Altıncı fəsil
Страница 3 из 5 · 40%
– Çertyojları göndər Qüdrətə. Birgə müşavirədə özümüz müzakirə edərik!
Dmitri, üzərindən ağır yük götürülmüş kimi, dərindən nəfəsini dərdi.
3
Qüdrət hər iki trestin mühəndisləri ilə bərabər Lalənin kabinetində oturub Minayevin yeni ixtirası ilə tanış olurdu. Hamı böyük bir diqqət və maraqla Minayevin izahatını dinləyirdi. O, qısa və aydın danışmağa səy edərək deyirdi:
– Məlum olduğu üzrə, on il bundan əvvəl, quyunun diametrini ölçmək üçün kvadriller aləti ixtira olunmuşdu. Nə üçünsə indiyə qədər bu mühüm alət istehsalatda tətbiq edilməmişdir. Mən öz ixtiram üzərində işlərkən, bu ixtiranın gözəl məziyyətlərini nəzərə almışam. Kvadrillerin xüsusiyyəti nədən ibarətdir? Biz bu alət vasitəsilə quyuların divarlarını bərkitmək üçün lazım olan sementin qədərini təyin edə bilərik. Bu sahədə elmi fikrimizin bir sıra müvəffəqiyyətləri hələ də təcrübədə imtahandan keçirilməmişdir. Lakin neft sənayesinin bu günkü inkişaf mərhələsində səmərələşdirici üsulların olduqca böyük əhəmiyyəti vardır. Mənim ixtiramın xüsusiyyəti nədədir? Mən həmin aləti daha da mükəmməlləşdirib, istehsalata tətbiqini asanlaşdırmışam. Məşhur konstruktorlardan bir neçəsi mənim ixtiramın layihəsilə tanış-dır. Onların fikrincə bu kvadrilleri kütləvi surətdə istehsal etmək də o qədər çətin deyildir. İndi siz də bu barədə öz mülahizənizi söyləyin. Xahişim budur ki, həmin ixtiranın nə dərəcədə yararlı olub-olmadığını təcrübədən keçirmək üçün mənə imkan verilsin.
Minayev sözünü qurtarandan sonra uzun bir mübahisə başlandı. Rəylər müxtəlif idi. Bəziləri Minayevin üsulunu büsbütün rədd edir və öz fikirlərinin doğruluğunu sübut üçün, indiyə qədər ixtira olunmuş alətlərin çox az xeyir verdiyini söyləyirdilər. Bəziləri isə Minayevi qızğın müdafiə edir və quyuları sürətlə istismara buraxmaqda bu üsulun böyük bir yenilik yaradacağını iddia edirdilər. Bu iki cəbhə arasında tərəddüd göstərən və qəti bir fikrə gəlməyən adamlar isə həmin ixtiranı təcrübədən keçirməyi elmi idarələrin boynuna atmağı və istehsalata mane olmamağı məsləhət görürdülər.
Nəhayət Qüdrət söz aldı və ümumən trestlərdə ixtiralara qarşı yanlış bir münasibət hökm sürdüyündən danışdı.
O göstərdi ki:
– Neft sahəsində elmi idarələrin gördüyü iş həqiqətən az deyildir. Bakı mühəndislərinin ən gözəl cəhətlərindən biri də budur ki, onlar işə rəsmiyyətçi yanaşmırlar, hər zaman istehsalatın taleyini düşünürlər. Onlar boş vaxtlarında yeni ixtiralar üzərində çalışırlar. Cəsarətlə demək olar ki, ixtira onların əsas işilə üzvü vəhdətdədir. Ancaq nə edəsən ki, yeni ixtiraların imtahandan keçirilməsi, bəzən bu və ya başqa bir çinovnikin səhlənkarlığı üzündən illər boyu süründürülür... – Qüdrət özünün də bəzi ixtiralarını xatırlayıb, onların istehsalatda tətbiqinə əngəl törədənləri gözü önünə gətirəndə əsəbiləşdi: – Şəxsən mən də ixtiralara etinasız yanaşmağın nə qədər böyük bir xəstəlik olduğunu görmüşəm. Bu etinasızlıq mühəndisin bütün həvəsini öldürə bilər. Bu zərərli vərdişlə amansız vuruşmaq bizim müqəddəs borcumuzdur. Biz neftçilər elmi işçilərimizə kömək əlimizi uzatmalı və onların ixtiralarını təcrübədən keçirməyə imkan yaratmalıyıq...
O, Minayevin üsulunu müdafiəyə başlarkən, kabinetin qapısı açıldı və təkdənbir mədənlərə yolu düşəndə olduğu kimi, indi də uzunboğaz çəkmə və qalife şalvar geyinmiş Mirzəyev göründü. O salam verdi və keçib oturmamış bu iclasın nə üçün çağırıldığını öyrənəndən sonra Qüdrətə tərs-tərs baxaraq onun sözünü kəsdi:
– Məncə, – dedi, – Qüdrət yoldaş məhz nə üçün bu trestə göndərildiyini məndən də yaxşı bilir. O, buradan neft çıxarmaq üçün təyin olunmuşdur. Ancaq belə görünür ki, o, elmi-tədqiqatla məşğul olub, öz vəzifəsini unutmuşdur.
Elə bil hamının başına qaynar su tökdülər. “Azərneft” birliyində böyük vəzifə sahibi olan bu adamın qabalığı, hətta Minayevin ixtirasını ciddi tənqid edənlərin də əsəbinə toxunurdu. O, yenə eyni sərt və amiranə bir tövrlə vəzifəsinin böyüklüyünü hamıya göstərmək üçün qalın qaşlarının arasını düyünləyib, heç kimin üzünə baxmadan gözlərini yerə zillədi: – Məncə belə iclasları ixtisar edib buruqlara getsəniz, heç də pis olmazdı. Yoldaş İsmayılzadə, siz trestinizin kəsir içində olduğunu nahaq unudursunuz. Mən indi başa düşürəm ki, geriliyin səbəbi bu cür “elmi” müşavirələrdir.
O, “elmi” sözünü ağzını-burnunu əyə-əyə, istehzalı bir təbəssümlə deyərkən, Qüdrət buna dözmədi və uca səslə etiraz etdi:
– Xeyr, bu deyildir, yoldaş Mirzəyev! Geriliyin səbəbi belə xeyirli müşavirələrin az çağırılmasındadır.
Mirzəyev Qüdrətin cəsarətini ədəbsizlik hesab edib, başını dik tutaraq, yuxarıdan aşağı onun üzünə baxa-baxa tutqunlaşmış səsilə bağırdı:
– Kiminlə danışdığınızı nə üçün unudursunuz?
– Xeyr, unutmuram, amma təəccüb edirəm ki, necə olur ki, sizin kimi adamlar belə mühüm bir ixtiranı lağa qoyub gülürlər? Məncə belə hallarda bir qədər diqqətli və ciddi olmaq daha faydalıdır.
Qüdrətin bu nəsihəti onu daha da özündən çıxardı:
– Nə ixtiyarla və nəyə əsasən bu müşavirələri çağırırsınız?
– Yuxarının göstərişinə əsasən! – deyə Qüdrət çox soyuqqanlı, lakin qəti və inamlı bir səslə cavab verdi. – Mən şəxsən kamilləşmiş texnika olmadan neft istehsalının sürətini artırmağı təsəvvürümə gətirə bilmirəm.
Mirzəyev artıq quru bir rəsmiyyətə keçdi.
– Müşavirəni bağlı elan edirəm! – dedi və nifrət dolu küt bir nəzərlə iclasdakılara baxaraq, elə bil hamını qorxutmaq üçün, gəldiyi kimi də, məğrur və geniş addımlarla kabinetdən çıxdı.
Qüdrət narazı halda, ağır-ağır başını buladı.
– Siz də şahid olun, yoldaşlar, – dedi, – özünüz görürsünüz ki, mühafizəkar adamlardan danışmaqda mən nə qədər haqlıyam.
Əgər Mirzəyev belə tələsik və gözlənilmədən getməmiş olsaydı, Qüdrət onun gözlərinin içinə baxar, daha kəskin bir ifadə işlədərdi: “Bizim geriliyimizə səbəb sənin kimi çinovniklərdir!”
Lakin Qüdrət adamların dalınca danışmağı sevmədiyindən, içində qırıla-qırıla qalıb, heç bir söz demədi.
Hamı onun üzündəki tutqun rəngi, xəfif bir tərzdə səyriyən dodaqlarını görür və qəzəblənirdi. Məsələnin nə yerdə olduğunu bilmək istəmədən Qüdrətin üstünə xoruzlanan Mirzəyevi buradakılardan heç birinin görən gözü yox idi. Onun bu qaba hərəkəti, İsmayılzadəni Mirzəyevdən qat-qat bacarıqlı bir mühəndis və fədakar bir neftçi sayan, hər zaman, hər yerdə onun hörmətini saxlayan adamlara da eyni təsiri buraxmışdı. Belə qan qaralıqdan sonra danışmağın faydasız olduğunu görən Qüdrət:
– Necə bilirsən, Lalə? – deyə arvadına müraciət etdi. – Mən bu cihazın müvəffəqiyyət qazanacağına zərrə qədər də şübhə eləmirəm.
– Mən buna lap çoxdan əminəm! – deyə Lalə də qəti bir inamla cavab verdi. – Mən də günü bu gün onu imtahandan keçirmək üçün imkan yaradacağam.
Qüdrət öz qərarını bildirdi:
– Elə isə günü sabah başlayaq!
Hamıdan çox həyəcan keçirən Minayev əvvəlcə elə güman edirdi ki, Qüdrət bu sözləri Mirzəyevin acığına deyir, amma sonra onun üzündəki qətiyyət Minayevi sevindirdi. O aydın gördü ki, tutduğu vəzifə ilə çoxlarına qorxu təlqin edən Mirzəyev, Qüdrəti zərrə qədər də fikrindən daşındıra bilməmişdir. Minayevə elə gəldi ki, Qüdrət bu ixtiraya adi bir hadisə kimi baxmır, nə isə, geniş vüsətli, böyük bir işin taleyini bu ixtiraya bağlayır. Minayev yanındakı adamlara göz gəzdirib hamının da sifətində eyni inamı oxuduqda, Qüdrət haqqındakı fikrində yanılmadığını hiss edir, sevincindən quş kimi qanadlanıb uçmaq, birbaş evinə, arvadının yanına qayıtmaq, bu şad xəbəri ona da söyləmək istəyirdi.
Müşavirəyə yığılanların hamısı çıxıb gedəndən sonra, Qüdrət Lalə ilə bərabər ikinci mərtəbədən aşağı enirdi ki, birdən usta Ramazanla qarşılaşdı. Qüdrət qocanın tutqun qaşqabağından, nə isə çox ciddi bir fəlakət üz verdiyini güman edib dayandı və sükut içində onun gətirdiyi acı xəbəri gözləməyə başladı. Lakin usta qəddi bükülmüş halda gözlərini yerə dikib, dinmir, elə bil söyləyəcəyi əhvalatın təsirini əvvəlcədən qüvvətləndirmək istəyirdi. Ortalığı bürüyən sükut elə dərin idi ki, Lalənin trestindən xeyli aralı görünən mədənlərdən kaçalkaların səsi də aydın eşidilirdi. Ramazanın nadir hallarda kömək istədiyini bilən Qüdrət, nəhayət səbri tükənmiş halda ondan soruşdu: – Xeyir ola, usta, nə var belə, nə üçün qəmginsən?
– Nə olacaq? Qayıtmayıb.
– Kim?
– Tahir. Səndən icazəsiz buraxdım. İndi tamam peşmanam.
Lalə belə şeylərdən ötrü qanını nahaq yerə qaraltdığımı ona hiss etdirmək üçün əlini qaldırıb saldı:
– Qayıtmır, qayıtmasın? Mən də dedim görəsən nə olub? O nə böyük itkidir ki?
Qoca, gözləmədiyi bu cavabdan səksənmiş kimi, başını yana tərəf çevirdi. Laləyə tərs-tərs baxdı:
– Axı mən otuz ildir elə şagird yetirirəm. Mən görürəm, qızım, mən adamımı tanıyıram, – dedi, – on şagirdə bərabər oğlandı. Bircə il vaxt istəyirəm, o, lap qəhrəmanlığa namizəddir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəncə yaxınlığında bir ovlaq. Yaşıl bir təpə. Uzaqda çadırlar ağarışır. Təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan gələn vəzir ona yanaşır. Şah onun gəldiyini hiss edərək, ona tərəf dönür.*Şah**
Beşinci şəkilYenə orada, səhər tezdəndir. Günəş yeni-yeni tülu edir. Hər tərəf bomboşdur. Dərin sükut içində quşların həzin-həzin nəğmələri eşidilir. Birdən iki nəfər şəhərli görünür.*Onlar elə bir qorxa-qorxa ətrafı dinləyirlər.*
Altıncı şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Qivami süfrə başında oturub şərab içir.*O oxuyur. Arxasından sakit addımlarla gələn Nizamini görmür.*
Yeddinci şəkilYenə Nizaminin eyvanı qarşısında bağça. Qürub etməkdə olan günəş meyvə ağaclarının yarpaqları arasından balaca arxın sularına əks edir. Afaq yalnız dayanmış, kədərli-kədərli baxır. Onun gözləri yaşarmışdır. Oxuyur.*Afaq**
Стихи других поэтов
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Sən düzə çıxandaElim başdan-başa yazdır.Əlimdə üç telli sazıdr,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,