Ürəyimi məşəl kimi qaldıraram göylərə
Mən ilhamı əzəl gündən öz yurdumdan almışam,Dağ başında saatlarca təbiətə dalmışam.Söyləmişəm, Axar bulaq, hey təzə gəl, təzə get,Xoşladığım çəmənləri xalılarla bəzə, get!İstəmişəm öz ətrilə gül bürüsün bağları,Əyilməmiş, əyilməsin Azərbaycan dağları.Şən oxusun nəğməsini sarı bülbül budaqda,Quşlar azad yuva qursun o dərədə, bu bağda.Qayğısilə döyünmüşdür qəlbim sözsüz, onların,Dayanmışam keşiyində gecə-gündüz onların.Zaman-zaman gözlərimi boşluqlara dikmişəm,Günün, ayın, ulduzların keşiyini çəkmişəm.İstəmişəm nurlu günəş parıldasın göy tağdanÇağrışilə qara gözlü balam dursun yataqdan.Nəşəsini yaysın düzə əsən sərin küləklər,Belə olmuş ürəyimdə bar gətirən diləklər.Gülən günəş! Axan bulaq! Ötən bülbül Açan gül!Səhər-səhər pəncərəmə öz ətrini saçan gül!And içirəm, sizdən ötrü, yaşıl çəmən, göy dərə!Ürəyimi məşəl kimi qaldıraram göylərə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-ureyimi-mesel-kimi-qaldiraram-goylere
Клавиши ← → для перехода, R — случайное стихотворение