Ölüm
O gün yaxın dostumu əbədi yola saldım,Qayıdıb evə gəldim həyəcanlı, təlaşlı.Bircə günün içində sanki on il qocaldım,Torpağa tapşıranda onu gözlərim yaşlı.
Sandım ümman od saçar, dağlar qopar yerindDünya, güman elədim, ayrılar mehvərindən.Lakin heç sarsılmadı haman matəmdən şəhərQaynadı əvvəlki tək yenə geniş küçələr.
Yenə dünya öyündü tükənməyən varilə,Qönçələndi budaqlar, yenə güllər açıldı.Dövr elədi kainat əvvəlki qərarilə,Yenə də axşam oldu, yenə səhər açıldı.
Dünyamızın dünən də getdi bir sənətkarı,Qıydı amansız ölüm bir ölməzə o səhər.Daşıyıb ürəyində bu dərdi, bu qubarı,Yandı böyük sənətin mehrabına gələnlər.
Mən güman elədim ki, uçub çökülər cahan,Parçalanıb tökülər yer üzünə asiman.Fəqət aləm yerində əvvəlki tək dayandı,Gün batdı, ay göründü, ulduzlar yenə yandı.
Gedir gündə çoxları dünyamızdan bu sayaq,Alır öz qucağına insanı qara torpaq.Ölüm aman bilməyir, ölüm tufan qoparır,Qıyaraq insanlara vaxtlı, vaxtsız aparır.
Bir üzü ağ dünyanın bir üzü qapqaradır.Torpaqdan ayrılanlar yenə torpaq olacaq.Yaxşı deyib atalar; dünya karvansaradır,Bir hücrəsi boşalıb, bir hücrəsi dolacaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-olum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Nə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Nə gündüzdüNə gecəydi, nə gündüzdü,Baxdıq, göz-gözü görmədi.
Bir dəstə gülИранец говорит: «Я правде рад всегда».Османец: «Мой народ свободе брат всегда».