(nəğmə)

O qızı görəndə bulaq başında,Qəlbimdə kükrəyən bulağı gördüm,Laləli-nərgizli çəmən içindəLaləyə rəng verən yanağı gördüm.

Saçı sarışındı, qaşları qara,Baxışı baxanı çəkirdi dara.Könül verməmişdi hələ bir yara,Dodaq görməmişdi, dodağı gördüm.

Ona könül açdım, çatıldı qaşı,Söz deyə bilmədi sözümə qarşı.Bu dəmdə böyürdən çıxdı qardaşı.Tutuldu tez qaşı-qabağı, gördüm.

Sevənlər dilsiz də danışacaqdır,«Gələn görüşümüz, – dedim, – nə vaxtdır?»Qız dönüb gözaltı gözümə baxdı,Bu gizli baxışda sabahı gördüm...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе