Страница 7 из 12 · 50%

Bu dənirütbə nə layiq o şəhi-kövneynə,
Haşa-lillah götürə mənsəbi-fərraşani.

Yoxsa qəsdin budu ki, ruzirəsan onlardır,
Sənəti-sanei müşküldü tapa insani.

Yoxdu bir ruzirəsan bari-xudadan qeyri,
Odu murü mələxə rizq verən asani.

Mahiyi-bəhrə qılır qətreyi-barani qəza,
Seyd edir bipərü balə məgəsi-pərrani.

Müşrikü mürtədü mərdud, nəsaravü yəhud,
Vəqfdir cümləyə xani-kərəmü ehsani.

Doğrudur, raziqü mühyiyyü mümitdən qeyri
Hər sifət kim, deyələr var sifəti-imkani.

Bir deyən yoxdu ki, ey asiyi-dərgahi-ilah,
Bir xəyal eylə ki, kimdir dediyin böhtani.

Gedəcək duzəxə, bişübhə, o mövla həqqi,
Xaliqi-mövtü həyat kim bilə ol mövlani.

Həm dəxi bir də deyirlər ki, Rəsulun Cibril
Batinindən gətirir zahirinə Qurani.

Belə gər olsa, cəmii-şüəra mürsəldir --
Ki, yazıb hər biri bir cild, iki cild inşani.

Onların da yenə vardır neçə ülül-əzmi --
Hafizü, Sədiyü Cami dəxi həm Xaqani.

Mən də peyğəmbəri-namürsəliyəm Kolbasanın,
Ümmətim Tanyaqü Külqışlaqü Xızrıstani.

Tutuban rahi-digər xarici olmaq yegdir --
Bu isə tövrü təriqü rəhi-müslimani.

Bilməzəm hiç nə vəch ilə bu laməzhəblər
Bəhs edirlər ki, mükəlləfdi qamu əşyani.

Əqldir rəhbəri-nikü bədü həqqü batil
Şey ə ki, verməyib ani, necə tapsın ani?

Tifl ta baliğ olunca ona yoxdur təklif,
Nə dəlil ilə mükəlləf biləsən heyvani?!

Tanımaz ana-bacı, bir-birinə cift olur
Nə nikahi, nə təlaqi, nə də siğəxani.

Gəllədən gər xəbər alsan ki, de rəbbin kimdir?
Göstərər ciddü yəqin ilə sənə çubani.

Bəndəsindən nə təvəqqe elə rəbbin ki, özü
............................................................

Küfrdür qabili-təsbihi-təala bilmək --
Füzleyi-xəlqi yeyən sağsağani, qarğani.

Aşiqin taəti məşuqə səzavar gərək,
Bixirədlər nə bilir rəsmü rəhi-fərmani?

Zihəyata, tutalım, cəhl ilə isbat etdin,
Var oların da dedin hissü şüurü cani.

Elə insaf, nəbatat, cəmadat, gözüm,
Kim inanır ki, tapa mərifəti-yəzdani?

Bu nə qövğa, bu nə kavuş, məgər görməmisən
Oxunan vəqtdə sən sureyi-«Ərrəhmani»?

Cümləsin bari-xuda növi-bəşərdən ötrü
Xəlq edib, hər biri bir dərdin ola dərmani.

İns nlə cinnədi təklifi-xudavəndi-cəlil,
Üləma böylə ki, təfsir edər Qurani

Şeyxi şəyyaddı hərçənd, üsulidə dəxi
Yoxdu bir mu qədəri mərifəti-insani.

Cümlə bədkarü dilazarü mühilü kəzzab,
Cümlə bidinü süxənçinü şərarət kani.

Əllərində hamının səbheyi-səddanələri,
Dillərində hamının şamü səhər yalani.

Birisi bihəmə çiz biri ilə başlar cəng,
Hakimi-şərə çəkər, şahid olur qalani.

Bilə, ya bilməyə bir yaxşı ziyafət eylə,
Sal samavarə odu, dövrə gətir fincani!

Bir içim çay ilə yüz şahidi-bidin tapılır,
Necə kim, Əli bəyin çıxdı göyə əfğani[21].

[21]- Bu şerlər Əli bəy ilə məşhur hiyləsaz Kərbəlayı Allahverdinin arasında vüqua gələn mürafiəyə dairdir. Əli bəy Kərbəlayı Allahverdiyə 22 tümənin vəchində verdiyi sənədi KərbəlayıAllahverdi həkki-islah edib, 22 sıfrayı çöndərib 1200 edibdir vəbir para bidin şahidlərin köməyi ilə hakimi-şərin tərəfdarlığı ilə 22 tümənin əvəzində Əli bəydən 1200 tümən alıbdır.

Cəfəri-kar ki, eşitməz, çalalar zurna səsin --
Der imiş mən hamıdan yaxşı eşitdim ani.

Yeddi gündən sora bir şəxs Dızaqdan yetişib,
Qaziyi-şəhr yazıbdır biri də filani.

Eşidiblər ki, olur şahidi-şiə məqbul,
Bağlayıb uzun Hüseynəli dəri-dükkani.

Həzrəti-qazi və yanındakı Ağanovruz
Eyləyib hər biri bir tərz münasibxani.

Biri bəqqali-bədəfalü kəlambazü füzul,
Biri əhli-zələmə zadeyi-Şəkkərbani[22].

[22]-Şəkkərbani--şairin əsrində pis yola qurşanan bir arvadın adıdır.

Belə şahidlər ilə bir kəsə din olsa sübut,
Kişi neylər dəxi rəncü təəbi-kimyani?

Hər kimin var isə həmmamı, edər borcun əda,
Bari bizlər kimiyə atmayalar böhtani.

Tümən oğlu Nuru[23] netsin ona, ya özgə vəkil,
Əhli-Təbriz təfənnündə ötüb şeytani.

[23]- Nuru Tümən oğlu Əli bəyə vəkil imiş. Vəli Kərbəlayı Allahverdi onu da aldadıbdır və o, işi uduzubdur.

Yox məzəmmət yeri bu babdə hərgiz Əlidə,
Rindi-şəhr ola özü, əsli ola Məmqani[24],

[24]- Kərbəlayı Allahverdi Təbrizdə anadan olmuşsa da, əslən Məməqanlı imiş.

Hər nə oldusa ona, qazidən oldu, əlhəq,
Var idi çünki onunla kədəri-pünhani.

Pəmbeyi-eyşini verdi yelə ol bədbəxtin,
Saldı bir dərdə ki, heç nüsxədə yox dərmani.

Yazdı biməksü təvəqqüf iki saətdə həmin
Surəti-şəri həzarü dü səd tumani.

Şərtdi şər hüzurunda rəhü rəsmi-ədəb,
Nə ki, sərkub oluna bir tərəfin əqrani.

Molla, nə molla, əsiri-şikəmi-əndər piç,
Qazi, nə qazi ki, sir olmaz içə ümmani.

Filhəqiqə, mən onun müxlisi-dirinəsiyəm,
Leyk doğru deməyin şərdə yox üsyani.

Doğruluq qalmayıb əsla bu fəna aləmdə,
Sərnigun ola, görüm, böylə yaman dövrani.

İstər idim dəxi də nəzmə verim tul, vəli
Dil dedi: -- Өmr keçib, qət elə bu hədyani.

Əmiraslanə gərək dəftəri-digər yazıla,
Çünki ol bədəməlin qeyr gərək dastani.

Yaxşı həcv eylər idi bu dəmin adəmlərini,
Sağ gər olsa idi indi ol İbni-Cani[25].

[25]- İbn Canı -- Kərbəlayı Abdulla Canı oğludur ki, onun barəsində yuxarıda yazılmışdır.

Rişteyi-təbimə yox tab verən, çərx əfsus
Eləyib xak ilə yeksan qədi-Babani[26].

[26]-Qədi-Babani -- yəni mərhum Mehribanlı Baba bəy ki, onun haqqında da filcümlə məlumat verilmişdir.

Getdi həmdərdlərim, bisərü saman qaldım,
Bu ribati-kühənin yoxdu sərü samani.

Dəmi-rehlətdi, könül, bari iqamət açma,
Mizban xar tutar dir köçən mehmani.

Keçdi hədyan ilə övqat, bağışla, ya rəb,
Behəqi-ali-Əli cürmi-məni-pirani.

Nəçidir maliki-rizvan üzünə açmaya dər,
Ola hər kimsənənin əldə onun fərmani.

Zakiri-rusiyəhəm, gərçi günahım çoxdur,
Var dəstimdə vəli Ali-Nəbi damani.

Kəlamın axırında Qasım bəy haqq və doğruluğun bu puç dünyada məhvü nabud olmasını kəmali-təəssüflə izhar edib, belə yaman dövranın sərnigun olmasını arzu edir və etməmək də olmaz.

Bir yerdə ki, «bir içim çay ilə yüz şahidi-bidin» tapılsın və səbheyi-səddanə əldə ola-ola dillərdə yalan söylənsin və hakimi-şər dəryalarca kamına çəkib yenə sir olmasın, daha belə vilayətdə doğruluq qala bilərmi və belə dövranın abad olunmasını arzu etmək rəvadırmı?

Şair özü dəxi dünya zindəganlığından bizar olub, onda artıq yaşamağı istəmir, rehlət zamanı yaxınlaşmağını dərk edib axirət mənzilinə köçməyə hazırlaşır.

Bir tərəfdən dəxi şairi dünyadan soyudan mehribani rəfiqlərinin təmamən getməsi olubdur; «rişteyi-təbinə təhrik verən» yoxdur; ruzigari-qəddar İbn Canını fövt edibdir və çərx də «qəddi-Babanı xak ilə yeksan qılıbdır»; «bu ribati-kühənin yoxdu sərü samani». Digər tərəfdən də sahibxanə dir köçən qonağı dost tutmaz. Ona binaən lazımdır dünyadan bir az üzüsulu getmək.

Bu hal ona şəhadət verir ki, Zakir dünyada xeyli vaxt ömür sürübdür. Necə ki, özü iki-üç yerdə öz sinnü salına işarə edibdir. Şair həştad sənəyə kimi yaşayıbdır.

Kolyubakina yazdığı kağızda deyir:

Həştada yetişdi sinnü salımız,
Bu dövlətdə ağarmışdı yalımız;
Getdi dövlətimiz, mülkü malımız,
Nəxli-təmənnamız kədər gətirdi i. a.

Mərhum Mirzə Fətəliyə yazdığı kağızda yenə öz sinnindən söz açıb deyir:

Az qalıb həştadı tamam edəm mən,
Sən indi yazırsan əhli-şər məni i. a.

Və bunlardan əlavə şairin bir neçə məqamlarda qocalıqdan şikayət etməsi onun xeyli əlil və düşgün olmasına dəlalət edir. Məsələn, bir yerdə yazır:

Ağzımda uçuq qəbrə dönüb otuz iki diş,
Üç-dördü qalıbdır.
Bir-birini tutmaz dəxi onlar görə bir iş,
Kökdən boşalıbdır....

Və yenə bu şikayətnaməsinin axırında yazır:

Saqqal dönüb ağ sümüyə, söyləmə, Zakir,
Qəflətdən ayıl sən!
Sövdayi-qiyamətdə gərək ər ola mahir,
Dur, düş yola, tərpən!
Köçmək dəmidir, yatma, kişi, çapükü şakir
Taət yolun öyrən!
Bahörmət ikən çarə odur mərgi arayım,
Şayəd ola qismət?!

Yenə qocalıqdan şikayət edib, bir şerinin axırında yazır:

İltimasım budu kim oldu, xilas eylə məni,
Oğul-uşaq əlinə vermə saqalım, qocalıq!

Hər halda altmış sinnində olan şəxsdən bu qisim şikayət sadir olması təbii deyil....

Şair səyahət qəsdilə Tərtərbasana -- ki, Cavanşir mahalından ibarətdir, -- azim olur ki, o yerləri seyr edib, könlü açılsın və şayəd Bərdə şəhərinin keçmişdəki şenlik və abadanlığından bir əsər bulsun və bir müddət şurişi-zəmanədən fariğ və asudə olsun. Tərtərbasana nə təmənna ilə azim olduğunu Zakir bu sayaq nəzmə çəkir:

O viladə mehribanlıq görmədim,
Gəlmişəm indi də Mehriban[27] gəzəm;
Seyr eləyim tamam Tərtərbasanı,
Varmı aşiqinə can qıyan gəzəm.

[27]-«O viladə» deməklə yəqin ki, şair Şuşa uyezdinə işarə edir; «Mehriban gəzəm» -- şairin dostu Baba bəyin vətəni və vəfat etdiyi «Mehriban" kəndinə işarədir ki, Cavanşir mahalındadır.

Tülək tərlan ovlağıydı bu yerlər,
Bərdə torpağına eyləyim güzər;
Görüm qalıbdırmı Şirindən əsər,
Baxam hər tərəfə nigaran gəzəm.

Xosrovi-Pərvizin şanü şövkətin,
Fərhadın ələmü qəmü möhnətin,
Şapurun çəkdiyi nəqşü surətin
Arayıb, axtarıb bir zaman gəzəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

192521 мин
Molla Pənah "Vaqif" təxəllüsləri

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

192548 мин
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 мин
Şirvan və Şamaxı

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 мин

Стихи других поэтов