Boyumdan yuxarı ucalığım yox,Gözüm üfüqəcən görməyə qadir,Dağın o üzündən umacağım yox,Dağın bu üzündə bulaq mənimdir.

Sevən həm qayğılı, həm də qayğısız,Sevin – səninkidir bu boyda aləm.Qəlbinə bulanıq fikirlər sızır:«Səninlə olsam da. sənin deyiləm».

«Elə öz yerində sayır vədlərim,Elə həmişəki, həmənki adam...Qırıb sərhədləri, qırıb sədləriEşqini dünyaya tanıtdırmıram...»

Tapaq məhəbbəti çəkən tərəzi,Bəlkə qəlbimizdə inamı çəkək?Sənin min şübhəni yığsaq bir gözə,Mənim bir inamım ağır gələcək.

Ürək də qəribə xilqətdir deyən,Bəzən öz istəyi özünə yükdür.Dünən sevdiyini bu gün sevməyənSevginin özündən şərti böyükdür.

Demirəm, əmr etsən, gözümü yumubGöyün yaxasını bağlatdıraram.Demirəm, bir gecə kəsilsə yuxunSübhün gəlişini saxlatdıraram.

Yox Şirin şərtlərin,Yox buna şübhəm!Mən nə hökmdaram, nə qulam sənə.Yox Fərhad külüngü hökmündə rütbəm,Dəniz qucağında ev quram sənə.

İndi dəb deyildir Məcnun göz yaşı,Leyli tələbinə nə tədbir tapaq?Borcundan çıxarıq, Nofel qardaşın, –Leyli nə istəyir? –Daş-qaş – bir tabaq!

Dilənçi məhəbbət sərhədlər aşar,Sən mənim eşqimin sərhəd dirəyi.Səndən o tərəfə sonsuzluq yaşar,Səndən o tərəfə yer görünməyir...

Yanvar, 1977

(Nəğmə)

Yenə gördüm gördüyümüz dağlarıNəfəsindən əriyirdi dağ qarı.Yenə elə durnaların qatarı,Yenə elə dərə, düzən dünyadı –Dünya gözəl, dünya gözəl dünyadı.

Gündüzündə çiçəklənər duyğumuz,Gecəsində gülablanar yuxumuz,Oyunumuz, inadımız, uyğumuz,Ömrümüzdən bir gül üzən dünyadı,Dünya gözəl, dünya gözəl dünyadı.

Dumanların çağrışına yar olma,Tufanların qəzəbinə qor olma,Yoxuşunda ayaq saxla, yorulma;Səndən əzəl, məndən əzəl dünyadı,Dünya gözəl, dünya gözəl dünyadı.

Baxışında üfüqlərin baxarı,Gülüşündə çaylarının axarı,Əllərində işığının açarı,Kimə gülzar, kimə gözəl dünyadı,Dünya gözəl, dünya gözəl dünyadı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов