Vaxtın qalsa
Vaxtın qalsa əgərMənə də baş çək...
Əgər əyilməsən hər əyləncəyə,Əgər hər vədəyə umsuq olmasan,Havaya sovrulan hər deyləncəyəAğlı kar, gözləri yumuq olmasan,Tərif gülabından huşun itməsə,Başlar çəkisində başın itməsə,Anlar aramasan qızıl qayçılı,Umulu, küsülü, ərkli, qayğılıƏdalı, gileyli çağında hərdənMənə də baş çək.Ağıl dəyirmanı nağıl üyütməz.Nağıl dəyirmanı nə desən, udur.Bəzi kişilərin vədələrindəQızıl tabaxlarda daş-qaş soyuyur.Hənir təklənəndə gül yastıq beləSanasan kəsilmiş başdı, uyuyur.Kimdi təkliyimə şərikli çıxan?Alışma eləyək keçən günləri...Mənim də payımı qoynuna yığa,Mən yığam əlindən tökülənləri.Mən nağıl danışmaq bacarmamışdım,Bölə bilməmişdim üçü üç yerə.Gəl indi min dilli nağıl danışım,Üçü yüz üç yerə,Yüzü heç yerə...Qeybət də qiymətli xammaldır indi,Allam qeybətini neçəyə desən.Girsə tərəziyə, bu da yəqindi,Bərabər gələcək əzilən, əzən.Pulsevən çox olar, yoxsa gülsevən,Zəvzəyən artıqdı, ya kövşək çalan?Çoxalıb bu sayaq suallar verən,Cavab istəmir də cavabsız qalan,Olmaz yalanın da heç dili qısa,Tapar ünvanımda bir üz, bir qılıqArada bir damla ülfət qalıbsa,Çəkməyə, satmağa söz axtarmırıq...Baş çək ürəyimə,Vaxt tapsan əgər.Qəfləti üzləşdik orada bəlkə.
29 mart 1984
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-vaxtin-qalsa
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu il «Sabir günləri»nə gəlmədi Rəsul,Hər ocağa bu xəbərin ayazı yetdi.
Qırx doqquz yaşım14 oktyabr – qırx doqquz yaşım...Görüşdük onunla xəstəxanada.
Haqqın yoxdu, haqqın var...Çox oldu ürəyinin diqtəsinə baxmadın,İlğımlar qova-qova yulğunlar qucaqladın,
Tarixçi aliməÇox da tərifləmə bu qalaçanı,Babalar adından danışma çox da.
Стихи других поэтов
— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Mənim andımGönnəzsə gözüm bir an üzünü,Ruhumu oxşayan munis gözünü,