Gəlmədi
Xalq havası
Bağda sarmaşıq olar,Yar-yara aşıq olar.Bəs bizim nazlı yarHarda qaldı, gəlmədi?Qaş qaraldı, gəlmədi.
El yeridi dağlara,Yayıldı yaylaqlara,Təkcə mənim şahbazımDərdə saldı, gəlmədi,Şux maraldı, gəlmədi.
Çıxdım bulaq başına,Dedim yar-yoldaşınaCeyranım, tərlanımHarda qaldı, gəlmədi?Səbrim aldı, gəlmədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-gelmedi
Клавиши ← → для перехода, R — случайное стихотворение