Sənin də etibarın bura qədərmiş, heyif...
Sənin də etibarın bura qədərmiş, heyif...Dözümünün dözümü çatmadı sona qədər.Mən aldadım özümü:Qəzaya – qismət deyim,Sən aldat ki, özünü, «naxışdı yanlış qədəm»...
Kimsə bilməz kim olub ilk yolçusu bu yolun,Xəyanət sellə yaşıd,Boranla-qarla yaşıd...Bilmirəm bu kəlamı kim yonub,Yaxşı yonub:Qohum badalağından cəllad bıçağı yaxşı!
Üzünün üzü gülür, astarı qapqaradır,Orda bir ağ kölgəniBir qara kölgə udur.Kölgələr tutaşında təzə kölgə yaranır:Nə ülfət duyğuludur,Nə hörmət duyğuludur!
Dil felə qoşulanda baş əldə diyircəkdi,Dilin behişt vədləri –Bihuşdarı olarmış.Bir qarış səddimizi gör zamanhara çəkdi...Zirvə qarı bildiyim –Güney qarı olarmış.Şərəfli tanımıramŞərəf tapdaya bilə,Alçaqlardır –Alçaqlıq axtaran ucalara.Deyin ki: «Qöyərçindən, leyləkdən ismət dilə,Bir qəlbi viran qoyub, bir qəlbə uçanlara».
Ələdim, dənələdim ötən günləri bir-bir,Harayından dikəldim:Ərlərin, ərənlərin.Bir xatirə təsbehə zor-güclə düzə bildim.Yadıma gələnləri,Yanıma gələnləri...
İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək,Bir qeyri mükafatın olacaqmı, nə deyim?..Peşə süpürmək isə,Axtar qızıl süpürgə...Sənin də etibarın bura qədərmiş, heyif!
May – iyun, 1984
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-senin-de-etibarin-bura-qedermis-heyif
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Səni tarı məndən olma mükəddər,Incitmə, bu dili-virani sənsən.
Qəzəl: Raze mən bər xəlq əyan şodراز من بر خلق عیان شد حیف حیفاشکم از دیده روان شد حیف حیف
Qəzəl: İstər gözüm ki göstərə dildarə könlümüİstər gözüm ki göstərə dildarə könlümüKimdir ki bir yerə yığa sədparə könlümü
ساقی بیا که غنچه دل با تو وا شودیا رب وجود فیضرسان بیبلا شود