Mikayıl şer oxuyur...
Mikayıl Mirzənin əlli yaşı tamam oldu. O, Azərbaycan xalq artisti, böyük aktyordur, millət vəkilidir, ictimai xadimdir, sənət müəllimidir. Bunlar hamısı məlumdur. Mən şair olduğum üçün onun çoxsahəli fəaliyyətinin bir qanadından – poeziya qanadından danışmaq istəyirəm, onu alqışlamaq istəyirəm, onu dinləmək, dinləmək istəyirəm.Məncə, Mikayılı bir dəfə dinləyən kəs sonra uzun zaman özünü, öz içini dinləməyə bilmir, çünki Mikayılın oxuduqları yalana, böhtana: riyakarlığa, nadanlığa qarşıdır, onları daşıyanlara qarşıdır; onlara sillədir, qılıncdır Mikayılın şerləri. Onları dinləməmək mümkün deyil...Doğruya, ədalətə yön tutan insan zəkasıdır Mikayılın müraciətləri; əbədi işıq, sabahın nuruna çağırışdır. «Mən kiməm» sualına cavabdı. «Tətikdən barmağını çək» nidasıdır Mikayılın səsi.
Onun söz qalası qaynaqdı yerə,Onun söz qayası güclüdü gücdən.Özündən qaçmağı bacaran deyil,Özünə dönməyi öz əlindədir.Deyirəm: Yüz ildi, yüz əlli ildi,Dünyanın damına çıxıb Mikayıl,Yalanla doğrunun səddini çəkir,Haqq ilə nahaqqın səddini çəkir.Yığıb söz daşları, söz qayaları,Vurub bəbəyinə biganələrin,Atır qulağına eşitməzlərin,Atır ürəyinə ürəksizlərin.Mikayıl şer oxuyur:Sərhəd xətti ayıqdır.Daş, qaya da ayıqdır,Ağaclar da ayıqdır.Əsgər gözləri ayıq,Əsgər barmağı ayıq,Əsgər nəfəsi ayıq,Əsgər silahı ayıq.Mikayıl şer oxuyur...Bəzən də belədi, belədi dünyaNəinki damına çıxanı görmür,Damında saçını yolanı görmür,İnsana daş atan insanı görmür.Hətta bacasından düşəni görmür,Hətta qapısından girəni görmür.Üzünə şapalaq vuranı görmür.Bəzən də belədi, belədi dünyaOnu uçurana heykəl ucaldır.Onu ucaldana «yaxşıca» zindan.
Dünyanın qaranlıq zindanlarınaÜsyandı Mikayıl, üsyandı, üsyan...Dünyanın qaranlıq zindanlarını,Bir təkandan, bir həmlədən uçuranNəğmələr oxuyur Mikayıl.Cəsarətlər birliyiBirləşib hünər olur,Hünərlər birliyindəHamı bir nəfər olur.Şəhid məzarlarınınBaşdaşı səngər olur,Ölkə beş qat böyüyür,Ölkə səfərbər olur:Mikayıl şer oxuyur...
8 yanvar 1997
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-mikayil-ser-oxuyur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir ağac yıxıldı yol qırağında,Bir hənir yox oldu yol qırağından.
ŞahdağıQar əridi, sinən coşdu sinəmtək,Nə gözəldir ilk baharın, Şahdağı.
Şəhriyar gəlmədiBu şer çoxdan – böyük Vaqifin anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu böyük bayramına ustad Şəhriyarı da dəvət eləmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Azərbaycanın işığını, böyük nailiyyətlərini Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın şerlərini toplarkən arxivimdə qalmış həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım... Şeri olduğu kimi köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucularla bölüşməyi məsləhət bildim.*Baxışlar asıldı təyyarələrdən,
Məmməd AslanaQardaş, düzümünün əsiri oldum,Xəbərim olmadı özümdən mənim.