Bu gün mənim dənizimdiQarabağ düzü,Kəhər atın tozanağı «Doqquzuncu bal».Bu gün mənim söz düzümdü –Qarabağ düzü.Sonsuzluğun son xəttini gəzirdi xəyal.Bu gün mənim çörəyimdiQarabağ düzü.

Hər əlimdə Kür çayındanbir bıçaq arxım,Yoğuracaq, yapacaqdım gecə-gündüzü.Sonra halal süfrələrə doğrayacaqdım.Bu gün mənim tariximdiQarabağ düzü.

Bu gün üfüq bir üzükdü – Nizami qaşdı.Geri fırlan, yer kürrəsi, zamandan küsübNüşabənin kəcavəsi təpədən aşdı...

Qədim Bərdə Tərtər üstənyüz körpü atdı,Xəyanətin adlaması böyük ar oldu.Hanı tarix cünglərinə yubanmış atlı? –Azərbaycan qadınındanhökmdar oldu!

Bu gün mənim bir düz kürsüm –Qarabağ düzü.Qanadımdı qız alqışı,qadın alqışı.Bu gün mənim bacım Gülsüm –Qarabağ düzü.

Doluxsunma, bir də gələr, şair qardaşın,Bu gün bizə quzu kəsdi Hüseyn qağa,Baxdım: sürü adaları göy düzdə üzür.Bir dostluğa, bir süfrəyə, bir eşqə sığan,Bir dənizdi yer üzünün Qarabağ düzü...

İyun, 1972

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине