Nağıllı günlər
Yadındamı, ağaclarƏlimizdən zar idi.Budaqlar dilə gəlibAz qala ağlar idi.Deyərdik görəsən kimTez qalxar bu ağaca.Qalxardıq budaqlaraQuş kimi uça-uça.Körpə qaranquşlaraBəzən yuva qurardıq.Daş atıb sərçələriArabir qorxudardıq.Yadındamı qovardıqLək-lək kəpənəkləri:Xallı kəpənəkləri,Göyçək kəpənəkləri.Yadındamı çimərdikÇayda hay-harayla biz.Dəyib çaylaq daşınaƏzizlərdi, qanardıAyağımız, əlimiz.“Qaçdı-tutdu” oynardıq,Oynardıq “Gizlənpaç” da.Gizlənərdik çardaqda,Gizlənərdik ağacda.Yamacdan gül toplayar,Dağnanəsi dərərdik.Güllərdən çələng hörər,Dağnanəsini qocaNənəmizə verərdikNənəmiz sığal çəkər,Saçımızı oxşardı.Boyumuza nə qədərŞirin sözlər qoşardı.O Nurulla babanınNağılı yadındamı?O nağıl elə bil ki,Sehrli bir aləməAparırdı adamı.Artıq nağıla dönübO nənə də, baba daBir zaman bir nənəylə,Bir baba yaşayardıDeyirik bu dünyada...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-nagilli-gunler
Клавиши ← → для перехода, R — случайное стихотворение