Страница 1 из 3

Şamilin evində bir otaq. Şamil pəncərə önündə dayanıb uzaqlara boylanır.

Atay (yüyürüb gəlir)

İmam, Qazı Məhəmmədin qoşunu basılıb geri qayıdır...

Şamil

Bu, çoxdan mənim ürəyimə dammışdı... Bəs Qazı Məhəmməd özü hanı?.. Mən onun iki gözünü bir bəbəyindən çıxardacağam...

Atay (qorxa-qorxa)

Oğlunuzun heç bir təqsiri yoxdur. Siz onu yaxşı tanıyırsınız. Qazı Mirzə Sadıq aulun adamlarını vuruşmağa qoymamışdır, imam...

Şamil

Sən də onun günahını azaldırsan. Təqsir mənim doğma balamdadır...

Atay

And olsun Allaha, imam, Qazı Məhəmməd öz əlində siyirmə qılınc irəli atılıb qızmış pələng təki vuruşurdu... O, axır nəfəsinə kimi səngəri əlində saxlayıb düşməni bir addım irəli gəlməyə qoymayırdı. O basıldığını görəndə özünü çaya atıb boğmaq istəyirdi ki, mən özümü yetirib qabağını kəsdim. Sinəsi üç yerindən ağır yaralanmışdı. Ancaq yenə də ayağa qalxıb bağırırdı: “İrəli, ey ana torpağın igid oğulları!..” Yox, imam, Qazı Məhəmmədin basılmağından kədərlənməyin. Düşmənlər də ona baxdıqca “Afərin” deyirdilər.

Şamil (sevinir, amma sevincini gizlətməyə çalışaraq)

Bu sözlərində yalana bənzər bir şey olarsa, bilirsənmi, cəzan nədir?

Atay

O zaman yalan deyən dilimi dibindən qopardın, imam...

Müridlər qollarının üstündə Qazı Məhəmmədi gətirirlər və taxtın üstünə uzadırlar.

Şamil (təmkinli addımlarla oğluna yanaşır, bir an onun üzünə baxır. Onun gözləri yaşarır. Yanındakılar ağladığını duymasınlar deyə, üzünü yana çevirib göz yaşını silir)

Atay, oğlum, onu meydanda tək qoyan arsız qazını bu dəqiqə mənim yanıma gətir!..

Atay

Baş üstə!.. (Gedir)

Şamil

Həkimlərə göstərdinizmi?

Birinci mürid

Göstərdik, imam... heç bir əlac eliyə bilmədi... Güllə dərində qalıb, imam...

İkinci mürid

Hamı yaralarına baxıb “hayıf” deyirdi... Bu, güllə yarası deyil,top yarasıdır... Elə bil bədənində bir damcı qan da qalmayıb, imam..

Birinci mürid

Bağışlayın, imam, deməyə də qorxuram...

Şamil

Nədən qorxursan?

Birinci mürid

Yaranalın qoşunu bu saat lap yaxındadı. Onların bir həkimi var. Deyirlər ki, ölünü dirildir... Məndən olsa, gedib onu çağırarıq...

Şamil

O gələrmi?.. Düşməni ölümdən qurtarmağa o razılıq verərmi?..

Birinci mürid

Gedib yalvararıq... Qazı Məhəmməd ölsə, bizim belimiz sınar, imam... İzn verin, gedib baxtımızı sınayaq... Əsir alınmış Tamarin deyirdi ki, o həkim bütün dünyada məşhurdur...

Şamil

Tamarin indi haradadır?

Birinci mürid

Yəqin zindandadır, imam...

Şamil

Yox, yox, düşməndən imdad istəmək, ağılsızlıqdır. (Yenə Qazı Məhəmmədin üzünə baxır, bir neçə an tərəddüd göstərir) Düşmən də olsalar, mən onlardan imdad istəyəcəyəm... Ata ürəyinin sızıltılarını duyan həkimdirsə, gələr... Gedin, onu gətirə bilsəniz, ömrüm uzunu sizə minnətdar olaram...

Dmitri (gəlir)

İmam, doktor Tamarinin yaxın dostudur... Gedim ondan kağız alım... Sizi inandırıram ki, o saat gələr, razısınızmı?

Şamil

Zindana salınmış bir əsir, belə kağız verərmi? Doktor gələrmi?

Dmitri

Məncə, gələr, imam... Dostunuzun ricasını yerə salmaz...

Şamil

Razıyam, get... Düşmən, oğlumu əlimdən alır, Dmitri... mən nə qədər bədbəxt adamam...

Dmitri

Mən getdim... Bu dəqiqə qayıdıram... (Yüyürüb gedir)

Qazı Məhəmməd (sayıqlayır)

Namərd, geri qaçma. Hara? Gəl, gəl, hələ mən ölməmişəm... (Ayağa qalxaraq qılınca sarılır və hücum vəziyyəti alaraq yüyürür; Şamil onun qabağını kəsərkən, Qazı Məhəmməd atasını görüb dəhşətlə onun üzünə baxır, əlini alnına vuraraq) Ata! Sənsənmi? Ar olsun mənə!..

Şamil

Sakit ol, mənim körpə aslanım, sakit ol... Ananın südü sənə haladır!.. Sinəndəki yaraların hər biri bir şücaətli hücumdan yadigardır!.. (Onu gətirib yerinə uzadır) Sən nə üçün məndən kömək istəmədin, oğlum?..

Qazı Məhəmməd

Dalınca qasid yollamışdım, ata... Səndən cavab gəlmədi... məni bağışla... Görürsənmi, sinədən aldığım yaralar məni öldürür...

Şamil

Göndərdiyin qasid kim idi?..

Qazı Məhəmməd

Müridlərdən birini yollamışdım... qazanışlı Murtuzanı...

Şamil

Aha... (Xatırlayaraq) Soltan öldürən qasiddir?.. Odur, özüdür. (Yanındakı müridlərə) Bunu o biri otağa aparın. Anası görməsin... yanına heç kimi buraxmayın...

Müridlər Qazı Məhəmmədi o biri otağa keçirirlər.

Dmitri (gəlir)

Tamarindən kağız aldım, imam... Buyurun!.. O sizin tərəfdarınızdır, imam...

Şamil

Səndən çox razıyam, Dmitri. Ancaq onun sağalmağına heç bir ümid qalmamışdır. (Müridlərə) Bu kağızı da aparıb gedin. Allah sizə yar olsun, övladlarım...

Birinci Mürid

Bu saat, imam... (Bir nəfərlə gedir)

Şamil

Dmitri!.. Onun yaraları polad ürəkli Şamili bir dəqiqənin içində gücdən saldı. Aman Allah, o ölsə, mən dözə bilərəmmi?..

Dmitri

Qorxmayın, imam... Doktor gələrsə, Qazı Məhəmmədi mütləq ölümdən xilas edəcəkdir. O, Tamarinin sözündən çıxmaz.

Şamil

Tamarin nəçidir, Dmitri?

Dmitri

Paruçikdir, imam... Özü də Rusiyanın böyük şairidir. Hər sözü dillər əzbəridir. Çox gözəl şairdir...

Şamil

Şair? Yox, yox, şair qəlbi zindanlara sığışmaz... Onun dərin xəyallarını zəncirləmək, böyük nəzakətsizlikdir.

Dmitri

O bizimlə bərabər çar qoşunlarının qabağına çıxıb vuruşarsa, böyük qüvvədir. Onu görən soldatlar, o dəqiqə silahlarını töküb bizim tərəfimizə keçərlər...

Şamil

Dmitri, sən bilirsən ki, bizə kömək əlini uzadan urusa, gözlərimiz üstündə yer var... Mən yoxlaram... O ürəkdən bizə tərəfdar olsa, günü bu gün həbsdən buraxıb, dəstələrdən birini ona tapşıraram... (Müridlərdən birinə) Get, Tamarini mənim yanıma gətir.

Mürid

Baş üstə! (Gedir)

Atay

Qazını qabağına salıb gətirir. Budur, imam, o, bu Qazıdır...

Şamil (nifrətlə ona baxır)

Bu Qazı deyil, ağzı otlu heyvandır...

Qazı

Xadim ədyan üçün bu təhqirat şərən məqbul deyil, imam...

Şamil

Xadim ədyan... Xadim ədyan... Axmaq!.. Sənin borcun dinə yox, insana qulluq etməkdədir... Bu əmmamənin altındakı başdırmı, yoxsa saman çuvalıdırmı?..

Qazı

Mənim günahım nədir, imam həzrətləri?..

Şamil

Sən bilirsənmi avar xanlarının başı nə üçün kəsildi?..

Qazı

Bilirəm, əlbəttə bilirəm, imam...

Şamil

Bilsəydin, öz başının da qədrini bilərdin...

Qazı

Onlar din islamının düşməni idi.

Şamil

Onlar xalqın düşməni idi. Get, o sarığı çıxart, körpəli analara deyin, qoy bölüşdürüb uşaq əskisi eyləsinlər. Bundan sonra fikirləşəndə topuğunla yox, başınla düşünməyi öyrən... cəbhələrdə qanını axıdan xalqın sənə veriləsi müftə çörəyi yoxdur... Get, itin qanına əl bulaşdırmağa nə həvəsim var, nə də vaxtım...

Qazı

Pərvərdigara, mən nə günahın sahibiyəm?

Dodağının altında mırıldana-mırıldana gedir.

Atay

Canın yaxşı qurtardı, Qazı... get Allahına şükür elə... (Gedir)

Şamil

Qazı... müftə çörəyə dadanmış itlərin hamısı belə ruhanidir. Bunların kökünü kəsəcəyəm... Gəl, Dmitri, biz səngəri yoxlamağa gedək!.. (İçəri otaqdan Qazı Məhəmmədin iniltilərini eşidərək dayanır) Oh... doktor gələcəkmi?

Gedirlər. Səhnə boşalır. Birdən Soltan içəri girir. O tərəf-bu tərəfə boylanır. Qazı Məhəmməd olan otağın qapısından boylanır, üzü gülür.

Soltan

Sevin, ürəyim!.. Mənə qan ağladanların səadət sarayı uçdu!.. Mən bilirəm ki, şamillər də, generallar da ölüb gedəcək... Amma qızıl pulların qiyməti də, özü də əbədidir... Ox, Şamil!.. İndi meydanda bircə sən qalırsan, Əminət! Əminət!.. Bunlar haradadır!.. Əminət!..

Ana (gəlir)

Oğlum, Soltan, Şamil hanı?

Soltan

Bilmirəm, ana... yəqin el üçün ağlayır... Görünür, səngəri möhkəmdir. Ana, Hacı Murad generalın tərəfinə keçdi, oğlunu meydanda tək qoydu.

Ana

Sən nə danışırsan, ay oğul?

Soltan

Bəli. Mən deyənə inanmırdı. Öz doğma qaynının sözünə baxmadı. Hanı Hacı Murad?.. Şamili öldürmək istədi, amma bacarmadı. Odur ki, dəstəni başsız qoyub getdi. düşmənlərə qoşuldu. (Sükut edərək) Əminət hanı, ana?..

Ana

Burdadır. (Qazı Məhəmmədin iniltisini eşidərək) Bu nə səsdir, oğul?

Soltan (dərindən ah çəkərək)

Bu da bir itki... Qazı Məhəmmədə bir şey olsa, mən də özümü öldürərəm, ana...

Ana

Qazı Məhəmməd?.. Aman Allah, onu yaralayıblarmı? (Cəld onun yanına gedir)

Soltan (yenə çağırır)

Əminət!..

Əminət (gəlir)

Soltan, sənsən?

Soltan

Şamilin toyu nə vaxtdır?

Əminət

Hansı toy, qardaş?

Soltan

Sən niyə mənim sözlərimə inanmayırsan, bacıcan. Məgər burada səni məndən çox istəyən varmı?..

Əminət

Mən Şamildən xəbər aldım... O, qəh-qəh çəkib güldü... “Nə Hacı Murad?” dedi...

Soltan

Əlbəttə, gülər... Üstünə arvad alanda səndən üzr istəməyəcək ki?.. Dünən hücumdan qabaq dostlarından ikisini elçi göndərdi.

Əminət

Sən gördünmü?..

Soltan

O, bu əhvalatı məndən də gizlədir...

Əminət

Yox, yox, mən də sevda üçün doğulmuşam... Onun nəvazişləri mənim haqqımdadır... Belə olsa, özümü çaya atıb boğaram... İyirmi il, düz iyirmi il bütün əziyyətlərə qatlaşıb, onun hər dərdinə şərik oldum. Qüssələrini bölüşdüm... Onun yaralarını sarıyan mən, iniltilərini eşidəndə ürəyimin yağını əridən mən... Yox, qardaşım, bu dərdə mən dözmərəm. Mən özümü boğub öldürərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 мин
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 мин
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 мин
Kor at

Kənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.

19387 мин

Стихи других поэтов