Kür üstündə tək ağac
Ə.Kürçaylının xatirəsinə
Kür üstündə tək ağacdı,Sağı-solu düzən idi.Küləklərin əndərinə-döndərinədözən idi.Sinəsində od soyudan,Buz əridən gücü vardı.Baxışları üfüqlərintərs üzünü oxuyardı.Nəğməsində Kür harayı,Nəfəsində Muğan duzu.
Ömrü boyu oxuduğu kitab idiMuğan düzü.Söz yolunda fəhlə idiəli qabar, çiyni qabar.Şum yerindən yığılmışdımisralarıdamar-damar.O, şerinin, şeri onun özü idi,əsli idi,Bərkliyi də,sərtliyi dəmərdliyinə təslim idi.Danışanda deyərdin ki:Kürsü onun qatarıdı,Yer şarının bu qütbündəno qütbünə aparırdı.Yol gedəndə deyərdin ki:Günəşəcən gedəcəkdi,Öz qəlbinin tufanındatəkbaşına avar çəkdi.Ürəyində itirdiyisəsi gəzdi son anında,Əridi səs,qeyb oldu səsürəyinin vulkanında.Səsləyəni itirdi səs,Dönüb getdi Kür üstünə,Qondu qərib bülbül kimiboynubükük gül üstünə.Gördü həmən məcra boyuhəzin-həzin ötən su var,Tənhalaşan ağaclarınqəfil sınmaq qorxusu var...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-kur-ustunde-tek-agac
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gecə fəzaya düşmüşdü yolum,Bir topa ulduza ilişdi yolum.
SalyeriMəni bir məclisdə təriflədilər,Günahkar balaca bir şerim oldu.
Azərbaycan – dünyam mənimAzərbaycan – qayalardabitən bir çiçək,
Ana yurdum, hər daşına üz qoyumAna yurdum, hər daşına üz qoyum,Hər dərəndə çaldığım saz yaşayır.
Стихи других поэтов
Oldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Qəddimi peyvəstə qaşın əydi çövgan eylədiQəddimi peyvəstə qaşın əydi çövgan eylədi,Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.