Bizdədi
Şükür olsun ol xudayaAdil divan bizdədi,Dini məssər yolu ərkanİlqar, iman bizdədi.Neyliyirəm o məzhəbiYoldan xarici olaMəhəmmədə nazil olanAyeyi-Qur'an bizdədi.
İncil İsaya gəlibdi,Tövrat Musaya ey dilQur'an Məhəmmədindi,Sən gəl onu yəqin bilDörd çeşmədən ponqar axarHəqiqətdə durar gölGirməynən ki, qərq olarsanDərya, umman bizdədi.
Göylərdən dörd kalam endi,Məhəmmədə Qur'andı,İnşallah ki, möminləriO dardan qurtarandı.Gəl qəm çəkmə, Aşıq Alı,Ağan Şahi-MərdandıPenci-ali Sahibzaman,On iki imam bizdədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-bizdedi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
TuranSizlərsiniz, ey qövmi macar, bizlərə ihvan,Əcdadımızın müştərəkən mənşəyi Turan.
MəktubQafar Kəndliyə*Səfər bir ay olar, beş ay, bir il, bəs