Kəpənək, kəpənək, xal-xal kəpənək!Qoy verim sənə bir sual, kəpənək: –De, nədən yarandın, haçan yarandın?Neçin qanadlanıb, uçan yarandın?Nədir axtardığın belə gəzirsən,Qonursan çiçəyə, gülə, gəzirsən?Bir qız tanıyırdım mən Qarabağda,Gəzərdi şöhrəti dildə, dodaqda;İncədən-incəydi o gözəl pəri,Gül dəstə tutardı şümşad əlləri.Gəzdikcə dərərdi, gül bağlayardı,İyləyər gülünü, qucaqlayardı,Cumardı xəyala, sonra da birdən.Uzadardı mənə, durduğu yerdən

Deyərdi: “Dərmişəm sizinçün bunu!”Kəpənək, bilirsən nə olduğunuAşiqə verilən çiçəyin, gülün?!Sənin də olmuşdur, güman, sevgilin...Günəşin nurunu güllər əməndə,Onunla ayrıldıq bu göy çəməndəGünlər qərar ilə yönəldi, keçdi.Mən yenə arandan yola düzəldim;Onun vətəninə yaylağa gəldim.Ümid bağladımsa hər gün sabaha,O qızı görmədim lakin bir daha...Əlvan geyimləri xeyli qəşəngdi,Elə bil ki, o da bir kəpənəkdiDedim: Ayrılıqmı düşdü araya,Mənim kəpənəyim uçdu haraya?“Ondan əl çək!” dedi güllər, çiçəklər –“Qərar tutmaz olur şən kəpənəklər...”Sən gülə qonanda bu göy çəməndə,Onun xatirəsi canlandı məndə.O qızın eşqilə bir aydan bəriGəzib dolanıram çəmənlikləri.Onun həsrətilə könül dardadır,Mənim kəpənəyim, görən hardadır?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе