behbud bəy oğluna, Sarıcalı Mirzə Mehdiyə, Quyular Əli bəyə, Böyük bəyə yazdığı namələrdir və bunlardan maəda mərhum Baba bəyə yazdığı «Car müqəddiməsi»dir və «Təbiblərin həcvi»dir. Bu iki axırkı əsərlərin barəsində müxtəsərən məlumat verməyn faydadan xali görmədik.
Baba bəyə yazdığı «Car müqəddiməsi»ndən belə anlaşılır ki, Dağıstanda şuriş olan zamanı -- ki, qazi Məhəmməd əfəndi ilə Həmzə bəyin təhrik və iğvası ilə başlanmışdı, -- Car mahalında ləzgilər arasında dönüklük və üsyan büruz etmişdi. Onların müqabilinə rus qoşunundan maəda Şəki, Gəncə və Qarabağ xanlıqlarından dəxi atlı qoşun mühəyya olunub göndərilmişdi. Qarabağdan gedən nücəba sinfində Qasım bəy dəxi var imiş. Bunların sərkərdəsi Miklaçevski imiş ki, o davada çox hünər göstəribdir. Şair özü də bir gün davaya çıxıb ləzgi tutub:
Mən özüm də bir gün çıxdım cövlana,
Görməyibsən, yolum düşdü bu yana;
Bir tüfəngli ləzgi mərd-mərdana
Tutulub əlimdə giriftar oldu.
O yerin meyvəcat və məhsulatını şair tərif edib deyir:
Yer-yemiş babında misali-cənnət,
Eşidibsən gendən özün də əlbət.
Alma, şabalıtı yeyənə minnət,
Hər çadıra girsən bir tağar oldu.
Dımıq qoyun əti manəndi-şəkkər,
Basdırma, qovurma hər şamü səhər;
Bala barmaq batırmayır gədələr,
İnək ayranından bimiqdar oldu.
Sərasər əhvalı şərh etdim sizə,
Qənimətü yəğma çıxıbdır dizə;
Tarının bir lütfü budur ki, bizə,
Nə bir yağış yağdı, nə də qar oldu.
Bu «Müqəddimə»də lətifəli şer Qarabağ atlılarının bir parasının haqqında yazdığı sözlərdir ki, qoçaqlar döyüş və davaya çəndan həris olmayıb və ad-san qazanmaq fikrinə düşməyib, əsnayi-cəngdə ancaq öz canlarının qeydinə qalıblar:
Kitabxana.az · https://kitabxana.az/ru/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-qasim-bey-zakir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:
Molla Pənah "Vaqif" təxəllüsləriAzərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd NizamiŞeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:
Şirvan və ŞamaxıŞeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:
Стихи других поэтов
Dalğın mavi göz kimi dərd andıran dalğalar,Coşduqca könül coşar, durma, amandır, Gölcük!
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,