Araz üstə çinar gördüm.Qoşa çinar.Budaqları bir-birinədolaşan çinar.Yarpaqları bir-biriyləöpüşən çinar.İki titrək, iki güləş,İki şən çinar.Biri bir az gövdəlidir,Bir az da uca,Baxdım boyuna.Bir az nazik, gödək çinarQısılıb ona.Elə bil ki, lap təzəcə toy eləmişCavandılar.Necə oynaq, necə şıltaqMehribandılar.Adamların gülüşündən nəğmə qaparlar.Adamların gülüşünə nəğmə qatarlar.Yarpaqların uşaq dilli şənlikləri var,Yarpaqların uşaq əlli çəpikləri var.Onlar sussa,Pəncərələrqulağına qulaq bağlayar,Küçələrdə gediş-gəliş ayaq saxlayar.Qucaqlaşıb ulduzları oxuyar onlar,Bir-birinin qucağında yuxlayar onlar...Araz üstəÇinar gördüm.Qoşa duran bir cüt çinar.Gəlin çinar.İgid çinar.Baxdım, baxdım təbiətin,Ağac adlı,Qol-qanadlıcüt heykəlinə.Bir baltalı əl hardasaqıcandı mənə.Qorxdum, qorxdum onların buSevgisini yaralayalar.Budaqları, gövdələri, rişələriBir-birindən aralayalar.

Daha pisdir, – qırmasalar, –Çinarların arasındanArx qazalar.Bu arx əvvəlKiçik olar, dayaz olar...Sonra, sonra böyüyüb bir Araz olar...Araz üstəÇinar gördüm.Qoşa çinar.Budaqları bir-birinədolaşan çinar.Xəyalımın üfüqündə görüş istədiİki tənha pərişan çinar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов