Страница 5 из 6 · 67%

– Ay camaat, siz də qəribəsiniz, bu kişi suyu özü içib bizə verməsəydi, onda danışmağa haqqınız vardı, nə olub belə kəmhövsələlik eləyirsiniz?

Caydaq kişinin cin səsi bir də ucaldı:

– Yaltaqlıq sənə qalıb? Qoysana rəis cavab verə!

Qadın yanındakı adamlara dodağının altında yenə nə isə dedi və ləngər vura-vura, qaş-gözünü oynatdı. İzdihama qoşulanların sayı isə get-gedə artır və uğultu da güclənirdi. Yerindən qımıldanmayan Niyazov, yəqin ki, bu gözlənilməz etiraz səslərinin qalxmağında özünün də müəyyən dərəcədə günahkar olduğunu görüb, heç nə demirdi.

Birdən qadının böyründən, ordubatıq, üzünü tük basmış, yumru və gödək bir kişi izdihamı yarıb irəli çıxdı, hamının səsini ötərək qışqırdı:

– Ay camaat, siz bunların məqsədini nə üçün başa düşmürsünüz? Ayrı yolnan bizə cəza verə bilmirlər, acından, susuzdan qırmaq istəyirlər!

Əgər bu vaxt başqa bir nəfər də onun kimi açıqdan-açığa izdihamı qiyama çağırsaydı, gözü qızmış camaatın Niyazovu ayaq altına salıb tapdalayacağına heç bir şübhə ola bilməzdi. Görünür, bunu hamımızdan çox Sədi Kamal hiss eləyib, nahaq qana bais olmağın müdhiş nəticəsini fikirləşib, lapatkasını havaya qaldırdı, zəhmli bir görkəm alıb, adamların qabağına yeridi və həyəcandan tutqunlaşmış səsi ilə bağırdı:

– Geri çəkilin, ay yoldaşlar, siz neyləyirsiniz? Rəisin nə günahı var?

İzdiham sanki birdən soyuyub, tərəddüdlə ayaq saxladı. Hamıdan irəlidə dayanmış yumru kişi arxasında hücuma hazır dayanmış adamların dalı-dalı çəkildiyindən xəbər tuta bilmədiyi üçün yenə eyni ötkəmliklə düşərgə rəisinə tərəf yönəldi və yerdən daş götürüb, təkrar doğrulanda, Sədi Kamal sol əli ilə onun biləyini necə bərk sıxdısa, qara, uzunsov daşı yerə buraxmağa məcbur oldu.

– Sən nəçisən? – deyə yumru kişi Sədi Kamalın üstünə şeşələndi və arxasındakı adamları köməyə çağırmaq fikri ilə geriyə çevriləndə, özünü meydanda tək görüb, köpü yatmış halda kiridi və sanki suyu süzülə-süzülə dalı-dalı çəkildi.

– Ay camaat, belə sarsaqlara uyub, özünüzü rüsvay eləməyin! – deyə Sədi Kamal acı istehza dolu bir nəzərlə yumru kişiyə baxdı.

– Mən bu cür qoçuların qeyrətinə çoxdan bələdəm!

İzdihamın hay-güyündən, düşərgəyə yan almış yük maşınının səsini heç birimiz eşitməmişdik. Şoferin yanından düşən DTK (Dövlət Təhlükəsizliyi Komissarlığı) leytenantının öz tapançasını qoburdan necə çıxartdığını və bizə necə yanaşdığını sezməmişdik.

Onu görən izdiham birdən susqun düşdü. Niyazov onun kimi isə vurmağa hazırlaşdığını anlayıb, bir göz qırpımında irəli atılaraq tapançanı vurub əlindən saldı və eyni çevikliklə əyilib yerdən götürdü.

– Bu nədir, dəlimi olmusan? – deyə bağırdı. – Adam güllələməyə vərdiş eləmisən, amma belələrini deməyiblər...

Leytenant üzdən çox cavan, amma saçları vaxtsız ağarmış, döşü qabarıq, boylu-buxunlu bir kişi idi. Niyazovun hərəkətini ən ağır təhqir saydığı qəzəbli və tutqun baxışlarından açıq-aydın oxunurdu. Rütbəcə özündən böyük adama söz qaytarmaq imkanından məhrum olduğu üçün, içindən qırıla-qırıla qaldığını yalnız mən deyil, yəqin ki, ona baxan adamların hamısı hiss eləyirdi, onun sifəti əvvəlcə xal-xal oldu, sonra isə kül kimi bozardı və nəhayət o, qürurunun tapdalanmağına dözməyib yalnız dodaqlarını tərpədərək dedi:

– Məncə xalq düşmənləri ilə bunların arasında elə bir fərq yoxdur. Əgər mən özümü vaxtında yetirməsəydim, siz indi o dünyada idiniz.

– Hanı su? – deyə Niyazov sərt bir ifadə ilə ondan soruşdu.

– Mən bu vəzifəni boynuma götürməmişəm və götürmək fikrində də deyiləm!

– Sizin nə fikirdə olmağınızla maraqlanmıram. Hanı su?.. Sizin kimilər müqəddəs çekist adını ləkələməkdən başqa heç nə bacarmırlar!

– Mən ləkələyirəm, yoxsa siz? Məncə siz və sizin kimilər!..

– Tərbiyə və ədəb hamıdan əvvəl çekistə lazımdır!.. – deyə Niyazov rütbəsindən çox yaşına və təcrübəsinə ehtiram göstərməyən bu kobud gəncə həddini bildirməyin çətinliyini görüb, səsini yavaşıtdı: – Mənə fəxri çekist nişanını Feliks Edmundoviç öz əli ilə verib! Anladınmı?

Niyazov leytenantın kimə və nəyə isə arxalandığı üçün saymazyana dayandığını görüb, istər-istəməz öz ixtiyarından istifadə eləməyə məcbur oldu.

– Bu dəqiqə gedin, baş leytenant Çeplakova deyin ki, mayor Niyazov sizi iki həftə müddətinə həbs eləyir! Əmrimi yerinə yetirin!

Leytenant həddini keçməyin heç bir fayda vermədiyini anladı, Niyazovun əlindəki tapançaya baxdı, rəisin onu geri qaytarmaq fikrində olmadığını yəqin eləyib, başını sinəsinə endirdi, istər-istəməz ayaqlarını cütləyib sağ əlini gicgahına yaxınlaşdırdı:

– Oldu! Baş leytenant Çeplakova deyim ki, mayor Niyazov məni iki həftə müddətinə həbs eləyir, – deyə dabanı üstə fırlanaraq maşına tərəf getməyə başladı.

– Dayanın! – deyə Niyazov öz aralarında nə isə danışan gözətçilərdən birini səsləyib yanına çağırdı. – Maşınla su gətirməyə gedəcəksiniz. Leytenantı rayon şöbəsinə aparın, qayıdanda kənddən boçka tapıb su ilə doldurun. Sizə yarım saat vaxt verirəm... Köməkçi lazımdırmı?

– Bir nəfər də versəniz pis olmaz.

Niyazov bizə müraciət elədi:

– Kim gedə bilər?

– Mən!.. – deyə Rəcəb kişi əlindəki beli yerə atdı. Niyazov başını tərpədərək razılığını bildirdi və təkrar yerqazıyan adamlara qoşuldu.

Gözətçi, Rəcəb kişi və leytenant maşına minib düşərgədən uzaqlaşdılar.

Bundan sonra Niyazovun xeyirxahlığına şübhə eləmək çətindi. Əlbəttə, o bizim nəzərimizdə qəsdən yaxşı görünməyə çalışmırdı. Axı, buna onun ehtiyacı da yox idi. Bizim rəğbətimizi qazanmağın ona nə faydası ola bilərdi ki? Niyazov DTK leytenantının özbaşınalığına qarşı belə sərt bir tədbir görərkən də şəxsi xeyrini fikirləşmirdi. Mənə elə gəlirdi ki, düşərgə rəisi, adamları, heç bir səbəb olmadan, incitməyi lazım görmürdü. (Mən bu təxminin doğruluğuna sonralar daha çox inanmağa başladım. O, yeri düşdükcə, tabeliyində çalışan adamlara bəzən bizim yanımızdı tənbeh eləyib deyirdi: “Əgər müqəssirin günahı böyük olsaydı, ona daha ağır cəza verərdilər. Bizim vəzifəmiz müqəssiri daha çox sıxışdırmaq və ya alçaltmaq deyil, onu gələcəkdə faydalı bir vətəndaşa çevirməkdir. Bu məqsəd üçün də məhkuma nəcib təsir göstərməkdir. Yadınızda saxlayın ki, biz insanların yenidən tərbiyə olunmağına inanırıq!”. Bir dəfə, nəzarətçilərdən biri, xəstələndiyi üçün işə çıxmayan Sədi Kamalı ədəbsiz sözlərlə təhqir eləyib söymüşdü. Niyazov Bu hadisədən xəbər tutanda, nəzarətçini yanına çağırtdırıb onu möhkəm danladı. Dedi ki: “Bizi burda hökumətin müvəkkili sayırlar, ona görə də hər hansımızın ədalətsiz hərəkətimiz tək özümüzü hörmətdən salmır, quruluşumuza ziyan verir, halbuki bizim borcumuz, həm də müqəddəs borcumuz – müqəssirdə hökumətimizə mənəvi etimad oyatmaqdır. Əgər müqəssir bizə qarşı ədavətini davam elətdirsə, o başqa məsələ. Bu vaxt güzəştə getmək özü cinayətdir!..)

Su gətirməyə gedən maşın qayıdanda, kuzovda əyləşmiş Rəcəb kişi uzaqdan bizə əl eləyib, hamımızı salamladı və maşın dayanar-dayanmaz yerə sıçrayıb, yenə çadırlar üçün yer düzənlərin yanında dayanmış Niyazova yanaşdı, sağ əlini hərbi qayda ilə gicgahına söykəyib – rəsmi-təzim ilə raport verdi:

– Yoldaş... bağışlayın, vətəndaş mayor, əmrimiz yerinə yetirildi! Amma yarım saat əvəzinə bir saata gəldik, kolxozda boçka tapılmadığı üçün suyu bidönlarda gətirdik. Mötərizədə onu da nəzərinizə çatdırım ki, Rudəki kolxozunun sədri əsil tacikdir, yəni çox alicənab, mədəni və qonaqcıl bir adamdır. Yenə də mötərizədə sizə ərz eləyim ki, bir az fars dilini bildiyim üçün, o dəqiqə dostlaşdıq. Mən Firdovsidən bir bənd oxudum, sədrin kefi duruldu. Fürsəti əldən verməyib, boçka istədim. Dedi boçka yoxdur, bidon verə bilərəm. Sədrin adı Tursun, atasının adı Tursun, famili Tursunbayevdir!.. Maşallah, yüz on kilo ağırlığı var. Görünür, özünün də, kolxozunun da kefi kökdür, yoxsa o, dünyasında bu cür kökələ bilməzdi. Sizdən icazəsiz ona bir vəd də verdim.

Niyazovu gülmək tutmuşdu, ancaq üzünü o tərəfə çevirib, dodaqlarında titrəyən təbəssümü bizdən gizlətməyə çalışırdı. “Vəd” sözünü eşidən kimi, qaşqabağını töküb soruşdu:

– Nə vəd?

– Dedim ki, dostum Tursun, mən də, yoldaşlarım da Azərbaycan qardaş Tacikistana qonaq gəlmişik. Borclu-borclunun sağlığını istər. Pambıq tarlanızda alaq vurulanda, dəstə düzəldib, özümüzü yetirəcəyik... Düz iş görmüşəm ya yox, vətəndaş rəis?

Niyazov gülməkdən yenə özünü güclə saxlayıb Rəcəb kişinin bir-birindən xeyli aralı duran əyri qıçlarına baxa-baxa dedi:

– Əgər hərbi qayda ilə raport verirsinizsə, ayaqlarınıza da bu qaydanı öyrədin. Bu bir. Əgər belə hallarda məndən icazə almağın lazım olduğunu başa düşürsünüzsə, doğru iş görürsünüz. Bu iki. Aydındır?

– Bəli, aydındır, – deyə Rəcəb kişi ayaqlarını cütləşdirdi və artıq məyus-məyus soruşdu: – Ancaq orasını demədiniz ki, düz iş görmüşəm, ya yox?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Sabir – novator

Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..

19364 мин
Böyük aşıq

Azərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

19385 мин
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər

Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

194026 мин
Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 мин

Стихи других поэтов