Uçuq bir dəhnədən suyu sovulmuş,Dəni qarışqaya, quşa yem olmuş,Üzündə səhərin sazaqlı yeli,Qabarlı çiynində təpcəkli beli,Qıçları çirməlibir suçu kimiElə yol gedirəm fikirli, tutqun.Dayanıb, yorunuq bir yolçu kimi,Deyirəm, çox nahaq bu yolu tutdum.Hansı bir bərənin gülləsindəsəÖzümü ayıltmaq istəyəcəyəm.Ömrümün hansı bir pilləsindəsəGeriyə qayıtmaq istəyəcəyəm,Ata buyruğundan ilk qədəm alan,Ana yuxusunda uçurumu qalanO cavan kim idi?Sevdiyi qızgilin bağı yanındanKeçəndə qəfildən duruxan cavan?Əyilib o bağa gizli daş atan,Mürgülü quşları vaxtsız oyadanO cavan kim idi?Nə idi o çağrış, nə idi o səs,«Hey-hey» cavabını gözləmədi bəs?Ağ yollar atını çapdı dalınca,

Dolular atını çapdı dalınca.Buludlar üzünü qanatdı qəfil,Gürşadlar saçına əl atdı qəfil.Hər qaya dibində bir bacı bulaqSızladı: nə zaman o qayıdacaq?...Yollar ətəkləyib, qayalar çapıb,O gənci axtarıb, o gənci tapıb,Rəddini, izini yollardan yığıb,Dağlara yönəlib, dağlara çıxıbYenə ürgəmizi çullayacağam.Qıçıma dolaşan bəd niyyətləri,İlğım qiyafəli bədiyyətləriDərənin dibinə tullayacağam.Sinib boz ürgənin bulud yalına,Çapıb gedəcəyəm bulud dalına.Arabir ucuna şimşək dolayanQardaş dəyanətli dəyənəyimi,Məni görən kimi quyruq bulayan,Əlimi yalayanboz əniyimi –Mürgüdən oyatmaq istəyəcəyəm,Onlara qayıtmaq istəyəcəyəm.İki göz baxacaq bir boz çadırdan,İki iz çıxacaq bir boz çadırdan.Biri: vədəxilaf bir sona izi,Biri: iz izləyən qaynana izi...Dolaşa-dolaşa biri-birinə,O izlər bulaqdan dönəcək yenə.Mən məhəl qoymadan bunlara qətiPay da istəmədən ilk məhəbbətiQovaram atımı şıltaqlığıma,Gəncliyi haqlayan uşaqlığıma.Quzulu yamaclar dağıdar çəni,Təpələr çiyninə götürüb məni,Qaldırar havaya qartal sayağı,Sonra da uçurdar üzü aşağı.Qayadan qayaya pırıldatdığımKəkliklər sevinməz bu gəlişimdən.Daşını dərəyə yuvarlatdığımGədiklər sevinməz bu gəlişimdən...Yenə dərələrə sığışmaram mən,Yenə zirvələrə yığışmaram mən.Yenə ayağımdan atıb yollarıQanad istəyərəm bu günə sarı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов