Ömür iki olaydı
Ovçu könül vurğun bir şux ceyrana,Səhər-səhər durub çıxdı seyrana,Bir nəğməydi ağ suların axışı,Nərgizlərin can alırdı baxışı.Gülə baxdım, canan düşdü yadıma,Dağlar güldü, Məcnun dedi adıma.Dedim: “Məcnun mənim təki olaydı,Ömür bir yox, gərək iki olaydı;Sərf edəydim yar yolunda qoşa mən!Çevriləydim bir qanadlı quşa mən,Pərvazlanıb buludlara yetəydim,Azad eşqin dastanını ötəydim”.Bu arzuyla aldı məni xəyalat,Düşüncəmin orduları çapdı at...Birdən gözüm bir laləyə sataşdı,Soruşmayın neçün, niyə sataşdı,Onun bağrı qapqaraydı, zil qara.Dedim: “Lalə, qara hara, al hara?Belə paltar geyinmisən de niyə?”Sözüm çox da xoş gəlmədi laləyə,Dedi: “Ömrüm xoş günlərə bağlıdır,Kim deyir ki, bağrım başı dağlıdır?!Bahar çağı güllər günəş əməndə,Görüş təyin eləmişəm çəməndə.Dərd bilmirəm, yas tutmuram, çox şadam,Mən də, şair, sənin kimi azadam!Matəm üçün olsa idi hər qara,Belə rəngi mən çırpardım daşlara.Məhəbbətdən mey içmişəm, hallıyam,Mən sinəsi dağlı deyil, xallıyam.Çox yaraşır sən bilirsən yara xal.Gözəl olur ağ sinədə qara xal”.O dedikcə canan düşdü yadıma,Sular güldü, Məcnun dedi adıma.Dedim: “Məcnun mənim təki olaydı,Ömür bir yox, gərək iki olaydı,Sərf edəydim yar yolunda qoşa mən.Səadətdən, azadlıqdan əməldənYazmaq üçün bircə ömür gödəkdir.Bu bir arzu, bir şirincə diləkdir;Üstümüzə kaş ki, sayə salaydı,Ömür bir yox, gərək iki olaydı”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-omur-iki-olaydi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təzə bina tikdirib Təbrizdə ərbab yenə...Bu ev tənələr vurur şəhərin evlərinə.
BarışmayırsanTəbriz...Hava qaralır,
CavabNə üçün bilməyirəm məndən üz döndərmisən?Unutsunmu deyirsən könlüm keçən günləri?!
Pol Robsona məktubMən görməmişdim səni uşaqlıq zamanındaAğların pəncəsində ömrün dara düşəndə.