Mirzə Fətəli Axundov
Страница 7 из 7 · 86%
Özgə cəfalarım dursun kənarə,
Nə lazım hər birin salmaq şümarə,
Xeyr işinə onun mən o diyarə
Şadü xürrəm getdim, qayıtdım bəs xar.
O qafiyən mənə çox etdi əsər,
Qalmadı könlümdə ondan bir kədər.
Novcavandır, təkdir iyzədi-davər,
Eyləsin ömründən onu kamgar.
Rəvadırmı çəkə bixurdü bixab,
Bəstəri-möhnətdə bu qədər əzab?!
Duayi-xeyrinə eylədin şitab,
Siz də mənim kimi hər leylü nahar.
Belə pəriruyun, heç səni tarı,
Rəvadırmı qəmdən sola üzarı?
Həm xələfdən xali ola kənarı,
Olsun ona mövlam yavərü qəmxar.
Mənim də var gərçi bir az günahım,
Sən get hüzuruna, ol üzrxahım.
Söylə ki, ey şahım, ay qibləgahım,
İncimə, gər etdim şikayət izhar!
Mirzə Fətəlinin bu şerləri sadə və rəvanlıqda Zakirin kəlamına bənzəyir. Bu şivədə şer yazmağı, çox ola bilər ki, Mirzəyi-mərhum Zakirdən əxz etmiş olsun. İbtidayi-kəlamda Mirzə Fətəli Xurşudbanu bəyimdən bir azacıq gilayə izhar edir. Bundan məlum olur ki, onların mabeynində cüzi bir soyutluq əmələ gəlib imiş, vəli kəlamın axırında paki-zəmir Mirzə öz xətasına müqirr olub, dostundan təvəqqe eləyir ki, Xanqızının hüzuruna gedib, üzrxahlıq etsin və şikayət izhar qılmağından rəncidəxatir olmasın.
Mirzə Fətəli mərhumun bu kağızı Xurşudbanu bəyimin bəstəri-qəmdə mərizə olduğu zaman və hala təsadüf edir və yəqinlik hasil olur ki, Mirzəyi-mərhum bu şerləri Qasımbəyin kəlamını oxuyandan sonra yazıbdır. Qasımbəyin kəlamından belə məlum olur ki, Xurşudbanu bəyimin bir müddət övladı olmurmuş və övlad ümidi ilə o mərhumeyi-məğfurə özünə müalicə etdirib, ondan naxoş olubdur. Bu əhvalın doğru olmağı Zakirin və Mirzə Fətəlinin qafiyələrindən aşkara görünür. Zakir yazır:
Sipehri-bərinin hilalı sənsən,
Şərafətdə mələk misalı sənsən,
Gülşəni-Xəlilin nihalı sənsən,
"Barvər istərəm xudadan səni"!
Məsihi çıxardan ərşi-əlayə,
Salan üftadələr başına sayə.
Yetmişdə İshaqı verən Sarayə,
Qurtarsın bu rəncü ənadan səni.
(Xanqızının müalicə etməyinə işarə)
Çubi-çinn nədir, qibləsən, nəsən?
Təəccüb eylərəm bu əhvalə mən.
Dəstgirin olsun Hüseynü Həsən,
Fərağət olasan cəfadan səni.
Axundov yazır:
O qafiyən mənə çox etdi əsər,
Qalmadı könlümdə ondan bir kədər.
Novcavandır, təkdir, iyzədi-davər,
Eyləsin ömründən onu kamgar!
Belə pəriruyun, heç səni tarı,
Rəvadırmı qəmdən sola üzarı?
Həm xələfdən xali ola kənarı,
Olsun ona mövlam yavərü qəmxar.
Mirzə Fətəlinin, eşitdiyimizə görə, yenə də bir neçə türki və farsi əşarı vardır və lakin mətəəssüf nə onları, nə Rzaqulu xan Hidayət təxəllüsün tarixinə yazdığı tənqidi və nə də Tehran şairi Süruş təxəllüsün qəsidəsinə təhrir qıldığı tənqid məqaləsini axtarıb tapa bilmədik. Bu əsərləri Axundovun fərzəndi-giramisi mərhum Rəşidbəy bizə göndərməyi vədə etmişdi. Heyfa ki, ona da əcəldən macal olmadı.
Bu halda Mirzə Fətəli Axundovun təvəllüdündən yüz il (bir əsr) və vəfatından otuz üç sənə (bir dövr) gəlib keçir. Bu uzun müddətin ərzində biz Azərbaycan türkləri qəflətdən ayılıb, necə ki, lazımdır, özümüzü tanımamışıq, vəq və heysiyyətimizi layiqincə dərk etməmişik, milliyyət və bəşəriyyət hissi bizlərdə ayılmayıbdır. Əsil və nəsəbimiz kimlərdir, vəzifəmiz nədir, dünyada zindəganlığımızdan murad nədir?--bu qisim suallar başımıza gəlməyibdir, qəflət və kəsalətimizə xələl yetirməyibdir. Filhəqiqə, əgər biz özümüzü tanıyıb bilsə idik, şərafəti-milliyyəmizin hifz və izdyadına çalışsa idik, bu qədər dalda və töhmətlər altında qalmaz idik. Biz də sairlər kimi öz millət qeydi çəkənlərimizin, təriqi-hidayətə bizi dəvət edən üləmamızın, xoştəb və müqtədir şairlərimizin, eyblərimizi zərifanə açıb göstərən ədiblərimizin qədrini bilərdik.
Mərhum Mirzə Fətəli rus ədiblərindən və dramnəvislərindən məşhur Qoqolun müasiri idi. Hər iki ədib zatən psixoloq yaranmışdır. Bunlar adamların boşluğunu, səfahət və həmaqətini, büxl, həsəd, şərarət və fəsadını, zahiri və batini aləmlərini görürlərmiş. Zahirdə güldükləri adamların halına ürəkdən yanıb ağlayırlar və onların əsərlərini mütaliə edən şəxslərin qəlblərində yatmış hissləri oyadıb, məhəbbət çırağını yandırırlar. Bununla bəşəriyyət aləminə böyük xidmət göstəriblər.
Rus milləti Qoqolun qədrini bilib, onun adı ilə iftixar və qədrşünaslıq vəzifəsini ifa etməkdədir. Amma biz möhtərəm və bimisl ədibimizin haqqında heç bir yaxşılıq etməmişik və bu anacan o mərhumun qədr və qiymətini bilməmişik. Ancaq 1903-cü sənədə oktyabrın 27-də Bakı şəhərində cənab Əlimərdanbəy Topçubaşovun və mərhum Həsənbəy Məlikovun və sair maarifpərvər şəxslərin səy və ehtimamı ilə mərhumun komediyalarının təb və intişarından əlli sənə keçməklik münasibəti ilə bir məclisi-ceşn tərtib olunub, məzkur komediyalardan "Hacı Qara" səhneyi-tamaşaya qoyulmuşdu və "Kaspi" ruznaməsinin 232-ci nömrəsində cənab Əlimərdanbəy Axundovun tərcümeyi-halına və asari-qələmiyyəsinə dair ətraflı məlumat vermişdi. Bu ittifaq çəndan əhəmiyyətli olmasa da, bir növ qəflətdan ayılmağımıza şəhadət verir.
Eşitdiyimizə görə, möhtərəm bəradərimiz Əbdürrəhimbəy Haqverdiyev mərhum Axundovun yadigaranəsi üçün tərtib qıldığı əsərində onun bahadırlarını ki, ibarət ola Hacı Qaradan, İbrahimxəlil kimyagərdən, Məstəli şahdan, Teymur ağa və qeyrilərindən, mərhumun özü ilə bir yerdə tamaşa səhnəsinə gətirir və burada onlar Axundovdan itab ilə sual edirlər ki, axır biz sənə nə eləmişdik ki, sən bizi aləm içində rüsva və bədnam etmişsən. Mərhum Axundovun onlara cavabı nə olacağı bizə hələ məlum deyil. Amma biz bilmirik ki, o mərhumun, ruhi-pakı bizim müqabilimizdə durub bizdən sual etsə ki, mən bu qədər sizin xeyir və səlahınız üçün çalışdım, eyblərinizi açdım, tərəqqi və səadət yolunu göstərdim, əlifbanızın islahına, dilinizin asanlığına çalışıb, ömrümü çürütdüm, bu qədər zəhmət və küdurətimin əvəzində heç məni yad etdinizmi? Mən göstərdiyim batil və fəsad əməllərinizdən daşındınızmı, cəhalət çəngindən xilas olmağa çalışdınızmı?....
Bu suallara, əlbəttə, bizim binalı və tutarlı cavabımız olmayacaqdır. Ancaq xəcilanə bunu izhar edə biləcəyik ki, bu anacan biz qəflətdə olduq, sənin qədrini bilmədik, kərəm et, bizi əfv qıl. Bundan sonra bacardığımız xidməti haqqında müzayiqə etmərik, sənin adına kitabxanalar və məktəblər güşad edərik, əsərlərini çap etdirib əbnayi-vətən arasında yayarıq ki, onları mütaliə edib, amal və əfkarını bilsinlər, nicat və səadət yoluna düzəlsinlər....
Kitabxana.az · https://kitabxana.az/ru/works/kocerli-mirze-feteli-axundov-meqale
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:
Ağahüseyn "Arif" təxəllüsMəhəmməd ağa Müctəhidzadə[nin] "Riyazül-aşiqin" ünvanı ilə tərtib etdiyi "Təzkirətüş-şüəra"sında verdiyi məlumata görə, Arif Molla Pənah dövrünün şüərasındandır.Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsli və nəsəbi İrana mütəəlliqdir. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bəzi elmlərə dara bir şəxs imiş. Təbii şeriyyəsi dəxi var imiş.
AğabağırYusif Qarabağinin məcmuəsində Ağabağır ismində bir şairin əsərlərindən nümunə olaraq bir müəşşər-tərcibənd dərc olunmuşdur. Bu kəlamda bahar fəslinin əlamətlərini şair tədriclə zikr edib, güldən, bülbüldən və yasəmən, sünbüldən söz açıb, axırda təəssüflə fəryad edib deyir ki, heyif deyilmi ki, belə gözəl çağda baş qala torpaqda:Bir belə mövsümdə, bahar çağdə
Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüsMərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-büzürgvarı Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqti ki, dövləti-Rusiyyə tərəfindən general-[mayor] Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şıxəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi.Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökuməti rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı.