Mən dənizi görəndəGözlərin düşür yada,Mavi, qaynar gözlərin.Axşam ulduz yerinəElə bil göy sulardaYanar, yanar, gözlərin...

Mən dənizi görəndəSəsinin ahənginəDalıram bir də, bir də.Vurulub elə bil ki,Saçlarının rənginəOxuyur ləpələr də...

Mən dənizi görəndəSöz dolu ürəyinin.Vurğusunu duyuram.Mən dənizi görəndəDəniztək şirin-şirinNəğmələr oxuyuram.

Mən dənizi görəndəDilə gəlir hər damla,Səndən söz açır ancaq.Dəniz bir məhəbbətlə,Dəniz sonsuz ilhamlaSəndən söz açır ancaq...Nə yaxşı, nə yaxşı ki,Sadiqik andımıza.Pozulmamış əhdimiz.Bizimçün qumlar üstəNəğmələr yaza-yazaÖtür, ötür göy dəniz...

Nə yaxşı, nə yaxşı ki,Məhəbbət var, sevgi var.Nə yaxşı ki, dənizinBir mahnısı da bizik.Keçsə də ömrümüzdənGünlər, həftələr, aylarMəhəbbətdə biz yenəBir dalğalı dənizik,Bir dalğalı dənizik...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе