İlk yurdum, ilk nəğməm
Fikrim yolda, qərar tuta bilmirəm,Ötən günü heç unuda bilmirəm.Yuxumda da sizə çata bilmirəm,Ay atamın kasıb evi, koması,Ay anamın baldan şirin laylası...
Güclə gəlir xatirimə o çağlar,Tanış deyil, deyin kimə o çağlar!Söhbət açar kəlmə-kəlmə o çağlar.O çağlarda qalmış ata koması,O çağlarda bir ananın laylası.
Bir beşikdə neçə körpə böyüdü,Bir beşiyi gəlin anam yüyrüdü.İlk dərsimiz oldu ata öyüdü,İlk yurdumuz kasıb ata koması,İlk nəğməmiz anamızın laylası.
Bir beşikdən ayaq açdı yeddi qız,Muradına, arzusuna yetdi qız.Pərvazlanıb bir gün gəlin getdi qız,Yeddi qızsız qaldı ata koması,Yeddi evdən gəldi ana laylası.
Neçə-neçə nəvə gəldi həyata,Nənə çatdı, baba çatdı murada.Fikrim açdı öz köçünü burada,Könlüm ötdü bir ayrılıq havası,Haradasan, ay anamın laylası?
Əlim çatmır, ünüm yetmir heç sizə,Qorxuram ki, qovuşaram gec sizə,Bağrım çatlar kimsə baxsa kəc sizə,Ay atamın nağıllaşan koması,Ay anamın baldan şirin laylası.
Xatirimdə qalarsınız əbədi,Sizdən aldım ömrüm, günüm şəfqəti,Nəğməm olsun sizə övlad dəməti,Ay atamın kasıb evi, koması,Ay anamın baldan şirin laylası.
Dörd yanımda oğlum, qızım, nəvəm var,Nə ehtiyac, nə sıxıntı, nə qəm var.Öz çırağım, öz ocağım, evim var,Düşür yada yenə ata koması,Düşür yada o uşaqlıq dünyası...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-ilk-yurdum-ilk-negmem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Amandır toxunma qəlbimə qafil,Yandırıb sinəmi söz asta-asta.
Hicran ağla dedi, vüsal gül dediDənizsahilində dayanmışam tək,Ani tənhalıqdan sıxıldı ürək.
SoruşMənim kimliyimi, mənim adımıVətənimdən soruş, elimdən soruş.
Vətən ola bilmirəmBir nəğməli bulağam,Uca dağlardır arxam.