Страница 3 из 12 · 17%

– Məsələ yalnız bayraqda deyil, yoldaş Fikrət, məsələ orasındadır ki, stixiya qorxusunu camaatın ürəyindən silib atmaq lazımdır. Elə mən də ona görə deyirəm ki, hamımız işin üstündə olsaq yaxşıdır. Qonaqov buradadırmı?

– Bəli, buradadır.

Qüdrət zəngi basdı. Paltosunu çiyninə salmış katibə içəri girdi.

– Soyuqdur? – deyə trest müdiri xəbər aldı.

– Üşüyürəm, Qüdrət Salmanoviç, – deyə qız baxışlarını yerə dikdi.

– Soyuqdan, yoxsa qorxudan?

– Soyuqdan... Çox dəhşətli bir xəbər söylədilər, Qüdrət Salmanoviç. Dənizdə bir qayıq batmışdır.

– Qayıq, yoxsa adamlar?

– Adamlar... Deyilənə görə usta Ramazan da onların arasında imiş...

Qüdrəti elə bil ildırım vurdu:

– Kim dedi? Qonaqovu buraya çağırın!

Katibə dabanı üstə dönüb, sürətlə çıxdı. Qüdrətlə Fikrət tutqun halda bir-birinin üzünə baxıb dinmədilər.

Hökumət telefonunun zəngi ötkün bir səslə cingildədi. Qüdrət dəstəyi götürdü. Danışan şəhər partiya komitəsinin katibi idi.

– Salam! Sabahınız xeyir! Elə deyirlər, ancaq mən buna inanmıram... – Qüdrət susdu. Dinləməyə başladı. Onun sir-sifətində tədricən əmələ gələn qırışlardan, Aslanovun nə dərəcədə ağır sözlər dediyini dərhal hiss eləmək mümkün idi. O, Qüdrəti adamların həyatına məsuliyyətsiz yanaşmaqda təqsirləndirdi. O deyirdi ki: “Əgər insan tələfatı olarsa, məhkəmə qarşısında dayanacaqsan!”. Qüdrət yenə susurdu. Tez-tez udqunur, cavab verməyə söz tapmırdı. Nə deyə bilərdi? Dənizdəki əhvalatdan ilk dəfə özü xəbər tutmalı ikən, ona başqaları bunu xəbər verirdi.

– Bu dəqiqə yoxlayaram, sizə zəng elərəm! – deyə Qüdrət hərbi adam kimi dartındı və dəstəyi yerinə qoydu.

– Əlbəttə, bu rüsvayçılıqdır! Bizdən başqa hamı bilirmiş.

Qonaqov içəri girdi. Qüdrət ona qəzəblə baxdı:

– Batan hansı qayıqdır?

– “Bahar”. Əşi, bilmirəm bu qalmağalı kim qaldırıb? Adamın başına iş gələr. Doğrudur, qayıq çevrilib, ancaq batan olmayıb. Hamısı sağ-salamatdır. Üzüb çıxıblar. Qayığı da bu saat gətirdilər.

Qüdrətin üstündən elə bil dağ götürüldü.

– Usta Ramazan necə?

– Yalan sözdür. O, “Çapayev”lə gedib, buruğa çatıb. Bu saat telefonla mənimlə danışırdı.

– Doğrudanmı? – Qüdrətin ürəyi sanki sinəsini yarıb çıxmaq istədi. – Bəs bu nə şayiədir? Mənim adımdan əmr ver ki, bundan sonra bir qayıq da dənizə çıxmasın. Aydındır. Yoxsa bir də izah edim?

– Aydındır, – deyə Qonaqov trest müdirinin heç olmasa bir dəfə razı saldığına hədsiz dərəcədə sevinib cəld addımlarla kabinetdən çıxdı.

Qüdrət telefonla zəng edib, Aslanova əsil həqiqəti bildirdi və sonra Fikrətə üz tutdu:

– Dənizlə rabitəni möhkəmlədin – dedi. – Telefonları, radionu işə salsınlar!

Fikrət sürətlə qapını açıb getmək istəyəndə, qabağına çıxan bir dəstə adam qəbul otağına daxil oldu. Onlardan biri İsmayılzadədən içəri girməyə izin istədi.

Qüdrət:

– Buyurun, buyurun! – deyə hamısını kabinetə çağırdı.

Gələnlər, trest müdirinin göstərdiyi kreslolarda əyləşdilər və yaylıqlarını çıxarıb, üz-gözlərinin tozunu silməyə başladılar. Qüdrətə yaxın oturmuş bir gənc mühəndis havadan narazılıq edərək söylənirdi:

– Mən heç ömrümdə belə xəzri əsdiyini görməmişdim. Bütün aləmin toz-torpağını süpürüb şəhərə gətirir. Dənizə baxanda adamın gözü qaralır. Elə bil yerlə göy qovuşacaq.

Qüdrət öz trestində işləyən bu mütəxəssislərlə uzun söhbət eləməyə imkanı olmadığını söyləyib, üzr istədi:

– Bu saat hər dəqiqənin bir hökmü var, yoldaşlar. Ona görə də ehtiyatlı olmalıyıq. Məsələ belədir. Hökumətin göstərişilə uzaq kəndlərin bir neçəsində elektrik stansiyaları qurulur. Bizim trest iki kəndi hamiliyə götürür.

– Hamımız bilirik, – deyə bayaq danışan gənc mühəndis həm özünün, həm də yoldaşlarının adından briqadalar düzəldiyini və artıq izahata ehtiyac olmadığını bildirdi. Biz bu gün yola düşə bilərik. Necə buyurursunuz?

İsmayılzadə əvvəlcədən xəbərdarlıq elədi:

– Nəzərdə tutun ki, buradakı işlərimizin heç birinə ziyan toxunmamalıdır. Adamlarınızı başa salın. Onlara lazımi göstərişlər verin.

– Siz o barədə də arxayın olun, yoldaş müdir. Hamı bu məsələnin əhəmiyyətini yaxşı başa düşür. Bəziləri hətta işdən kənar vaxtda elektrik stansiyası üçün müəyyən avadanlıqda qayırıblar. İməcilik düzəldib, köhnə-köşkülləri təmir eləyiblər.

– Çox gözəl, çox gözəl, – deyə Qüdrət razı halda başını tərpətdi.

– Unutmayın ki, hamımız burada da lazımsınız. Kənddə bir aydan artıq qalmayın.

– Doğrudur, – deyə hamı onun fikrilə razılaşdı.

İsmayılzadə, dirsəyini stola söykəyib oturmuş digər mühəndisə üz tutdu:

– Siz hansı kəndə gedirsiniz?

– Kəndin adını unutmuşam, yoldaş müdir, amma orasını bilirəm ki, Nizami kolxozudur. Lap dağın kəlləsindədir. Şamaxıya qədər maşınla, sonra da araba ilə gedəcəyəm. Kolxoz sədri ilə məktublaşmışam. Bir aydır bərk hazırlıq aparır. Tikinti və torpaq işlərini görüb qurtarıblar.

– Deməli, Sarban kəndinə gedirsiniz? Çox gözəl! – Qüdrət birdən Tahiri xatırladı. – Bilirsinizmi, kolxozun cavanlarından bir neçəsi bizdə işləyir?

– Bilirəm, bilirəm. Bayramlılar o kənddəndir. Mən Tahiri də briqadaya yazmışdım. Ancaq fikrimdən daşındım. Çünki indi o nə iş görəcək? Stansiya qurtarandan sonra gedər, elektrik xətti çəkər.

– Aha, düz deyirsiniz. Geyiminizə fikir verin. İndi oralarda bərk soyuq düşüb. Daha mən sizi saxlamayım. Gedin, hazırlıq görün! – İsmayılzadə mühəndislərə, texniklərə əl verdi. – Bizdən kolxozçulara salam aparın, deyin ki, trest heç bir köməyini əsirgəməyəcək.

Onlar çıxıb gedəndən sonra, Qüdrət yenə barometrə baxdı. Tufan get-gedə şiddətlənirdi.

4

Mirzəyevin trestə sıravi bir mühəndis göndərilməyi yəqinləşəndə, o əvvəlcə evində oturub, havanın sakitləşməsini gözlədi. O, vəzifədən çıxarılmağını ilk zamanlar arvad-uşağından gizlətmək istəyir, “nə üçün qanlarını qaraldım?” deyə fikirləşirdi. Onun işə getmədiyini görən arvadı, Mirzəyevin əhvali-ruhiyyəsində əmələ gəlmiş dəyişikliyi aydın hiss edib, bunun səbəbilə maraqlanmağa başladı. Nəhayət Mirzəyev məsələni açıb ona söylədi:

– Paxıllar mənim ayağımdan çəkib, irəli getməyə qoymadılar, Dilara. Guya mən başqalarına mane olurammış. Axırı, srağa gün əmrimi verdilər. İndi məni düşmənimin ixtiyarına sıravi mühəndis göndərdilər, – Mirzəyev dərindən ah çəkib susdu. – Məndən yaman intiqam aldılar, Dilara. Sinəmə dağ çəkdilər. Sən özün bilirsən ki, mən başqalarının kölgəsində yox öz istedadım sayəsində bu mərtəbəyə qalxmışdım. Gözləri götürmədi. Nə var, nə var, mən onların hamısından tez ad çıxarmışdım. Bir vaxt vardı ki, mənim həyatım həmişə ehtiyac içində keçirdi. Sənə nişanlananda üzük almağa da gücüm çatmadı. Oxudum, çalışdım, özümü göstərdim. Axırda gördülər ki, yox, mən daha böyük rütbələrə layiqəm. Odur ki, irəli çəkdilər, orden verdilər, bunlar hamısı müvəqqəti imiş. Aslanov mənə olmazın sözlər dedi. Yəqin məndən yuxarıya çox şey qandırıblar. Yoxsa birdən-birə nüfuzdan niyə düşdüm? Eh görünür taleyim belə imiş.

Dilara onun qulluq işlərinə qarışmağı sevmirdi. O, yalnız uşaqlarının həyatı ilə maraqlanır, onların yaxşı oxumağına fikir verir, ən çox da evinin səliqəsilə məşğul olurdu. Amma bu dəfə ərinin təsəlliyə möhtac olduğunu görüb, məyus bir tövrlə dedi:

– Qəm yemə, Saleh. Adam həmişə böyük vəzifədə olmaz ki?

– Yox, mən demirəm ki, gərək mən elə ömrümün axırınacan orada oturam? Mən mühəndisəm, dövlət məni hara yollarsa, orada da işləyəcəyəm. Amma burası var ki, günahım olmaya-olmaya nə üçün məni aşağı endirsinlər?

Dilara təbiətcə mülayim və nəvazişkar bir qadındı. O, ərinin qəlbinə dəyməmək üçün, onun qüsurlarını da həmişə sakit və mülayim bir tərzdə deməyə çalışırdı. Bu gün isə onun əsəbi halda otaqda var-gəl etdiyini görüb, xəyalından keçən sözləri demək fikrindən də daşındı. O yenə təsəlliyə güc verdi:

– Saleh, – dedi, – Aslanovun xasiyyətini özün məndən yaxşı bilirsən. Bu gün tənqid eləyir, vəzifəni azaldır, amma görəndə ki, düzəlirsən, işə can yandırırsan, daha kin saxlamır, qolundan tutub qaldırır.

– Eh, daha mənimki getdi. O gün müşavirədə hamını tənqid elədi, amma mənə gələndə əlini tovladı, yəni ki, məndən bir adam olmaz... Mən onun xasiyyətinə bələdəm. Kimi bərk tənqid eləyirsə, bil ki, o adamı çox istəyir. Amma məni... Yox, gözündən bərk düşmüşəm, Dilara. O İsmayılzadə nə kələk qurdusa, mənim evimi yıxdı.

Bu söhbətdən üç gün keçdi. Amma dənizdə tufan yenə də kəsilmədi. Külək arada bir zəifləsə də, üçüncü günü axşamı yenidən şiddətlənməyə başladı. Mirzəyev iki dəfə Qüdrətin trestinə zəng elədi. Müdirin gecəli-gündüzlü oradan heç yana tərpənmədiyini öyrənəndə, evdə bu qədər boş oturmaq onun arına gəldi. Səhərdən işə çıxmağı qərara aldı: “Belə getsə, bir həftə gözləməli olaram” deyə fikirləşdi və arvadından hələ adi mühəndis ikən geydiyi paltarı istədi. Bu hadisə ailədəki pərtliyi daha da artırdı. Onun pərişanlığı arvad-uşağına daha da çox təsir elədi. O həm özünə, həm də ailəsinə təsəlli verib:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qan intiqamı

I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...

27 мин
Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 мин
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 мин
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 мин

Стихи других поэтов