Apar məni
Apar məni baharlaraNeyləyirəm mən qışıSənə qalsın bu dünyanınYağan qarı, yağışı.
Apar məni baharlara-Sevildiyim günlərə.Arzu olub yer üzünəSəpildiyim günlərə.
Durnaların qanadıylaApar məni yazlara.Bulaqlardan sevgi axırXəbər göndər qızlara.
Qoş günəşə göndər mənəBir parça yaz səması.Yoxsa sevən ürəyiminDonar sevgi dünyası.
Bahar oldu, bahar solduApar məni yaylara.İtirdiyim illərə yox,Yaşadığım aylara.
Apar məni payızlara,Nəyləyirəm mən yazı?Ömrüm-günüm, axı sənsizNədir ömrün mənası.?!
Yazı qaytar yalqızlaraApar məni qışlara.At bu dəcəl ürəyimiQarlara, yağışlara.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-apar-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение