Daş harayı
Vaqif Bəhmənliyə
«Xudafərin su altında qalacaq» – dedin:Yol sökməyin mübarəkdi, yoldaş mühəndis!Bir qulaq ver: o haraydı, haydı, nərədi...Daş dilini anlamazsan, ey daş mühəndis!
Uçuracaq, doğrayacaq, teyləyəcəksən,Öz içinə töküləcək hər daşın qanı,Səməd Vurğun qəzəbini neyləyəcəksən,Görəndə ki, alov dili ərşə dayanıb?!
Ucalanı uçurmaqda mahirdi bəşər,Əl kəsənə yaraq verir əlindən qabaq.Nə yaxşı ki, insan əli yetmir Günəşə,Yetə bilsə, min qitəyə parçalayacaq.
Xudafərin söykəndiyi sahillər qaya –Dikələnə dirək olmaz,Aşana çiyin.
Gözlülərin gözlərinin qabağındacaSualı yox, cavabı yox yiyəsizliyin...
Hacıleylək yuva qurub bir daş qanadda,Ana quşun bala quşa yadigarıdı,İnsan qurur, insan yıxır,Göylərin altda –Nə yaxşı ki, qurdun-quşun izləri qalır.
O təbiət fəhlələri yol getmir hədər,Bir az dayan, maşın cənab,Kəfkirli harın!Düz körpünün ortasında yükləri, hələİş vaxtları qurtarmamış qarışqaların.
Bəşər oğlu, heç üzünü tutma göylərə,Allahları üşütmədi allahsızlığın:Sənsən doğan,Haqq səsinə sənsən süd verən,Sənsən əkən yer üzünə hər haqsızlığı.
Bəlkə daşdan doğulubdur insanlar elə,İndi-indi çox hikməti ağlım əridir.Bəlkə sönmüş sandığımız vulkanlar eləNə zamansa dəfn olunmuş haqq səsləridir!
Su altında balıqları heyrətləndirərYer üstündən tulazlanan abidə-daşlar.Bu heyrətlər donuqları heyrətləndirər,Bu daşların görünməmiş vulkanı başlar.
Xudafərin udulsa da, udmaz səsini,O, paslı bir ox deyildi – çıxdı yayından.Qulağına daş yamansa Yer kürrəsinin,Dodaqları çat-çat olar daş harayından...
8 fevral 1984
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-das-harayi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
سخن چون شد به معصومان حوالتملک پرسیدش از تاج رسالت
Yaradan səniHalal olsun bu qamətə, bu boya,Nə gözəl yaradıb yaradan səni.
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.