Bizim yaylaqlar
Bu ellərlə ömür sürər,Neçə qəlbi sevindirər.Neçə qəlbə şəfa verər,Bizim yaylaqlar, yaylaqlar.
Yaşıllanır çinar-çinar,Hər çinar bir yaşıl fanar.Yaz gələndə havalanarBizim yaylaqlar, yaylaqlar.
Nəğməni sellərdən alar,İlhamı ellərdən alar.Müjdəni yollardan alar,Bizim yaylaqlar, yaylaqlar.
Keçənləri yoldan eylər,Sinəsində mehman eylər.Ayrılıqdan aman eylərBizim yaylaqlar, yaylaqlar.
Qardaşlaşıb bu dağlarla,Nəğmələnər bulaqlarla.İstilənər ocaqlarlaBizim yaylaqlar, yaylaqlar.
Hər güldə bir dərman saxlar,Nanə, yarpız, reyhan saxlar.Qocaları cavan saxlarBizim yaylaqlar, yaylaqlar.
“İsti su”lu, “Turş su”ludur,Xatirələrlə doludur.Neçə ömür-gün yoludurBizim yaylaqlar, yaylaqlar.
Yolu, izi unutmarıq,Əhdimizi unutmarıq.Heç vaxt sizi unutmarıq,Bizim yaylaqlar, yaylaqlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-bizim-yaylaqlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səni nə zamandır görə bilmirəm,Görsəydim, sanardım hər yanda yazdı.
Yollar, yollar(Kitabın 116–117-ci səhifələri Milli Kitabxananın skanında yoxdur; şeirin əvvəli burada verilmir.)*Mənim də həyat yolum
Fəsillər qarışmış biri-birinəSahildəQızılgül kolları
Bu inam qəlbimdə işıq yandırırBir ana gözləyir yolumu mənim,Həsrətə dönmüşəm bir ana üçün.
Стихи других поэтов
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm