Allahın qüdrəti
Şükür eylərəm Allahın qüdrətinə ki, yox olan şeyin türfətüleyndə var və var olan şeyi türfətüleyndə də yox etməyə qadirdir.
Bir vaxt var idi ki, Kommunist küçəsindəki altımərtəbəli evin beşinci mərtəbəsinə çıxmaqdan ötrü insanlar yolun altı yerində oturub nəfəs alırdılar. Çünki hər mərtəbəsi otuz altı pillədir. Adamın dizləri quruyur. Xüsusən bir az da ki, mənim kimi qoca olanda.
Amma indi bir maşın icad ediblər ki, görürsən adamlar minirlər, bir dəqiqədə çıxıb yuxarı mərtəbəyə qalxırlar.
Mən də dörd nəfər qoca kəndli ilə dünən getmişdim Ədliyyə komissarlığına. Orada işim var idi. Danaqırd kəndindən dörd nəfər vəkil gəlmişdi. Şikayətləri var idi. İki mərtəbəni çıxandan sonra lap nəfəsimiz kəsildi. Oturduq dincəldik və bir çubuq çəkdik. Sonra bir tövrlə elə ki biz qalxdıq. Biz yuxarı çıxınca manşın altı dəfə qalxdı və altı dəfə də yendi. Hər dəfə də görürdük cavan-cavan oğlanlar gülə-gülə maşının içində qalxıb, enirlər.
Mən bir istədim bu xəyala düşəm ki, Xuda nəkərdə bəlkə bizi də maşına mindirələr. Pənah Allaha deyib, getdim dərdi-dilimi maşınçıya söylədim. Belə məlum oldu ki, bir belə feyz hamıya qismət olmaz. Çünki həmin maşını qayıtdıran Xalq təsərrüfat şurasının qulluqçularından başqa heç kəs həmən maşından istifadə illətə bilməz (Yəni minə bilməz).
Xülasə, bizi mindirmədilər.
Mənim sözüm bunda deyil. Çünki biz öyrənmiş adamlarıq. Maşın olmasın, pilləkən olsun.
Sözüm Allahın qüdrətindədir ki, gözə görünməyən bir qüvvə ilə bir möcüz ilə o ağırlıqda maşını bir türfətüleyndə gör necə yuxarı qaldırır və aşağı endirir.
Dəli
“Molla Nəsrəddin”, 30 yanvar 1926-cı il, №5
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-allahin-qudreti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin və Səməd Vahidin ümumi kabinəsi: bir tərəfdə böyük yazı stolu, üstündə qırmızı mahutdan örtük, yanında neçə dənə sandalya, kitab şkafı, stolun üstündə və şkafın içində kitablar. Stolun üstündə telefon, mürəkkəb qabı, qələmlər, kağızlar və qeyri yazı əşyası. Bu--Rüstəm bəyin yazı stolu. Bir tərəfdə qoyulub kitab qəfəsəsi (etajerka), üstə kitablar, yanında bir dənə sandalya. Bura Səməd Vahidin yeri. Bir tərəfdə qoyulub sandıq, içində və üstündə yekə və qara cildli köhnə müsəlman kitabları. Sandığın yanında döşək. Bu da Mirzə Məhəmmədəlinin yeri. Divarlarda çaharcubələr, içində şəkillər. Pərdə qalxan vaxt otaqda oturub tək R ü s t ə m b ə y öz yerində; gözlərində çeşmək, oxuyub yazmağa məşğuldur. Bir qədər sükutdan sonra içəri qapı açılır və Z ə h r a b ə y i m i n başı görsənir və yenə yox olur. Bir qədər keçəndən sonra yenə Zəhra bəyim qorxa-qorxa başını uzadıb yavaşca soruşur.*Z ə h r a b ə y i m. Bala, görəsən niyə uşaqlar yubandılar?
İkinci məclisRüstəm bəyin zal otağı. Ortalıqda uzun stol, ətrafında sandalyalar üstə əyləşiblər cəmiyyəti-xeyriyyə üzvləri: başdan Rüstəm bəy ki, cəmiyyəti-xeyriyyənin sədridir; onun sağ tərəfində Zivər xanım, sol tərəfində Teymurbəy. Ondan savayı əyləşiblər: Mirzə Zeynal–millətpərəst, Səlimə xanım–müəllimə, Aslan bəy, İsmayıl ağa, Münəvərxanım, Səməd Vahid, Hüseyn Şahid, yanında məktəb şagirdi, fəsli. Kənarda, yerdə diz üstə əyləşiblər: Mirzə Məhəmmədəli, Mirzə Bəxşəli, yanında bir məktəb şagirdi, börklü. Qapının yanında üç-dörd nəfər fəqir və qeyri adamlar ki, ayaq üstə durub iclasa tamaşa edirlər. Otağın küncündə, camaata görükməyən yerdə, pərdə dalında Zəhrabəyim və Gülbahar oturub, məclisə nəzər eləyirlər. Üzvlərin hərəsinin qabağında bir vərəq ağ kağız və qələmtəraş; sədrin qabağında zəng. Adamların çoxu papiros çəkir.*R ü s t a m b ə y. Qospoda, zasedanie obyavlyayu otkrıtım.
Üçüncü məclisRüstəm bəyin kabineti. Zəhra bəyim və Gülbahar oturublar öz yerlərində. Qapıda durublar Qənbər, Qurban və Zaman.*Q ə n b ə r. Xanımlar, biz məəttəl qaldıq, bilmədik bu mal həkimindən qoyunlara dava olacaq, ya yox?!
Dördüncü məclisRüstəmbəyin və qardaşllarının haman kabinəsi. Z ə h r a b ə y i m azarlı halətində sövkənib yastığa, yanında oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub, kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar Zəhra bəyim vayıldayır.R ü s t ə m b ə y (gəlir durur anasının qabağında). Ana, ay ana! (Zəhra bəyim dinmir. Rüstəm bəy yekə çağırır). Ana! Ana!
Стихи других поэтов · Сатира
Çəkmə qəm millət yolunda, şad ikən qıl seyri-bağ,Lalərüxlər seyrin et, çək sineyi-məzlumə dağ.
Dün bir eşşəkxisal insanəDün bir eşşəkxisal insanəGəlməmiş xoş təraneyi-zənbur;
Gözüm yolda qaldı könül intizarMirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,
Heçstan əhliBəsdir, “mən, mən” söyləyib atıldığın meydana,Neçə qoltuq altına girdiyini saysana!